Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Suveren dövlətçiliyin hüquqi təməli

Suveren dövlətçiliyin hüquqi təməli

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Konstitusiya və Suverenlik İli – 2025

Hər bir dövlətin varlığı və dayanıqlığı onun suverenliyinin, hüquqi əsas­larının və milli iradəsinin bərabər balansda qorunmasından asılıdır. Dövlətin hüquqi çərçivəsi, onun siyasi sabitliyinin və ictimai rifahının təminatçısı kimi çıxış edir. Müasir dövrdə Azərbaycan Respublikası bu prinsipin parlaq nü­munəsini nümayiş etdirərək, suveren dövlətçilik ideyasını reallığa çevirib. Bu uğurun təməlində isə Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən müasir reallıqlara uyğun şəkildə davam etdirilən ar­dıcıl siyasi xətt dayanır. Azərbaycan xalqının əsrlərlə formalaşmış milli kim­liyi və dövlətçilik ənənəsi bu gün müstəqil respublikanın ideoloji dayaqlarını təşkil edir. 

Azərbaycanın inkişaf konsepsiyası hüquqi dövlət və sosial rifah ideyasının qarşılıqlı vəhdətinə əsaslanır. Hüquqi döv­lət təkcə qanunların mövcudluğu deyil, həm də onların ədalətli və effektiv tətbiqini nəzərdə tutur. Bu baxımdan Azərbaycan Respublikasında aparılan institusional is­lahatlar — məhkəmə sisteminin müasir­ləşdirilməsi, idarəetmədə şəffaflıq və he­sabatlılığın artırılması, korrupsiyaya qarşı kompleks tədbirlər hüquqi sistemin sabit inkişafını təmin edən mühüm faktorlardan­dır. Belə ki, 1998-ci il 1 dekabr tarixində qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Qanun ölkədə üçpilləli məh­kəmə sisteminin formalaşmasına hüquqi əsas yaratdı. Bu islahat nəticəsində Azər­baycanın hüquq sistemi sovet dövründən miras qalan köhnə strukturlardan tamamilə uzaqlaşdırılaraq demokratik prinsiplər üzə­rində yenidən quruldu. Məhkəmə-hüquq sahəsində aparılan dərin dəyişikliklər nə­ticəsində Konstitusiya Məhkəməsi təsis olundu, 2000-ci ildən etibarən isə müstəqil və şəffaf fəaliyyət prinsiplərinə əsasla­nan yeni üçpilləli məhkəmə sistemi tətbiq edilməyə başladı. Bu model əvvəlki məh­kəmə mexanizmlərindən kəskin surətdə fərqlənərək, insan hüquq və azadlıqlarının qorunmasına daha güclü təminat gətirdi. Bu da ölkənin beynəlxalq imicini qanu­nun aliliyinə əsaslanan müasir dövlət kimi möhkəmləndirir.

Ulu öndər 2003-cü il oktyabrın 1-də Prezident seçkiləri ərəfəsində xalqa mü­raciəti zamanı demişdi: “İnanıram ki, mə­nim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2020-ci ildəki Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olun­du.

Azərbaycanın müstəqillik tarixi göstə­rir ki, dövlətin möhkəm dayaqlarını təmin edən üç sütun olan, ordunun formalaşdırıl­ması, hüquqi dövlətin qurulması və mil­li ideologiyanın bərpası prosesləri məhz Heydər Əliyev dövründə strateji prioritet kimi müəyyən olunub. Ulu öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi is­lahatlar həm də milli ruhun yenidən oya­nışı idi. Ümummilli liderin təşəbbüsü ilə yaradılan ali hərbi məktəblər, gənc zabit­lərin xaricdə təhsil alması üçün geniş im­kanların yaradılması, orduya milli ideya və vətənpərvərlik ruhunun aşılanması bu gü­nün qalib Azərbaycan Ordusunun əsasını təşkil edir. Bu baxımdan 2020-ci ilin Vətən müharibəsində əldə olunan tarixi Qələbə Heydər Əliyevin illər əvvəl təməlini qoy­duğu güclü, intizamlı və yüksək döyüş qabiliyyətinə malik ordunun nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliye­vin rəhbərliyi ilə “dəmir yumruq” əməliy­yatı da Ulu öndərin “Azərbaycan müstəqil dövlət kimi əbədi yaşayacaq” ifadəsinin reallaşması idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi dövlətçilik tariximizdə həm simvolik, həm də strateji addımdır. Bu qərar iki fundamental hadisə­nin – Konstitusiyanın qəbulunun 30 illiyi və Vətən müharibəsində Qələbənin 5 illi­yinin vəhdətini təcəssüm etdirir.

Azərbaycanın həqiqi milli Konstitu­siyası yalnız müstəqillik əldə olunduqdan sonra mümkün oldu. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respub­likasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” gələcək dövlət quru­culuğunun hüquqi əsasını qoydu. Lakin 1991-1993-cü illərdəki siyasi qeyri-sabit­lik, idarəetmədə xaos və hakimiyyət böh­ranı ölkədə yeni Konstitusiyanın qəbulunu mümkünsüz etmişdi. Bu vəziyyətin dəyiş­məsi Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə baş verdi. 1995-ci il mayın 2-də Milli Məclisin qə­rarı ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komis­siyanın tərkibi təsdiq edildi. Komissiyanın tərkibinə tanınmış ictimai-siyasi xadimlər, alimlər, peşəkar hüquqşünaslar qatıldı. Sədr isə Ulu öndər Heydər Əliyev seçildi. İlk növbədə siyasi sabitlik, hüquqi nizam və dövlət institutlarının bərpası istiqamə­tində addımlar atdı. Ümummilli lider de­yirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməli­yik ki, o, müstəqil Azərbaycan Respublika­sının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”. Yaradılmış ko­missiya tərəfindən çox qısa bir müddətdə inkişaf etmiş demokratik ölkələrin kons­titusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, Azərbaycan Respublikası­nın Konstitusiyasının layihəsi hazırlanıb 1995-ci il oktyabrın 15-də ictimai müza­kirəyə təqdim olundu, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi ilə Azərbaycanın müstəqillik dövründə ilk milli Konstitusiyası 94,5 faiz səs çoxluğu ilə qəbul edildi.

Konstitusiyada BMT-nin 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyan­naməsi, 1966-cı il Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktı və digər beynəlxalq sənədlərin prinsipləri əks olunmaqla, Azər­baycan hüquqi sisteminin beynəlxalq stan­dartlara uyğunlaşdırılması təmin edildi. Bu, həmçinin ölkəmizin demokratiya və insan hüquqları sahəsində qlobal öhdəlik­lərə sadiqliyinin göstəricisidir.

Azərbaycan Konstitusiyasına sonrakı illərdə üç dəfə 2002, 2009 və 2016-cı illər­də – ümumxalq səsverməsi (referendum) yolu ilə mühüm dəyişikliklər edilib. Bu də­yişikliklər cəmiyyətin sosial-siyasi inkişaf dinamikasına uyğun olaraq dövlət idarəet­məsinin çevikliyini artırmağa yönəlmişdi. 2002-ci il referendumunda əsas məqsəd dövlət hakimiyyəti orqanları arasında sə­lahiyyət bölgüsünün təkmilləşdirilməsi və idarəetmənin effektivliyinin artırılması idi. 2009-cu ildə edilən dəyişikliklər insan və vətəndaş hüquq və azadlıqlarının təmi­natını genişləndirdi, medianın və ictimai iştirakçılığın hüquqi bazasını möhkəmlən­dirdi. 2016-cı il referendumunda isə kons­titusion idarəetmədə institusional moderni­zasiya həyata keçirildi: vitse-prezidentlik institutu təsis olundu, icra hakimiyyəti sisteminin struktur çevikliyi təmin edildi, gənclərin və ailə institutunun dövlət si­yasətində rolu konstitusion status qazandı.

Azərbaycan Respublikasının Konsti­tusiyası milli suverenliyin ideoloji rəmzi kimi çıxış edir. Konstitusiyada əksini tapan “Azərbaycan Respublikasının ərazi bütöv­lüyü, dövlət müstəqilliyi və konstitusiya quruluşu” prinsipləri bu gün də dövlətin daxili və xarici siyasətinin əsas istiqaməti­ni müəyyən edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətin hüquqi və ideoloji inkişafının məntiqi da­vamı kimi çıxış edir. Bu təşəbbüs Konstitu­siyanın 30 illiyinə verilən ən yüksək siyasi qiymət olmaqla yanaşı, hüquqi dövlətçilik prinsipinin daha da möhkəmləndirilməsi məqsədini daşıyır.

2023-cü ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı Azərbaycan döv­lətçiliyinin və hərbi gücünün siyasi ma­nifestinə çevrildi. Bu hadisə Ulu öndərin “Qarabağ Azərbaycandır və nida” prinsi­pinin əyani təsdiqi olmaqla yanaşı, həm də dövlətin suverenlik atributlarının tam bərpa olunduğunu dünyaya nümayiş etdir­di. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində açıqladı: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”.

Bu gün Azərbaycanın siyasi siste­mi, ordu quruculuğu və hüquqi islahatla­rı bir-biri ilə sıx şəkildə bağlı olan vahid dövlətçilik mexanizmini təşkil edir. Bu mexanizmin ideoloji nüvəsini Heydər Əli­yev irsi, onun “hüquq və ədalət üzərində qurulan dövlət” fəlsəfəsi formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu fəlsəfə Azərbaycanı Cənubi Qafqazın ən güclü, müstəqil və hüquqa əsaslanan döv­lətinə çevirib.

“Konstitusiya və Suverenlik İli” isə bunun davamı kimi, həm ulu öndərin döv­lətçilik irsinə ehtiramın, həm də gələcəyə yönəlik strateji baxışın ifadəsidir. Bu il tək­cə tarixə qayıdış deyil, həm də hüquqi və mənəvi qələbənin siyasi təntənəsidir.

Elnur RÜSTƏMOV,
Saatlı rayon prokuroru,ədliyyə müşaviri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri