Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Dövlətə xəyanət cox ağır ittihamdır Ramiz Mehdiyev nələr törədib?

Dövlətə xəyanət cox ağır ittihamdır Ramiz Mehdiyev nələr törədib?

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Xarakterim elədir ki, yıxılana balta vurmuram. Amma vaxtı ilə Ramiz Mehdiyevə öz sözümü demişəm. Parlamentdə 2000-2005-ci illərdə deputat olarkən onu tənqid etmişəm".

Bunu "Sherg.az"a açıqlamasında keçmiş millət vəkili, Naftalan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, professor Musa Musayev deyib. 


Professor vurğulayıb ki, məhz tənqidinə görə, uzun müddət işsiz qalıb: 


"Bu, məni 12 il işsiz qoymağın və xəyanətin nəticəsidir. Haqq nazilər, lakin üzülməz. Ramiz Mehdiyev Prezident Administrasiyasına uzun müddət rəhbərlik edib. İstər PA-da, istər icra strukturlarında, istərsə də Yeni Azərbaycan Partiyasında və digər qurumlarda onun kadrları, tərəfdarları qalmaqdadır. Həmin şəxslər Ramiz Mehdiyevin "xeyir-duası" ilə vəzifələrə təyinat alıblar. Əlbəttə, bu, o demək deyil ki, onların hamısı cinayətkardır. Amma "dövlətə xəyanət" çox ağır məsələdir. Əgər Ramiz Mehdiyev öz dövlətinə xəyanət edibsə, ətrafındakı məmurlar da eyni yolu tutubsa, hamısı cəzasını almalıdır. Azərbaycan dövləti həssas dönəmdədir. 30 illik işğala son qoyulub, suverenliyimiz bərpa olunub. Cənab Prezidentimiz nüfuzlu lider kimi bütün qlobal tədbirlərə dəvət edilir. Bununla hər bir vətəndaş fəxr edir, qürur duyur. Kimlərsə Azərbaycanın hörmətinə, nüfuzuna zərbə vurursa, xəyanət edirsə, mütləq layiqli cəzalarını almalıdırlar". 


Musa Musayev başına gətirilən oyunları belə xatırlayıb: 

"Yeni Azərbaycan Partiyası 2005-ci ildə Binəqədi 8 saylı dairədən namizədliyimi vermişdi. Maneçilik törədilər, deputat seçilə bilmədim. Sizin "Şərq" qəzetində seçkinin səhərisi günü geniş müsahibəm çıxdı. O vaxt güc strukturları, hakim partiya, Prezident Aparatı da əleyhimə çıxırdı. Çünki tapşırıq birbaşa Ramiz Mehdiyevdən gəlmişdi. Rayonun icra başçısı Alı Qocayev də bunu mənə demişdi.  

2006-cı ildə cənab Prezidentin sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olundum. Lakin qərəzli münasibət davam edirdi. Bələdiyyə seçkisinə müdaxilə iddiasını ortaya atdılar və nəticədə vəzifədən uzaqlaşdırıldım. Naftalana icra başçısı göndəriləndə Ramiz Mehdiyevin kabinetində xeyli söhbətimiz oldu. Dedim ki, 2005-ci il parlament seçkilərində seçilməyimə maneçilik törətmisiniz. Bildirdim ki, Alı Qocayev də mənə deyirdi ki, Ramiz Mehdiyev sənin deputat olmağını istəmir. Çox pərt oldu, tutuldu. Təbii ki, təkzib etdi, elə olmadığını söylədi, özünü müdafiə etdi". 


Sabiq deputat Kabinetində R.Mehdiyevə sözünü açıq formada dediyini və bunun ağrısını-acısını yaşadığını bildirib: 

"Allah cənab Prezidentimizi, dövlətimizi qorusun. Ramiz Mehdiyevin bütün əngəllərinə baxmayaraq, 12 il işsiz qaldığım dövrdə cənab Prezidentin təşəbbüsü ilə üç dəfə YAP-ın qurultayında partiyanın Siyasi Şurasının üzvü kimi qaldım. YAP-ın 1-ci qurultayından 7-ci qurultayınadək Siyasi Şuranın üzvü olmuşam. 2021-ci il martın 5-də keçirilən qurultayda da işsiz olmağıma rəğmən, hakim Partiyanın rəhbərliyində qala bildim. YAP-ın rəhbər orqanında yeganə işsiz adam mən olmuşam. 2021-ci ilin avqust ayında cənab Prezidentimizin tapşırığı ilə MSK-da çalışmağa başladım. Bugünədək MSK-nın Nərimanov rayonu 7 saylı seçki dairə komissiyasının üzvüyəm". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri