Ramiz Mehdiyev dövlətə xəyanətdə ittiham olunur Maddələr açıqlandı
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.
“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Qeyd edək ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev bu maddələrlə ittiham olunur
14 Oktyabr 2025 22:23
Məhkəmədən Ramiz Mehdiyev barədə QƏRAR
14 Oktyabr 2025 22:58
Ramiz Mehdiyev həbs edildi Təcili
14 Oktyabr 2025 21:57
Ramiz Mehdiyev vətənə xəyanət, hakimiyyəti ələ keçirmə cinayətində ittiham olunur ÖZƏL
14 Oktyabr 2025 22:21

