Dövlətimiz müstəqil medianın azad fəaliyyəti və inkişafı üçün də zəruri tədbirlər görüb
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
“Azərbaycan dövləti öz fəaliyyətində demokratiya və aşkarlığın mühüm təminat vasitəsi olan müstəqil medianın qurulması, azad fəaliyyəti və inkişafı üçün də zəruri tədbirlər görüb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu təşkil edilən “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasında yüzlərlə qazet və jurnal, onlarla radio və televiziya şirkəti, çoxsaylı informasiya agentlikləri və digər media subyektləri sərbəst surətdə fəaliyyət göstərir və onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara məxsusdur.
“İctimai rəyin formalaşdırılmasında mühüm təsir imkanlarına malik “dördüncü hakimiyyət” hesab olunan media subyektləri, ictimai nəzarəti həyata keçirməklə yanaşı, konstitusion dəyərlərin təbliği, cəmiyyətin maarifləndirilməsi, hüquqi savadlılığın artırılması, habelə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm vəzifələr daşıyırlar”.
Onu da vurğulayıb ki, bu vəzifələrin icrası isə öz növbəsində söz və mətbuat azadlığından dövlətçiliyin, habelə vətəndaşlarımızın mənafeyi naminə düzgün, səmərəli istifadəsini, o cümlədən qanunvericiliyin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqi və etik normaların gözlənməsini tələb edir.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 02 May 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















