Icma.az
close
up
RU
Hər bir uşağın xoşbəxtliyi dövlətimiz üçün, rəhbərimiz üçün prioritet məsələdir Jalə Əliyeva

Hər bir uşağın xoşbəxtliyi dövlətimiz üçün, rəhbərimiz üçün prioritet məsələdir Jalə Əliyeva

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu günlərdə 27 sentyabr Vətən müharibəmizin başlamasının beşinci il dönümünü qeyd etdik. Hər bir azərbaycanlı kimi bir daha şəhidlərimizin ruhu qarşısında baş əyərək, müqəddəs ruhlarını andıq. Bizim üçün onlar hər gün, hər an canlıdırlar və onların yadigarları olan övladları, ailələri də təbii ki, dövlətimizin böyük bir diqqəti ilə, qayğısı ilə əhatə olunub".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid övladlarına göstərdikləri diqqət, qayğıdan danışarkən bildirdi.

"Bu günlər ərəfəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Gəncəyə səfəri, Gəncədə terror qurbanlarının ailələri ilə görüşmələri, balaca Nilayımız, balaca Xədicəmiz, balaca Bəxtiyarla bir ana, bir nənə, bir baba qayğısı ilə görüşmələri, əlbəttə ki, hər birimizin qəlbini həm kövrəltdi, həm sevindirdi. Kövrəldik ki, bu uşaqlarımızın heç bir günahı yox idi. Bu uşaqlarımız cəbhə bölgəsindən çox-çox uzaqda, dinc bir şəhərdə yaşadıqları evlərində ballistik raket atəşlərinin qurbanı olan valideynlərin uşaqlarıdırlar. Amma onların alnına yetimlik yazılsa da, dövlət onlara arxa durdu, arxa çıxdı, bütün övladlara olduğu kimi. Həmin uşaqlarla prezidentin, xanım Mehriban Əliyevanın çox səmimi, çox mehriban görüşü, əlbəttə ki, bizim hər birimizi bir daha sevindirdi", - deyə o vurğuladı.

Deputat qeyd etdi ki, Vətən uğrunda həlak olan hər bir insanın ailəsi, övladı bizim dövlətimiz üçün nə qədər əhəmiyyətlidir.

"Hər bir uşağın taleyi, hər bir uşağın xoşbəxtliyi dövlətimiz üçün, dövlət rəhbərimiz üçün nə qədər prioritet bir məsələdir. Ən kiçik detallar, əlbəttə ki, gözümüzdən yayınmadı. Mehriban xanımın nə qədər qayğıyla o qızcığazı isti adyalla bürüməsini, soyuqdan onu qorumasını, hər dəqiqə diqqət göstərmələrini ekrandan hər bir kəs gördü. Balacaların Prezidentin üzərinə öz babalarının ağuşuna atılırmışcasına atılması... Yəni bütün bunlar xırda məsələlər deyil. Bütün bunlar uşaq könlünün, uşaq qəlbinin böyük diqqətə, böyük qayğıya göstərdiyi reaksiyadır, əks-sədadır.

Mən bir insan kimi, bir qadın kimi, bir ana kimi bu dəqiqələri çox yüksək dəyərləndirirəm. Humanizmin əhəmiyyətli bir nümunəsi kimi dəyərləndirirəm. Eyni zamanda da, arzu edirik ki, dünyanın heç bir yerində, Azərbaycanımızda, bölgədə, dünyada heç bir uşaq müharibənin qurbanı olmasın, heç bir uşaq zorakılığın qurbanı olmasın. Onların taleyinə ancaq xoşbəxtlik yazılsın, analı-atalı günləri yazılsın. Bir daha ölkəmizə dövlətimizə, rəhbərimizə minnətdarlığımızı bildiririk. O körpələr, o uşaqlar hamımıza əmanətdir", - deyə Jalə Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri