Icma.az
close
up
RU
Azərbaycanın suverenliyi xalqımız və dövlətimiz üçün ən ali dəyərdir

Azərbaycanın suverenliyi xalqımız və dövlətimiz üçün ən ali dəyərdir

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xalqı tarix boyu dövlətçilik uğurunda mübarizə aparıb, müstəqilliyə can atıb, azadlıq eşqi ilə yaşayıb. Siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək  xalqımızın əsas amallarından olub. Əsrlər boyu xalqımızın qanı və canı bahasına apardığı azadlıq mücadiləsi öz bəhrəsini verdi. İki il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etdi. 24 saatdan da az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.
Sentyabr ayı Azərbaycan üçün Zəfər, ermənilər üçün isə məğlubiyyət ayı kimi tarixə düşüb: “Qarabağdakı erməni separatçıları məhz bu ayda qanunsuz olaraq müstəqilliklərini elan etmişdilər. Bununla da onlar gələcək talelərini sual altına qoydular, səfil həyatlarına başladılar. Ermənilər 2020-ci il sentyabrın 2-də  Şuşada  “mütəqillik bayramı”nı qeyd etdilər, 25 gün sonra ordumuz separatçılara dağlarda elə bir “toy” tutdu ki,  onlar müstəqillik eşqinə düşdüklərinə belə peşman oldular.  Amma aldıqları zərbədən tam ibrət dərsi çıxarmadılar. 2023-cü il 2 sentyabrda Ermənistanın baş naziri Nikol Paşinyanın separatçılara “müstəqillik təbriki” ünvanlaması dövlətimizi məcbur etdi ki, yarımçıq qalan işləri tamamlasın. Əslində 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli anlaşmaya əsasən 2025-ci ilə qədər Qarabağdakı ermənilərin inteqrasiya prosesi başa çatmalı idi. Bunun üçün Azərbaycan dövləti ermənilərə kifayət qədər vaxt vermişdi. Ermənilər onlara verilən zaman kəsimində islah olunmaq əvəzinə, xarici qüvvələrin sifarişi və dəstəyi ilə silahlandılar, yenidən separatçılıq eşqinə düşdülər. Bütün bunlar göstərirdi ki, Ermənistan və onun rəhbərliyi sülh prosesində maraqlı deyil, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Sentyabrın 9-da Qarabağda qanunsuz seçkilər keçirildi. Qarabağdakı silahlı ermənilər azərbaycanlıların keçdiyi yollara minalar basdırmaqda davam edirdilər. Həmin minalar Ermənistanda 2020-ci ildən sonra istehsal olunmuşdu.  Belə olan halda Azərbaycan dövlətinin başqa çıxış yolu qalmamışdı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu antiterror əməliyyatlarına başladı və 24 saatdan az vaxtda davam edən əməliyyat nəticəsində ermənilər silahlarını yerə qoydu və Qarabağın bütün ərazisi dövlətimizin nəzarətinə keçdi. Azərbaycan terror təhlükəsini və ərazisindəki boz zonanı birdəfəlik silərək, suverenliyini tam təmin etdi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib: “Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan mübarizəmizin kulminasiya nöqtəsinin simvoludur. Sərəncamda 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyəti bir daha vurğulanır. Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncam imzaladı və Tədbirlər Planını təsdiq etdi. “Konstitusiya və Suverenlik İli”nin müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri var. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca faktorlardan biridir. Bütün xarici dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən dövlətlərlə daha sıx əməkdaşlıq edir, onun ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə ifadə edir. 
Dövlət özünü idarə etmək üçün müstəqil qərarlar qəbul etmək səlahiyyətlərinə malik olmalıdır. Təəssüf ki, Azərbaycan dövləti 30 ilə yaxın ərazilirimizin 20 faizinə nəzarət edə bilmirdi. Yurd-yuvalarından didərgin salınan vətəndaşlarımız doğma torpaqlara həsrət qalmışdılar.  
Bir millət üçün suverenlik öz müqəddəratını təyinetmə bəyannaməsidir.  Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bizim üçün ən ali dəyərdir. Biz bu prinsipləri hər zaman qoruyacaq və müdafiə edəcəyik. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz, ərazi bütövlüyümüz  toxunulmazdır. Daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin sürətlənməsinə stimul verəcək suverenliyimiz bizi yeni zirvələri fəth etməyə sövq edir.


Mehriban Vəliyeva
Milli Məclisin deputatı

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri