Icma.az
close
up
RU
Dövlətimizə qarşı çirkin kampaniyalar aparanların cəhdləri boşa çıxdı” ATXƏM sədri

Dövlətimizə qarşı çirkin kampaniyalar aparanların cəhdləri boşa çıxdı” ATXƏM sədri

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu günlər Bakı COP-un 29-cu sessiyasına, Paris razılaşmasının tərəflər görüşünün 6-sı sessiyasına ev sahibliyi edir. BMT-nin Baş katibi Antonio Quterreşin, Avropa Şurasının Baş katibi Alen Bersetin,  dövlət başçılarının, həmçinin, beynəlxalq təşkilatların, xüsusilə Türkdilli dövlətlərin demək olar ki, hamısının yüksək səviyyədə iştirakını, həm də iştirak edən nümayəndələrin çoxluğunu və COP29-un dünyada keçirilən ən böyük beynəlxalq konfranslardan biri olmasını nəzərə alsaq, ölkəmizə qarşı qarayaxma kampaniyalarının  artmasının səbəbi aydın olur”.  
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov deyib. İ.İsmayılov bildirib ki, onların səs verərkən məqsədi belə böyük bir tədbirin keçirilməsinə qarşı dünyanın, əsasən də, Ermənistanın diqqətini siyasi dustaqlar məsələsinə çəkmək idi:
“Necə oldu ki, COP29-un Bakıda keçirilməsinə razılıq verənlər sonra birdən-birə etiraz etdilər. Bilirik ki, Avroviziya, Avropa Oyunları, İslam Həmrəylik Oyunları vaxtı da Azərbaycana qarşı belə kampaniyalar oldu. Lakin bu tədbirlərdən sonra Azərbaycan addım-addım tanındı, dünya Avropaya Azərbaycanın gözü ilə baxmağa başladı. Biz də getdiyimiz, tədbirlər keçirdiyimiz yerlərdə bizə olan münasibətin dəyişdiyini müşahidə edirdik, bizi gülə-gülə qarşılayırdılar”. 
ATXƏM sədri qeyd edib ki, bu gün  iqlim dəyişikliyi üçün ekologiyanı  çirkləndirən, zərərli qazların atmosferə yayılmasına səbəb olan Çin, Rusiya, Hindistan, Amerika kimi ölkələr daha çox narahat olmalıdırlar:
“Əgər Azərbaycan kimi bir dövlət belə böyük, mühüm bir tədbirə ev sahibliyi edirsə və narahatçılıq təbili çalınırsa, bu dövlətlər həmin kampaniyaya qoşulurlarsa, bu artıq məqsədyönlüdür. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin ekologiyanı məhv etmələri, həmin ərazilərdə törətdikləri vandalizm  göz qabağındadır. Əgər Ermənistan sülh tərəfdarı olsaydı, belə mühüm bir tədbirdə iştirak etmiş olardı. Lakin gördüyümüz kimi, Ermənistan terrorist bir dövlət kimi bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən tədbirə qatılmayıb.Beləliklə, dövlətimizə qarşı bu çirkin kampaniyaları aparanlar heç nəyə nail ola bilmədilər, cəhdləri boşa çıxdı”. 
İ.İsmayılov əlavə edib ki, COP29 çərçivəsində mühüm addımlar atılır, sazişlər imzalanır:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevim, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü və onların yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalaması  Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında və Türkdilli dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsində yeni imkanlar açmış oldu. Biz də vətəndaş cəmiyyəti təmsilçisi olaraq ölkəmizin  təhlükəsizliyi və inkişafı naminə Prezident cənab İlham Əliyevin apardığı uzaqgörən siyasətə daim dəstək veririk. Düşünürük ki, bu cür dünya əhəmiyyətli tədbirlərin keçirilməsi təqdirəlayiqdir və nəticəsi qənaətbəxş olacaq”.
Törə Zeynallı
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri