Icma.az
close
up
RU
Dövlətimizə qarşı çirkin kampaniyalar aparanların cəhdləri boşa çıxdı” ATXƏM sədri

Dövlətimizə qarşı çirkin kampaniyalar aparanların cəhdləri boşa çıxdı” ATXƏM sədri

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

“Bu günlər Bakı COP-un 29-cu sessiyasına, Paris razılaşmasının tərəflər görüşünün 6-sı sessiyasına ev sahibliyi edir. BMT-nin Baş katibi Antonio Quterreşin, Avropa Şurasının Baş katibi Alen Bersetin, dövlət başçılarının, həmçinin, beynəlxalq təşkilatların, xüsusilə Türkdilli dövlətlərin demək olar ki, hamısının yüksək səviyyədə iştirakını, həm də iştirak edən nümayəndələrin çoxluğunu və COP29-un dünyada keçirilən ən böyük beynəlxalq konfranslardan biri olmasını nəzərə alsaq, ölkəmizə qarşı qarayaxma kampaniyalarının artmasının səbəbi aydın olur”.  

Sfera.az bildirir ki, bu fikirləri açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov deyib. İ.İsmayılov bildirib ki, onların səs verərkən məqsədi belə böyük bir tədbirin keçirilməsinə qarşı dünyanın, əsasən də, Ermənistanın diqqətini siyasi dustaqlar məsələsinə çəkmək idi:

“Necə oldu ki, COP29-un Bakıda keçirilməsinə razılıq verənlər sonra birdən-birə etiraz etdilər. Bilirik ki, Avroviziya, Avropa Oyunları, İslam Həmrəylik Oyunları vaxtı da Azərbaycana qarşı belə kampaniyalar oldu. Lakin bu tədbirlərdən sonra Azərbaycan addım-addım tanındı, dünya Avropaya Azərbaycanın gözü ilə baxmağa başladı. Biz də getdiyimiz, tədbirlər keçirdiyimiz yerlərdə bizə olan münasibətin dəyişdiyini müşahidə edirdik, bizi gülə-gülə qarşılayırdılar”. 

ATXƏM sədri qeyd edib ki, bu gün iqlim dəyişikliyi üçün ekologiyanı çirkləndirən, zərərli qazların atmosferə yayılmasına səbəb olan Çin, Rusiya, Hindistan, Amerika kimi ölkələr daha çox narahat olmalıdırlar:

“Əgər Azərbaycan kimi bir dövlət belə böyük, mühüm bir tədbirə ev sahibliyi edirsə və narahatçılıq təbili çalınırsa, bu dövlətlər həmin kampaniyaya qoşulurlarsa, bu artıq məqsədyönlüdür. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin ekologiyanı məhv etmələri, həmin ərazilərdə törətdikləri vandalizm göz qabağındadır. Əgər Ermənistan sülh tərəfdarı olsaydı, belə mühüm bir tədbirdə iştirak etmiş olardı. Lakin gördüyümüz kimi, Ermənistan terrorist bir dövlət kimi bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən tədbirə qatılmayıb.Beləliklə, dövlətimizə qarşı bu çirkin kampaniyaları aparanlar heç nəyə nail ola bilmədilər, cəhdləri boşa çıxdı”. 

İ.İsmayılov əlavə edib ki, COP29 çərçivəsində mühüm addımlar atılır, sazişlər imzalanır:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevim, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü və onların yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalaması Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında və Türkdilli dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsində yeni imkanlar açmış oldu. Biz də vətəndaş cəmiyyəti təmsilçisi olaraq ölkəmizin təhlükəsizliyi və inkişafı naminə Prezident cənab İlham Əliyevin apardığı uzaqgörən siyasətə daim dəstək veririk. Düşünürük ki, bu cür dünya əhəmiyyətli tədbirlərin keçirilməsi təqdirəlayiqdir və nəticəsi qənaətbəxş olacaq”. (Demokrat.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see186

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see154

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see148

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see142

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see132

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see129

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see125

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see120

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see120

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see119

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see119

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see119

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see119

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see118

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see118

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see118

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see117

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see117

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see116

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri