Icma.az
close
up
RU
Dövlətin hərbi əməliyyatları nəticəsində vurulan zərər onun üzərinə düşür Hüquqşünas

Dövlətin hərbi əməliyyatları nəticəsində vurulan zərər onun üzərinə düşür Hüquqşünas

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi hücumda istifadə etdiyi “İsgəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.

Hadisə ilə bağlı hansı beynəlxalq hüquqi tədbirlər görülə bilər?

Hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Əlövsət Allahverdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu hadisə beynəlxalq hüquqa əsasən ciddi məsuliyyət yarada bilər.

"İlk növbədə qeyd etməliyik ki, burada “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyasının tələbləri pozulub. Konvensiyanın 45-ci maddəsinə görə, qəbul edən dövlət diplomatik binanın və ya əmlakın toxunulmazlığını təmin etməli və mühafizəni gücləndirməlidir. Fərq etmir, bu, dinc dövrdə də, silahlı münaqişə zamanı da bu formada qorunmalıdır.

Beynəlxalq humanitar hüquq baxımından, Dördüncü Cenevrə Konvensiyasının 1-ci Ümumi maddəsi silahlı münaqişənin iştirakçısı olub-olmamasından asılı olmayaraq hər bir dövlətdən müharibə qanun və adətlərinə hörməti təmin etməyi tələb edir. Beləliklə, əgər pozuntu baş verərsə, təkcə zərərçəkmiş dövlət deyil, hər bir dövlət beynəlxalq humanitar hüquq normalarına hörməti bərpa etmək üçün tədbirlər görə bilər və görməlidir".

Fəlsəfə doktoru qeyd etdi ki, silahlı münaqişəyə cəlb olunduqda dövlət beynəlxalq humanitar hüquqa riayət etmək üçün məsuliyyət daşıyır:

"Pozuntuların mövcudluğunu müəyyən etmək üçün Protokolun 90-cı maddəsi Faktları Araşdıran Komissiya yaradır və onun fəaliyyət qaydalarını müəyyən edir. Əgər dövlət məsul hesab edilərsə, o, zərərçəkmiş dövlətə kompensasiya ödəməlidir. Lakin beynəlxalq hüququn ənənəvi strukturuna uyğun olaraq, pozuntuların fərdi qurbanları üçün kompensasiya hüququ yaranmır.

Dövlət öz qeyri-qanuni davranışını dayandırmazsa, zərərçəkmiş dövlətlər öhdəliklərini pozan dövlətə qarşı əks tədbirlər görmək hüququna malikdirlər. Bununla belə, beynəlxalq humanitar hüquqa əsasən mülki əhaliyə və ya qorunan şəxslərə, obyektlərə qarşı repressiyalar qadağandır. Razılıq və əks tədbirlər kimi qanunsuzluğu istisna edən müəyyən hallar beynəlxalq humanitar hüquq normalarının pozulmasına səbəb olan hərəkətlərin qanunazidd olmasını istisna etmək üçün istifadə edilə bilməz".

Əlövsət Allahverdiyevin sözlərinə görə, Azərbaycan həm diplomatik, həm hüquqi, həm də siyasi alətlərdən istifadə edərək hadisəni törədən dövlətə qarşı məsuliyyət tələb edə bilər:

"Lakin real fəaliyyətdə bu addımların uğuru sübutların toplanması, beynəlxalq dəstəyin alınması, məhkəmə və siyasi mexanizmlərin effektiv işləməsi kimi faktorlardan asılı olacaq. Yəni burada sübut olunmalıdır ki, hadisə Rusiya tərəfindən törədilib; ola bilər ki, vəziyyətdən istifadə edərək başqa bir dövlət hadisəni törədib. Sübut olunduğu təqdirdə, müharibə zamanı belə, əgər bir dövlət üçüncü ölkənin ərazisində yerləşən diplomatik binanı bilərəkdən hədəfə alırsa, bu, açıq şəkildə beynəlxalq hüquq pozuntusudur. Qəlpə və ya səhv atış nəticəsində zərər vurulursa, bu halda da məsuliyyət qalır, çünki dövlətin hərbi əməliyyatları nəticəsində vurulan zərər onun üzərinə düşür".

Müsahibimiz sonda məsuliyyət formalarını da sadaladı:

"Təzminat, satisfaksiya (üzrxahlıq, diplomatik izahat), təkrar olmama zəmanəti bu siyahıya aiddir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Noyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri