Icma.az
close
up
RU
Dövlətin inkişafı onun fiziki cəhətdən sağlam yetişən gəncləri ilə sıx bağlıdır ŞƏRH

Dövlətin inkişafı onun fiziki cəhətdən sağlam yetişən gəncləri ilə sıx bağlıdır ŞƏRH

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı bir-birini tamamlayan və gücləndirən proseslərdir. Bu inkişafın dəstəklənməsi üçün ailə, məktəb, cəmiyyət və dövlətin birgə çalışması vacibdir. Gənclərin sağlam böyüməsi, onların cəmiyyətə faydalı fərdlər kimi yetişməsi və həyatlarına uğurla davam etmələri üçün hərtərəfli dəstək və qayğı təmin edilməlidir.

Sfera.az xəbər verir ki, bu barədə fikirləri professor Yusif Babanlı bildirib.

“Gənc nəsildə sağlamlıq mədəniyyətinin, sağlam həyat obrazına vərdişin tərbiyəsi və aşılanması dövrün vacib məsələlərindən biridir. Yaşlılarla bərabər, böyüməkdə olan, fiziki cəhətdən mükəmməl həyata daxil olan və qabaqcıl biliklərə yiyələnən gənc nəslin nümayəndələri də ölkənin dinamik inkişafı üzrə məsuliyyəti öz üzərlərinə götürməyə qabildirlər. Məhz buna görə də hökumətin dövlət, ictimai, qeyri-hökumət və digər strukturlarının bütün fəaliyyəti böyüməkdə olan nəslin harmonik cəhətdən inkişaf etmiş, əxlaqi cəhətdən zəngin və fiziki cəhətdən sağlam şəkildə formalaşmasına istiqamətlənib. Gənc nəslin fiziki tərbiyəsinin vacib istiqaməti yeniyetmələrin hərəki aktivliyinin yüksəldilməsi, təhsil alanların öyrədici, təşkilati, nizam-intizamlı xarakterə malik olan və gənclərin fiziki tərbiyəsinin mühüm tərəfi olan idman bölmələrinə intensiv şəkildə cəlb edilməsi hesab olunur. Müasir dövrdə bədən tərbiyəsinin kütləvi hala çevrilməsi vəzifəsi öz həllini tapmaqdadır ki, bu da elmi cəhətdən əsaslanmış və cəmiyyətin bütün təbəqələrini əhatə edən fiziki tərbiyə sisteminə əsaslanır. Əhalinin müxtəlif yaş qruplarının fiziki inkişafı və hazırlığı üzrə proqram-dəyərləndirmə normativlərinin dövlət sistemləri mövcuddur. Məlum məsələdir ki, hər bir dövlətin gələcək inkişafı onun fiziki cəhətdən sağlam yetişən gəncləri ilə sıx bağlıdır. Məhz belə bir gənclərin inkişafı təlim-təhsil müəssələrindən başlayır”.

O qeyd edib ki, məktəblərdə fiziki tərbiyənin məzmunu uşaq və yeniyetmələri fiziki tərbiyə və yaradıcı fəaliyyətə istiqamətləndirən iki komponentin vəhdəti kimi başa düşülür.

“Birinci komponent, uşaq və yeniyetmələrdə fiziki tərbiyə, sağlamlıq mədəniyyətinin insanın ümumi mədəniyyətinin bir elementi olması haqqında tam nəzəri təsəvvürlər formalaşdırır. Bu, şəxsiyyətin hərtərəfli fiziki və mənəvi inkişafı haqqında əsas biliklərin mənimsənilməsi və “insan-insan”, “insan-cəmiyyət”, “insan-istehsal”, “insan-dövlət”, “insan-təbiət” münasibətlərinin başa düşülməsi vasitəsilə əldə olunur. Məzmunun ikinci komponenti, fiziki tərbiyə prosesini sağlamlıq-fiziki tərbiyə və idman fəaliyyəti üsullarının yaradıcı şəkildə mənimsənilməsi və onlardan sağlamlıq, təhsil, inkişaf və tərbiyə sahəsindəki məsələlərin həllində istifadə bacarığının formalaşmasına yönəldir. Bu komponent başqa cür fiziki tərbiyə sahəsində ümumtəhsil hazırlığının ümumdövlət standartının əsasını təşkil edən komponent də adlandırılır. O, dini, milli və fərdi xüsusiyyətlərdən asılı deyil. Şəxsiyyətlərarası münasibətlərdə müstəqilliyin, özünənəzarətin, qarşılıqlı nəzarətin formalaşması, dəyişən mühit şəraitində qabiliyyətlərin həmin yönə istiqamətlənməsi vacibdir. Burada cəldlik, sərrastlıq, güclülük, çeviklik, dəqiqlik kimi reaksiyaların inkişafı, eləcə də şəxsi məqsədlərin əldə olunması üçün iradi səy göstərilməsi vacibdir. Bütün bunlar isə nəticədə insanın müxtəlif şəraitlərdə öz davranışlarına nəzarət etmək qabiliyyətini formalaşdırır. Deməli, təhsil alanların yuxarıda sadalanan fiziki keyfiyyətlərinin inkişaf etdirilməsi insanın daha zəngin, mənəvi və əxlaqi dünyasının təşəkkül tapmasına gətirib çıxarır. Beləliklə, şəxsiyyətin əsas keyfiyyət və xüsusiyyətlərinin formalaşmasında fiziki tərbiyənin rolu olduqca böyükdür.

İnsan mücərrəd şəkildə fikirləşməyi bacarmalı, ümumi mövqeyini ortaya qoymalı və bu mövqeyə uyğun şəkildə hərəkət etməlidir. Yalnız düşünmək və nəticələr çıxarmaq kifayət deyildir. Bununla bərabər, bu nəticələri öz həyatına tətbiq etməyi də, uğur əldə etmək yolunda çətinlikləri aşaraq qarşıya qoyulmuş məqsədlərə nail olmağı da bacarmaq lazımdır. Bütün bunlara isə düzgün şəkildə fiziki tərbiyə vərdişlərinə yiyələnmək nəticəsində nail olmaq olar”.

Ülkər Abdurahmanlı

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb

Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Dekabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri