Icma.az
close
up
RU
Dövlətlər niyə çoxlu pul çap edib insanlara yüksək maaş vermirlər?

Dövlətlər niyə çoxlu pul çap edib insanlara yüksək maaş vermirlər?

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Dövlətlərin istədikləri qədər pul çap etmələrinə heç bir hüquqi maneə olmasa da, reallıqda bunu etmək çox ağır iqtisadi nəticələrə gətirib çıxarır.
Yeniavaz.com
xəbər verir ki, 2008-ci ildə Zimbabvedə baş verənlər bunun ən bariz nümunəsidir.
2000-ci ildən başlayaraq prezident Robert Muqabe Zimbabvedə torpaq islahatı proqramı həyata keçirib. Bu islahat çərçivəsində ağdərili fermerlərin torpaqları müsadirə edilib və hökumət tərəfindən yerli əhaliyə paylanıb. Lakin, yeni torpaq sahiblərinin əksəriyyəti kənd təsərrüfatı sahəsində təcrübəsiz olublar. Bu səbəbdən kənd təsərrüfatında məhsuldarlq kəskin şəkildə azalıb. Ölkənin əsas ixrac məhsulu olan tütün, qarğıdalı və şəkər qamışı istehsalı çökməyə başlayıb. Nəticədə, Zimbabve öz ərzağını özü istehsal etdiyi halda, ərzaq idxal etməyə məcbur olub və xarici valyutaya tələbat artıb.
Bundan başqa, torpaq islahatı və insan haqları pozuntuları səbəbindən Avropa Birliyi və ABŞ Zimbabve hökumətinə qarşı iqtisadi sanksiyalar tətbiq edib. Xarici sərmayələr dayanıb və ixracın azalması nəticəsində hökumətin valyuta ehtiyatları tükənib. Dollar və digər xarici valyutalar ölkədən çıxmağa başlayib. İqtisadiyyatda çöküş başlayıb, maaşları və pensiyaları ödəmək çətinləşib.
Bunların nəticəsində hökumət bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan qərarlar qəbul etmək əvəzinə, ölkənin Mərkəzi Bankı çoxlu miqdarda pul çap etməyə başlayıb.
2008-ci ildə pul çap etmə siyasəti nəticəsində ölkədə hiperinflyasiya baş verib. Bu, ölkənin tarixində və hətta dünya iqtisadi tarixində ən ağır maliyyə böhranlarından biri sayılır.
Zimbabvenin hökuməti o qədər çox pul çap edib ki, inflyasiya milyon faizləri keçib və ölkədə 100 trilyon Zimbabve dolları dəyərində əskinaslar buraxılıb. Əvvəlcə insanlara daha çox pul çatırdı, amma bazarda malların sayı artmadığı üçün qiymətlər kəskin şəkildə yüksəlib. Zimbabvenin inflyasiya göstəriciləri dünyanın heç bir yerində görünməmiş bir həddə çatıb. 2008-ci ilin iyulunda inflyasiya səviyyəsi – 231 milyon faiz, 2008-ci ilin noyabrında isə bu rəqəm 89,7 sekstilyon faiz olub.  Qiymətlər demək olar ki, hər saat dəyişib. Səhər çörək alan şəxs axşam eyni çörəyə 10 dəfə çox pul ödəməli olub. Nəticədə, insanlar əskinasları zibilliyə atırdılar, çünki pulun dəyəri yox idi.
Problemdən çıxış yolu kimi, 2009-cu ildə Zimbabve hökuməti öz milli valyutasını ləğv edib və ABŞ dollarına keçib. Tədricən inflyasiya nəzarət altına alınsa da, problem tam həll olunmayıb. İllər sonra Zimbabve yenidən öz milli valyutasını bərpa etməyə çalışsa da, 2019-cu ildə yeni inflyasiya dalğası başlayıb.
Zimbabve nümunəsi bir daha göstərdi ki, dövlətlər istədikləri qədər pul çap edə bilməzlər. Pul çap etmək, ölkənin real iqtisadi gücü ilə dəstəklənməlidir.
Əgər bir ölkə sadəcə istədiyi qədər pul çap edə bilsəydi, dünyada heç bir yoxsulluq olmazdı. Amma pulun dəyəri, onun arxasında duran istehsal, xidmət və iqtisadiyyatla müəyyən edilir.
Dövlətlərin hansı səbəbdən daha çox pul çap edə bilmədiklərini sadə şəkildə belə izah etmək olar:
Təsəvvür edək ki, ölkə iqtisadiyyatı hər gün 1000 manat dəyərində məhsul istehsal edir. Məsələn, gün ərzində hər birinin qiyməti 100 manat olan 10 ədəd mobil telefon istehsal edilir. Gün ərzində dövriyyəyə buraxılan pulun məbləği də 1000 manat olur. Bu o deməkdir ki, insanlar əllərindəki 1000 manatla istehsal olunan 10 ədəd telefonu satın ala bilirlər. Bir müddətdən sonra Mərkəzi Bank daha çox pul çap etməyə başlayır və gün ərzində dövriyyəyə 2000 manat buraxır. Lakin dövriyyədəki pulun artmasına baxmayaraq, istehsal olunan mobil telefonun sayı dəyişmir. Əvvəlki kimi hər gün 10 ədəd telefon istehsal olunur. İnsanların əlində olan pul 2 dəfə artdığı üçün onlar telefona 2 dəfə artıq pul ödəməyə hazır olurlar və buna görə də, telefonların qiyməti 200 manata yüksəlir. Gördüyünüz kimi pulun çox olması heç bir dəyişikliyə səbəb olmur, yalnız satılan məhsulun qiyməti yüksəlmiş olur.
Yuxarıdakı misalı qısa şəkildə belə ifadə edə bilərik: Artıq pul çap etmək məhsulun qiymətini qaldıra bilər, lakin onun miqdarına təsir edə bilməz. İnsanların pulu artdıqca daha çox məhsul almaq istəyəcəklər və bu da puldan fərqli olaraq miqdarı sabit qalan həmin məhsullara tələbi artıracaq. Nəticədə, həmin məhsulların qiyməti yüksələcək.
Başqa sözlə, dövriyyəyə nə qədər çox pul buraxılırsa, satılan məhsulların qiyməti də o qədər sürətlə bahalaşır və bu zaman da inflyasiya dediyimiz proses baş verir.
İnflyasiya zamanı insanların əlində olan pul dəyərdən düşür, qiymətlər tez-tez dəyişir. İqtisadiyyatda qeyri-müəyyənlik və qarmaqarışıqlıq meydana gəlir. Pulun dəyərdən düşməsi həm də real iqtisadiyyata mənfi təsir göstərməyə başlayır. Yüksək inflyasiyanın olduğu ölkələrdə iqtisadiyyata yatırılan sərmayələr azalır. İnflyasiya zamanı pul dəyərdən düşüdüyü üçün hər hansı bir istehsal sahəsinə investisiya yatırmaq riskli olur.
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Fevral 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri