Icma.az
close
up
RU
Dram əsərlərinin tərcüməsi ilə bağlı müsabiqə

Dram əsərlərinin tərcüməsi ilə bağlı müsabiqə

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

CHARACTERS Müasir Dramaturgiya Festivalı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi müasir pyeslərin (1950-ci ildən sonra yazılmış pyeslərin) Azərbaycan dilinə tərcümələrinin qəbulu ilə bağlı müsabiqəni açıq elan edir.
Kulis.az xəbər verir ki, EURODRAM-ın şərtlərinə əsasən, müsabiqəyə Avropa, Aralıq dənizi və Mərkəzi Asiya ölkələrinin dillərində, onların müəllifləri tərəfindən yazılmış pyeslərin tərcümələri qəbul edilir. EURODRAM komitələri nəşr olunması və ya tamaşaya qoyulması məqsədi ilə tərcümə edilmiş əsərlərdən üç pyes seçir.
CHARACTERS kuratoru və EURODRAM Azərbaycan Komitəsinin koordinatoru İsmayıl İmanın sözlərinə görə, bu açıq çağırış xarici pyeslərin Azərbaycanda tərcümə əsərlərinin mövcud məlumat bazasının və ölkəmizdə teatrlar, rejissorlar və tərcüməçilər arasında ünsiyyət imkanının yaradılmasına xidmət edir.
Müsabiqə üçün pyeslərin tərcümələri 15 fevral 2025-ci il tarixinədək [email protected] ünvanına göndərilə bilər. Məktubda aşağıdakı məlumatlar göstərilməlidir:
• tərcüməçinin tam adı;
• tərcüməçinin doğum tarixi və yeri;
• tərcüməçinin mobil telefon nömrəsi;
• orijinal pyesin adı və müəllifi;
• Müəllifin və ya müəllif hüquqları sahibinin pyesin tərcüməsi üçün razılığının göstəricisi;
• tərcümənin hansı dildən edildiyinin göstəricisi.
Tərcümələr ilə tanışlığın nəticələrinə əsasən, Azərbaycan Komitəsinin üzvləri üç tərcüməni seçəcəklər. Müsabiqənin nəticələri kommunikasiya platformalarında, EURODRAM-ın rəsmi veb-saytında (eurodram.org) və Teatro.az sənət portalında 21 mart 2025-ci il tarixində təqdim olunacaq. Seçilmiş tərcümələrin müəllifləri müvafiq sertifikatlarla təltif ediləcəklər.
EURODRAM-ın Azərbaycan Komitəsi 2023-cü ilin sonunda bərpa olunub. Komitənin fəaliyyəti CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində həyata keçirilir.
Azərbaycan Komitəsinin hazırda 5 üzvü var:
• İsrafil İsrafilov, teatrşünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri;
• Mikayıl Mikayılov, teatr rejissoru, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru;
• Tural Mustafayev, teatr rejissoru, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının rejissoru;
• Elçin Cəfərov, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti;
• Aliyə Dadaşova, teatrşünas, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi.

Yusuf Dikeç "Çaqqalın günü" serialında Gənc Tamaşaçılar Teatrı "Xeyir xəbər"lə gəlir “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Yanvar 2025 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri