Dron hücumunda 3 yeniyetmə həlak oldu
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Maria Lvova-Belova bildirir ki, Ukraynanın Rusiyanın cənubundakı Krasnodar vilayətinə endirdiyi zərbə nəticəsində üç yeniyetmə (13, 15 və 16 yaşlarında) həlak olub.
Modern.az BBC-yə istinadən xəbər verir ki, o, sosial şəbəkədə yaydığı açıqlamada daha altı uşağın qəlpə yaraları, yanıqlar və beyin silkələnməsi səbəbilə xəstəxanaya yerləşdirildiyini deyib.
Yerli qubernator Veniamin Kondratyevin sözlərinə görə, Krasnodarda uşaqlar üçün nəzərdə tutulmuş bir mərkəzə “dron qalıqları” düşüb.
Ukrayna PUA qüvvələrinin komandiri Robert Brovdi də bildirir ki, Rostov vilayətində Rusiyaya məxsus MiQ-29 qırıcı təyyarəsinə zərbə endiriblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində ümumilikdə 351 Ukrayna PUA-sı ələ keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 24 Avqust 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















