DSK sədri seçki dairəsindən oğurluq edib? AÇIQLAMA (VİDEO)
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
80 saylı Lerik-Astara Dairə Seçki Komissiyasının sədri Firdovsi Fazilov 29 yanvar 2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərindən 2 ay sonra dövlətin maliyyəsi ilə alınan bəzi ləvazimatları gözətçisinin köməyilə satmaq üçün özü ilə aparıb.
Bu barədə "Unikal"a videofakt daxil olub. Videoda DSK sədri Firdovsi Fazilovun seçki dairəsindən 99 CX 515 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobilinə daşıdığı görünür.
Məsələ ilə bağlı F.Fazilovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, qeyd olunan məsələ ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılıb: "Həmin vaxt araşdırma aparıldı, fakt aşkarlanmadı. İndi isə sizdə hansı videonun olduğunu bilmirəm", - deyə o əlavə edib.
Qeyd edək ki, video bələdiyyə seçkilərindən təxminən 2 ay sonra - 1 aprel 2025-ci ildə lentə alınıb.
Murad İbrahimli
Baxış sayı:73
Bu xəbər 12 Avqust 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















