Icma.az
close
up
RU
DSMF pensiyanı dələduzluqla kəsməsini “dövlət sirri” sayır

DSMF pensiyanı dələduzluqla kəsməsini “dövlət sirri” sayır

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Pensiyası azaldılan qazinin həyat yoldaşının da pensiyası azaldılıb

İki ildir ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasına 8 il qabaq çıxarılan məhkəmə qərarı ilə əlavə olunan 110 manatın dələduzluqla kəsilməsinə, pensiyasının 2023-cü ildə ayda 138,79 manat, 2024-cü ildə ayda155 manat, bu ilin iki ayında hər ay 167 manat azaldılmasına hüquqi qiymət verilmir.

Bu iki ildə prokurorluğa, ombudsmana, PA-ya,MM-ə, NK-ya, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə, Ədliyyə Nazirliyinə, Maliyyə Nazirliyinə,  Hesablama  Palatasına, Məhkəmə Hüquq Şurasına,… minə yaxın şikayətlər edilsə də, vurğuladığımız kimi, əlil-qazinin (daşınar) əmlakı nəinki qaytarılıb, pensiyası bərpa edilib, əksinə, 12 ildir 10 nəfərlik ailəsi ilə növbəsində olduğu, 9 ildir məhkəmə qərarı ilə də haqq etdiyi daşınmaz əmlakından-mənzilindən də məhrum edilib. Ayrı-seçkiliyin, tənqidə görə təqibin dərəcəsinə baxın, 1-ci dərəcəli Qarabağ qazisinin dövlət orqanlarına müraciəti 2 əlil elmi işçisi, 4 körpəsi olan ailəsinin də sosial təminatdan məhrum edilməsi ilə sonuclanıb. Hətta 1-ci dərəcəli əlilə qulluq edən həyat yoldaşının pensiyası da gizlin, xəbər vermədən azaldılıb, hər ilin birinci ayının artımı “dövlət dələduzluğu” ilə mənimsənilir.

Qərəzli ayrı-seçkilik, dələduzluq o həddədir ki, 32 ildir işləməyən əmək pensiyaçısı kateqoriyasına keçən 1-ci dərəcəli Qarabağ əlilinin pensiyası işləməyi davam etdirdiyinə görə yığılan sığorta-pensiya kapitalına uyğun “Əmək pensiyaları haqqında” qanunun 37.3.2-1 maddəsi əsasında (müraciət etsə də,) yenidən hesablanmır. DSMF yetkililəri rəsmi məktublarla pensiyanın əlil-qazinin ölüb işləməyi dayandıracağından sonra (??) yenidən hesablanacağını bildirir. Hələ də bu boyda nazirlik, bu yekəlikdə fond yetkililəri qərəzlə, ayrı-seçkiliklə anlamırlar ki,“işləməyən kateqoriya” anlayışı-termini işi dayandırmaq demək deyil. Ölənəcən işi dayandırmayan pensiyaçının pensiyası bəyəm öləndən sonra yenidən hesablanacaq? Absurd deyilmi? Qanunverici bu absurdluğa  hələ də “biz nə edə bilərik” deyir…

 Baş prokurorluğun 161 -korrupsiya ilə mübarizə əlaqə xidmətinə şikayət yenə də qanuna zidd olaraq barəsində şikayət edilən DSMF-ə göndərilib. Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov bu il də Konstitusiyanın qüvvədə olmadığını, pensiyanın  öləndən sonra yenidən “ölənə kimi yığılan kapitala və ölü iş stajına uyğun” hesablanacağını “hörmətlə” bildirib. Hörmətli departament müdiri şikayətçi əlilin həyat yoldaşının pensiyasının azaldılmasını isə “dövlət (dələduzluq) sirri” kimi “Fərdi məlumatlar haqqında” qanuna  zidd olduğundan (?-M. B.) cavablandırmaqdan imtina edib.

Pensiyamızdan məhrum olsaq da, ölmədik, bunu da gördük;  heç demə, pensiyanın məbləği,  kəsilməsi barədə məlumat “fərdi” məlumat imiş, “dövlət dələduzluq sirri” kimi qorunurmuş! (??) Belə çıxır, Qarabağ qazisi öləndən sonra da pensiyası yenidən hesablanmaycaq, “fərdi məlumatdır” axı, ailəsinə yox, yalnız ölənə verilə bilər!(?)

Məğrur BƏDƏLSOY

P. S. Yeni maliyyə və əmək və əhalinin sosial müdafiəsi nazirinin qərəzli ayrı-seçkiliyə son qoyacağına ümidliyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Mart 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri