Icma.az
close
up
RU
DSX foması və saxta nömrə ilə Zəngilana keçən şəxslər 15 kiloqram narkotiklə tutulub TƏFƏRRÜAT

DSX foması və saxta nömrə ilə Zəngilana keçən şəxslər 15 kiloqram narkotiklə tutulub TƏFƏRRÜAT

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Ramil Nuriyev və tanışı Murad Həmzəyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Gununsesi.info xəbər verir ki, istintaqla müəyyən edilib ki, saxlanılan şəxslər sosial şəbəkə vasitəsilə tanış olduqları Bəhruz adlı İran vətəndaşı tərəfindən maddi maraq qarşılığında narkokuryerliyə cəlb olunublar. Onlar satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmək, saxlamaq və daşımaq üçün qabaqcadan əlbir olan qrup şəklində hərəkət ediblər. Razılığa əsasən onlar əldə etdikləri narkotik vasitəni əvvəlcədən razılaşdıqları ünvana çatdıracaqları halda 10-15 min manat qazanc əldə edəcəklərmiş.

Cinayət işi materiallarına əsasən, təqsirləndirilən şəxslər 2 oktyabr 2024-cü il tarixdə “Hyundai IX-35” markalı avtomobili icarəyə götürərək Zəngilan rayonunun Bartaz kəndi ərazisində gizlədilmiş narkotik vasitələri götürmək məqsədilə işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd ediblər. Portal icazəsi olmadan postlardan keçə bilməyəcəklərini anlayan şəxslər özlərini Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları kimi təqdim etmək qərarına gəliblər.

Bu məqsədlə Şirvan şəhərində hərbi geyim satılan mağazadan Sərhəd Qoşunlarına aid forma alıblar, daha sonra Salyan rayonunda yerləşən avtomobil dayanacağından hərbi hissəyə məxsus “MAZ” markalı yük avtomobilinin üzərindən iki ədəd hərbi qeydiyyat nişanını qanunsuz olaraq götürüblər. 4 oktyabr 2024-cü il tarixdə həmin nömrə nişanlarını avtomobilə quraşdıraraq hərbi geyimdə komendant postlarından maneəsiz keçiblər və Bartaz kəndi ərazisindən narkotik vasitələri götürərək Beyləqan rayonuna doğru hərəkət ediblər.

Təqirləndirilən şəxslər Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində keçirilən əməliyyat zamanı şəxslər saxlanılıb. Onlar əyinlərində olan hərbi geyimləri dəyişərkən saxlanılıblar.

Avtomobilə baxış zamanı ümumilikdə 14 770 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Məhkəmədə təqsirləndirilən şəxslərdən biri narkotik vasitələrdən xəbəri olmadığını iddia etsə də, məhkəmə bu ifadələri iş materialları ilə uzlaşmayan və özünü müdafiə məqsədi daşıyan qeyri-səmimi bəyanatlar kimi qiymətləndirib. Telefonlara baxış zamanı işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videogörüntülər, eləcə də avtomobilə hərbi nömrə nişanlarının taxılması faktı da sübut kimi təsdiqlənib.

Məhkəmə araşdırması nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədiblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Dekabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri