Azərbaycanda fəaliyyət göstərən vəkil bürolarının sayı 144 ə çatıb
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda fəaliyyət göstərən vəkil bürolarının sayı 144-ə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Bakı şəhəri 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi zamanı deyib.
Onun sözlərinə görə, bu qurumların hamısı beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təmin olunub.
A.Bağırov həmçinin bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 28-nin Vəkil Günü kimi təsis edilməsi ölkədə vəkillik institutuna, vəkillərin peşəkar fəaliyyətinə və onların ədalət mühakiməsinin təmin olunmasında mühüm roluna göstərilən yüksək dövlət diqqətinin və dəyərin bariz nümunəsidir.
Tədbirin sonunda büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib. Görüş zamanı vəkillərin peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları məsələlər və təklifləri dinlənilib, VK-nın Rəyasət Heyəti tərəfindən son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, həmçinin vəkilləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 30 Dekabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















