Icma.az
close
up
RU
Ekspert: “2026 çətinliklər və fürsətlər ili”

Ekspert: “2026 çətinliklər və fürsətlər ili”

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Təəssüf ki, qarşıdan qələn 2026-cı illə bağlı proqnozlar elə də ürəkaçan görünmür və reallıq isə bəzən insanın istədiyi kimi olmur. Dünyada gedən proseslər, iqtisadi qərarlar, geosiyasi gərginliklər və cəmiyyətlərin psixoloji yorğunluğu artıq açıq şəkildə hiss edilir. Bu, təkcə bir ölkənin yox, bütöv bir dövrün yüküdür.
Əgər Nobel Sülh Mükafatı iddiasında olan bir şəxs açıq şəkildə işğalçını dəstəkləyirsə, körpə ölümlərinə susursa, buna dolayısı ilə haqq qazandırırsa, hətta özü də başqasının sahib olduğu ən böyük ada haqqında iddialar ortaya atırsa burada artıq sözün mənası dəyişir.
Əgər dünyanın ədalət umduğu güclər başqa ölkələrin sərvətinə açıq şəkildə iddia edirsə, torpaqlarına göz dikirsə, onda bu, artıq siyasi məsələ deyil. Bu, qlobal dəyərlərin çökməsidir.
Heç dünyanın iqtisadi durumu da yaxşı deyil, o “xəstələnib”. Ona görə də, artıq dünyada iqtisadi qanunlar əvvəlki kimi işləmir. Bazarları tələb və təklif yox, bir “şoumenin” yazdığı bir cümlə, bir tvit silkələyir. Bu isə ölkələr üçün ciddi risklər yaradır, çünki iqtisadi sabitlik emosiyaya və görüntüyə bağlanır.
Əvvəllər varlanmaq üçün illər tələb edilirdisə, hazırda bunun üçün bir neçə gün yetərlidir. Müflis olmaq üçün də eyni zaman kifayətdir. Ona görə ki, iqtisadiyyat artıq bir şou elementinə çevrilib.
Digər tərəfdən, tənəzzül riski məqsədli şəkildə sistemin içində saxlanılır. Silah sənayesi və müharibə iqtisadiyyatı qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Son bir neçə ildə hərbi xərclər elə səviyyəyə çatıb ki, bu məbləğ son 40-50 ilin toplam xərclərini belə üstələyir.
Belə bir fonda iqtisadiyyatı zəif olan ölkələr üçün nikbin ssenarilər qurmaq çətindir. Dünya tədricən qeyri-müəyyənliyə, riskin normaya çevrildiyi bir mərhələyə daxil olur.
Ən böyük iqtisadi şou isə yaşıl enerji mövzusu müstəvisindədir. Bütün dünya bu amili bir şouya çevirib. Ölkələr yaşıl enerjidən danışır, konfranslar keçirilir, bəyanatlar verilir. Amma bu ölkələrin ucdantutma hamısının illik büdcə zərflərinə baxanda görürsən ki, yaşıl enerjiyə olan münasibət Qəzzada acından ölən uşaqlara olan münasibət kimidir. Hamı o uşaqlardan danışır, amma real pul ayıran və real dəstək verən yoxdur. Çünki, real maliyyə yükünü üzərinə götürmək istəyən yoxdur.
Bu şəraitdə dünya ölkələrinin çoxu artıq oyunun qaydalarını dəyişə bilməz. Qaydaları güclülər yazır. Digər ölkələr üçün əsas məsələ qalib olmaq yox, doğru tərəfdə dayanmağı bacarmaqdır. Yəni ağıllı ölkələr güclülərə qarşı çıxmağa yox, onların açdığı izlə ağılla irəliləməyə çalışır. Çünki qlobal miqyasda xilas yolu qalibin ardınca getməkdən keçir.
Burada söhbət kiminsə yanında kor-koranə dayanmaqdan getmir. Söhbət balansı qorumaqdan, lazım gələndə mövqeni çevik şəkildə dəyişə bilməkdən gedir. Elə mövqe tutmalısan ki, istədikdə 6 kimi görünsün, lazım gəldikdə isə 9 kimi oxunsun. Yəni həm sabit, həm də çevik olmalısan. Bugünkü dünyada ən böyük üstünlük məhz budur.
Bir sözlə, 2026-cı il siyasi baxımdan güc nümayişi yox, ağırlıqlı mövqe seçimi ili olacaq. Bu dövrdə əsas məsələ balansı qorumaq və lazım gəldikdə çevik davranmaqdır. Kim bu balansı saxlaya bilsə yoluna uğurla davam edəcək.
İqtisadi baxımdan isə mənzərə daha sərt olacaq. Köhnəlmiş iqtisadi modellərdən və idarəetmə yanaşmalarından imtina edə bilməyən ölkələr üçün 2026 daha çətin keçəcək. Amma qlobal dəyişikliklərə uyğunlaşmağı bacaran, özünü yeniləyə bilən və sınaqdan çıxmış təcrübələrə açıq olan ölkələr üçün bu dövr iqtisadi dönüş imkanı ola bilər.
Eldəniz Əmirov, iqtisadçı-ekspert
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:281
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 Dekabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri