Pomidor qızıl ilə yarışır Azərbaycanın qeyri neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayını təqdim edib.
Marja xəbər verir ki, icmala əsasən, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.
2025-ci ilin yanvar-noyabr aylarında yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 1,1 milyard ABŞ dollarına bərabər olub. Cari ilin on bir ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 19,6 milyon ABŞ dolları və ya 52,4%, meyvə-tərəvəz 179,6 milyon ABŞ dolları və ya 28,6%, alüminium və onlardan hazırlanan məmulatlar 30,6 milyon ABŞ dolları və ya 16,8%, kimya sənayesi məhsulları 36,9 milyon ABŞ dolları və ya 13,9%, pambıq iplik 3,6 milyon ABŞ dolları və ya 13,3%, çay 177,6 min ABŞ dolları və ya 3%, bitki və heyvan mənşəli piylər və yağlar 500,2 min ABŞ dolları və ya 2% artıb.
2025-ci ilin yanvar-noyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,1% artaraq 892,1 milyon ABŞ dolları, aqrarsənaye məhsulları üzrə ixrac isə 0,3% artaraq 288,2 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrarsənaye məhsullarının birgə ixracı 19,4% artaraq 1,2 milyard ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (297,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (175,4 milyon ABŞ dolları) ikinci, karbamid (163,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin noyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (40,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (26,2 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (23 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Cari ilin on bir ayında Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 546,1 milyon ABŞ dolları, İsveçrəyə 315,3 milyon ABŞ dolları, Gürcüstana 306,1 milyon ABŞ dolları, Ukraynaya isə 190,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2025-ci ilin noyabr ayında Rusiya Federasiyasına 109,7 milyon ABŞ dolları, Türkiyəyə 59,8 milyon ABŞ dolları, Gürcüstana 32,6 milyon ABŞ dolları, İsveçrəyə 26,9 milyon ABŞ dolları, Ukraynaya isə 18,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 30 Dekabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















