DSX ölkəyə narkotik keçirmə cəhdinin qarşısını aldı
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Milli.Az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilir ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri - 1991-ci təvəllüdlü Hüseyinov Şəhriyar Səlim oğlu və 2001-ci il təvəllüdlü Əliyev Səttar Niyazi oğlu cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:Ölkəyə narkotik vasitə keçirən PUA zərərsizləşdirildi DSX
31 Mart 2025 11:59
İrandan narkotik keçirmə cəhdinin qarşısı alındı Yeni Sabah
04 Noyabr 2024 17:40
Ölkəyə narkotik gətirmək istəyənlər TUTULDU
29 Dekabr 2024 09:59
Ölkəyə narkotik vasitələr keçirmək istədilər
29 Dekabr 2024 10:08
Ölkəyə 13 kq narkotik keçirdi
21 Avqust 2025 10:43
Baxış sayı:95
Bu xəbər 09 Fevral 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















