Icma.az
close
up
RU
DTX nin həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm

DTX nin həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmada və digər kibercinayətlərdə təqsirləndirilən "Zeromap" MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

BAKU.WS report-a istinadən xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. 

Belə ki, ifadə verənlərdən biri də "İdrak" şirkətinin prezidenti "Zeromap" MMC-nin təsisçisi Hikmət Abdullayev olub. 

O deyib ki, şirkəti serverlərin təhlükəsizliyi ilə məşğuldur. Şahidin sözlərinə görə, təqsirləndirilən şəxslə 2021-ci ildə tanış olub.

"Tural bir adamla gəldi. Dedilər ki, savadlı oğlandır. Bir az söhbət etdik, bacarıqlı insan olduğunu anladım. Mən ona dedim ki, özünü doğrultmaq üçün fürsət verə bilərəm, amma səni hələki işə götürməyəcəm. Ona məni serverlərdəki boşluqların maraqlandırdığını dedim. Bu boşluqları tapdığı təqdirdə dövlət orqanlarına məsələ ilə bağlı məlumat verdikdən və bu qurumların mütəxəssislərindən icazə aldıqdan sonra işləyə biləcəyimizi bildirdim", - şahid deyib. 

Hikmət Abdullayevin sözlərinə görə, təqsirləndirilən şəxsə məsələ ilə bağlı şirkət yaratmağı təklif edib və buna görə də ona 80 min manat pul verib:

"Mən ona dedim ki, sən şirkəti yarat, rəhbəri olduğum İdrak şirkəti də sənin təhlükəsizliyini təmin edəcək. Belə də razılaşdıq. Bir müddət sonra DTX əməkdaşları məni hava limanında qarşıladı, istintaqa dəvət etdi. Daha sonra Turalın belə səhvlər etdiyini öyrəndim".

Hakim şahiddən tanımadığı adama niyə birdən-birə 80 min manat pul verdiyini soruşub. 

Şahid Hikmət Abdullayev cavabında bildirib ki, Tural Əliyevin üzərində işlədiyi məsələ serverlərin təhlükəsizliyi üçün vacib olub:

"Mənim ondan istədiyim müdafiə sistemi idi. Əgər Tural xarici şirkətlərin serverlərində boşluqlar tapacaqdısa, biz o boşluqları bağlamaq üçün həmin şirkətlərə müraciət edəcəkdik".

Proses zamanı hakim şahid Hikmət Abdullayevin ibtidai istintaqa verdiyi ifadəsini də elan edib. O, həmin ifadəsində deyib ki, Tural Əliyev ona Azərbaycanın iki şirkətinin və xarici şirkətin informasiya sisteminə daxil olduğunu deyib. O da bununla bağlı təqsirləndirilən şəxsə iradını bildirib. 

Prosesdə ifadə verən digər şahid E.Abdullayevin sözlərinə görə, təqsirləndirilən şəxsi internetdə tanıyıb. 

"Turalın işlədiyi sahə üzrə təhsil alırdım. Tural mənə xarici şirkətlərin serverlərinə daxil olduğunu demişdi. Lakin hansı şirkətlər olduğu yadımda deyil".

Sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, sözügedən ifadəsində deyib ki, Tural Əliyevin zərərverici proqramlara marağı olub:

"Tural özü də bəzən zərərverici proqramlardan istifadə edirdi. O, mənə xarici şirkətlərlə yanaşı, "Ulduz" və "Ultra" adlı yerli şirkətlərin serverlərinə də daxil olduğunu demişdi". 

Müttəhim Tural Əliyev şahidin ibtidai istintaqa verdiyi ifadəsinə münasibət bildirib. O, "Ultra" şirkətinin serverinə daxil olduğunu, "Ulduz" şirkətinin serverinə daxil olmadığını və bu məsələ ilə bağlı özünü qismən təqsirli bildiyini deyib. 

Məhkəmə prosesi aprelin 17-də davam etdiriləcək. 

İttihama görə,  "Zeromap" MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə fiziki və hüquqi şəxslərin mobil telefonlarına və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən casus proqramları əldə edib tətbiqə daxil olub.

Bundan başqa Tural Əliyev xarici ölkələrin şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş edərək kiberhücumlar təşkil edib.

Tural Əliyevə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Aprel 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri