İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ehtimal etmək olar ki, biz artıq elə indi də bu imkanlara malikik. Əgər ABŞ və İsrail bizi nüvə silahından istifadə etməklə hədələsələr, biz də öz növbəmizdə onlara qarşı belə bir silahla hərəkətə keçəcəyik”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı Kamran Qəzənfəri Tehranın nüvə silahı əldə etməsinin mümkünlüyü ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
“Əgər ABŞ Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Küveytdəki bazalardan birindən bizə qarşı əməliyyat keçirsə, bizim Avropada və Amerika ərazisində onlara cavab vermək imkanımız var. Biz uzun müddətdir uzaqmənzilli, yaxud başqa sözlə, qitələrarası raketlər istehsal etmişik. Raketlərimiz dünyanın ən ucqar nöqtələrinə qədər zərbə endirmək imkanına malikdir. Avropa isə bizim üçün çox yaxın məsafədədir. Hətta ABŞ-yə qədər çata bilən qitələrarası raketlərimiz də var”, - deputat iddia edib.
Qəzənfəri Avropa ölkələrini raket hücumları ilə hədələyərək sözlərinə belə davam edib:
“Avropa ölkələri bundan sonra nəzərə almalıdırlar ki, Hörmüz boğazının bağlı olması səbəbindən onlara göstərilən iqtisadi təzyiqlərlə yanaşı, öz ərazilərində də hərbi zərbələrimizə məruz qalacaqlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 03 Noyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















