Elektron ticarət haqqında qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Elektron ticarət haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul edilib.
SİA xəbər verir ki, sənəd qanunun əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.
Xatırladaq ki, ölkə Prezidentinin 22 iyul 2022-ci il sərəncamı ilə təsdiqlənmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında elektron ticarət üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi (maneələrin aradan qaldırılması) və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi nəzərdə tutulub.
Təqdim edilən qanun layihəsinə əsasən "Elektron ticarət haqqında" qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəa (məhdudiyyət) ləğv edilir, "texnoloji neytrallıq" anlayışı və müvafiq prinsip qanuna daxil edilir, "POS-terminal" anlayışı dəqiqləşdirilir və mövcud təcrübəyə uyğunlaşdırılır, ödənişin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir, elektron ticarət sahəsində ödəniş üsullarının təkmilləşdirilməsindən irəli gələrək bəzi uyğunlaşdırıcı dəyişikliklər edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 03 Noyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















