DTXdə Zəfər Günü ilə bağlı konsert təşkil olunub
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil olunub.
Bu barədə Missiya.Az-a DTX-dən məlumat verilib.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı təşkil edilib. Tədbirdə DTX-nin əməkdaşları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və Xidmətin “N” saylı hərbi hissəsinin əsgərləri iştirak ediblər. Məlumata görə, konsertdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda mahnıları və zəfər nəğmələri səsləndirilib.
![](https://missiya.az/uploads/posts/2024-11/42325715-1694-34cd-b257-df6e8d23f496.jpg)
![](https://missiya.az/uploads/posts/2024-11/9c2c0dcb-d8b3-32ff-89d9-5059551753a1.jpg)
![](https://missiya.az/uploads/posts/2024-11/9a3c2f5c-3ebb-30eb-9d7d-7e238535582e.jpg)
![](https://missiya.az/uploads/posts/2024-11/2aa82f3f-218f-3bf0-a591-4aa7ff466bc6.jpg)
![](https://missiya.az/uploads/posts/2024-11/23974636-d531-3f6f-a08e-73e7ac670d37.jpg)
![see](https://icma.az/template/assets/see.png)