Icma.az
close
up
RU
Dubay şeyxinin azərbaycanlı keçmiş arvadından BMT yə MÜRACİƏT

Dubay şeyxinin azərbaycanlı keçmiş arvadından BMT yə MÜRACİƏT

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Dubay şeyxi Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı gimnast Zeynəb Cavadlı ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını və üç qızının zorla əlindən alındığını iddia edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Zeynəb Cavadlı BMT-nin İnsan Hüquqları Şurasına ünvanladığı videomüraciətdə 2026-cı ilin iyununda silahlı və maskalı şəxslərin gecə saatlarında onun evinə basqın etdiklərini bildirib. Qadının sözlərinə görə, həmin şəxslər onu döyüb, narkotik təsirli maddələr verərək müqavimət göstərmək imkanından məhrum ediblər. Daha sonra isə üç azyaşlı qızını yataqlarından götürərək aparıblar.

“Qızlarımın son gördüyü mənzərə evimizin döşəməsində döyülmüş və narkotik maddələrin təsiri altında uzanan anaları idi. Mənim son eşitdiyim isə onların qışqırıqları oldu”, – deyə Cavadlı bildirib.

Azərbaycanlı qadın həmin vaxtdan bəri 10 yaşlı Səna, 8 yaşlı Asiya və 7 yaşlı Səlamə adlı qızlarını görmədiyini söyləyib.

Cavadlının britaniyalı vəkilləri BMT-nin hadisəyə müdaxilə etməsini istəyiblər. Vəkil Rodni Dikson təşkilata rəsmi müraciət edərək üç azyaşlı qızın harada saxlanıldığının və onların təhlükəsizliyinin müəyyənləşdirilməsinə yardım göstərilməsini xahiş edib.

Eyni zamanda BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Pau Peres-Salesdən qadının 2026-cı ilin iyununda saxlanılması ilə bağlı hadisənin araşdırılması istənilib.

Müdafiə tərəfinin iddiasına görə, dövlət təhlükəsizlik orqanlarının əməkdaşları Cavadlını döyməklə kifayətlənməyib, onu altı gün ərzində vəkillə görüşmək imkanından məhrum ediblər. Bu müddətdə qadının gözləri bağlı vəziyyətdə dindirildiyi və təzyiq altında videoya çəkilən etiraf ifadəsi verməyə məcbur edildiyi bildirilir.

Hazırda Dubayda yaşayan keçmiş azərbaycanlı gimnastın öz övladlarını qaçırmaq ittihamı ilə cümə axşamı məhkəmə qarşısına çıxacağı qeyd olunur.

Onun vəkili Devid Heyqin sözlərinə görə, hadisə mediada işıqlandırıldıqdan sonra Dubay hakimiyyəti Cavadlıdan ictimai açıqlamalarını dayandırmağı tələb edib. İddia olunur ki, bunun müqabilində ona qızları üzərində qəyyumluq hüququnu saxlamaq imkanı vəd edilib.

Heyqin sözlərinə görə, Cavadlı yaşayış yerindən məhrum edilib, onun ölkədən çıxışına yenidən qadağa qoyulub. Bundan başqa, sosial şəbəkələrdə kömək istəməsi ilə bağlı paylaşımlarına görə ona qarşı kibercinayət ittihamları da irəli sürülüb.

Qeyd edək ki, Zeynəb Cavadlı BMT-yə ilk dəfə müraciət etmir. Hələ 2022-ci ilin oktyabrında vəkil Rodni Dikson onun keçmiş həyat yoldaşı ilə uzun müddət davam edən qəyyumluq mübahisəsi zamanı Dubay hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalması barədə şikayət təqdim etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Noyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri