Əli İsa Cabbarov Elşən Rüstəmovun ifasını yüksək qiymətləndirdi
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Akademik Milli Dram Teatrında yazıçı Cavid Zeynallının ssenarisi və rejissor Mirzə Nicatın quruluşunda səhnələşdirilən Lev Tolstoyun “İvan İliçin ölümü” tamaşası izləyicilərin marağına səbəb olub.
Gununsesi.info xəbər verir ki, rejissor və ssenarist Əli İsa Cabbarov da tamaşa ilə bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
O, xüsusilə Əməkdar artist Elşən Rüstəmovun ifasını yüksək qiymətləndirib:
“Bu gün Azdramada, kiçik səhnədə “İvan İliçin ölümü”n də Elşən Rüstəmovun göstərdiyi başqalaşma ustalığını mən illərdir görməmişəm. Bir an hətta öz-özümə sual verdim Elşəndi ya başqası? Personajın səsinin tapılmasına çox həssasam, məncə plastika qədər vacibdi teatrda bəlkə plastikadan da vacibdi. Elşən öz səsi ilə danışmırdı tamaşa boyu hakim İvan İliçin səsin eşitdik, aqoniyada olan insanıny səsi, iniltisi, bağırtısı necə ustalıqla tapılmışdı. Uğurlu musiqi və işıq həlli də tamaşanın güclü həlqələrindən idi. Rüstəmovun bugünkü başqalaşması həm də onun peşə əxlaqından doğur, təvazökar, bərqdən uzaq, onilliklərin sənətə ibadətinin nəticəsidir bu günün qələbəsi”.
Qeyd edək ki, tamaşanın aktyor və aktrisa heyəti – Əməkdar artistlər Elşən Rüstəmov, Şəlalə Şahvələd qızı və Ramin Şıxəliyev, Elsevər Ağayevdir.
Quruluşçu rəssam Anar Əliyev, İşıq üzü rəssam Rafael Vaqifoğlu, Musiqi tərtibatı Kamil İsmayılovdur.
İlhamə Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 20 Noyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















