Icma.az
close
up
RU
Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Doğru Perinçəkin lideri olduğu Türkiyə Vətən Partiyasının təşəbbüsü ilə iyulun 18-i və 19-da Ankarada “Böyük müharibənin qarşısını alacaq ittifaq” adlı beynəlxalq konfrans keçirilib. Yayılan xəbərlərə görə, konfransda 17 ölkədən nümayəndə heyəti iştirak edib. İştirakçı dövlətlər arasında Azərbaycanın da adı var. Konfrans iştirakçıları Rusiya, Türkiyə, Çin və İran arasında strateji ittifaq yaratmağa çağırıblar. Yekun bəyanatda dörd Avrasiya ölkəsindən ibarət ittifaq təhlükəsizliyi təmin etməyə və böyük qlobal müharibə təhlükəsinə qarşı çıxmağa qadir olan yeganə qüvvə kimi müəyyən edilib. Sənəddə ABŞ və İsrailin hərəkətləri, eləcə də İran, Ukrayna, Qəzza zolağı və Livan ətrafındakı vəziyyət genişmiqyaslı hərbi münaqişə təhlükəsinin əsas mənbələri kimi vurğulanıb.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Doğu Perinçək aylardır “dördlü ittifaq” ideyasının təbliğatıyla məşğul olur. Ona bu işdə rusiyalı “avrasiyaçı” dostu, Ukraynaya qarşı işğalçı müharibənin əsas ideoloqu, “Azərbaycan, Qazaxıstan və digərləri Rusiyaya bağlı olmalıdırlar” deyən Aleksandr Dugin dəstək verir. Perinçək-Dugin ikilsinin ideyası Türkiyə və Azərbaycanın maraqlarına ziddir. Azərbaycan qonşu dövlətlərlə normal münasibətlərin tərəfdarıdır, ancaq Rusiya və İrandakı indiki reallıqlar şəraitində ölkəmiz bu dövlətlərlə vahid siyasi blokda yer ala bilməz. Çünki Türkiyəni Rusiya və İranla strateji müttəfiqliyə sürükləmək istəyən anlayış Cənubi Qafqaz ölkələrini təhlükə altına atır.

Digər tərəfdən Ankara konfransında iştirak edənlərin əksəriyyəti Krımın və Donbasın Rusiyaya aid olduğu qənaətindədir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Prezident İlham Əliyev ukraynalılara “işğalla barışmayın” deyərkən, işğalçının ünvanını göstərir.

Ankarada iştirak edən konfrans iştirakçıları isə Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana Rusiyanın işğalçı siyasətinə dəstək verməyi və anti-amerika siyasəti yürütməyi məsləhət bilirlər. Bu, Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir.

Beləliklə, bir ayın içində Ankarada həm NATO sammiti, həm də anti-NATO beynəlxalq konfransı keçirilib. Ancaq orası da var ki, anti-NATO sammitinə də şərait yaradılıb, əks halda Türkiyənin paytaxtında “avrasiyaçıların” beynəlxalq konfransını keçirmək mümkün olmazdı, tədbirə az pul da xərclənməyib”, - ekspert bildirib.

Asena,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:494
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 İyul 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri