Icma.az
close
up
RU
Xocalı və Ağdərə rayonlarına daha 170 nəfər qayıtdı FOTO

Xocalı və Ağdərə rayonlarına daha 170 nəfər qayıtdı FOTO

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 27-də Xocalı və Ağdərə rayonlarının kəndlərinə növbəti köç prosesi həyata keçirilib. Xocalı şəhərində 49 ailədən ibarət 170 keçmiş məcburi köçkünə yeni mənzillərinin açarları təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, bugünkü köç prosesi çərçivəsində Xocalı rayonunun Xanyurdu kəndinə 9 ailə (32 nəfər), Xanabad kəndinə 8 ailə (33 nəfər), Badara kəndinə 4 ailə (7 nəfər), Ağdərə rayonunun Çıldıran kəndinə 15 ailə (49 nəfər), Vəngli kəndinə 10 ailə (43 nəfər), Kolatağ kəndinə 2 ailə (6 nəfər), Heyvalı kəndinə isə 1 ailə (1 nəfər) qayıdıb.

Xocalı rayonuna ümumilikdə 21 ailə olmaqla 72 nəfər, Ağdərə rayonuna isə 28 ailə olmaqla 98 nəfər köçürülüb. Beləliklə, bu gün hər iki rayon üzrə ümumilikdə 49 ailənin, 170 nəfərin doğma torpaqlarına qayıdışı təmin edilib.

Qeyd edək ki, köçürülən sakinlər üçün evlər dövlət tərəfindən yenidən bərpa olunub və yaşayış üçün zəruri şərait yaradılıb. Mənzillər elektrik enerjisi, qaz və su xətləri ilə təmin edilib, kəndlərdə müasir infrastruktur qurulub, o cümlədən yüksək sürətli internet xidmətinin istifadəyə verilməsi təmin olunub.

Açarların təqdim edilməsi və qarşılanma mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.

Doğma yurdlarına qayıdan sakinlər üçün yaradılan şərait, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasının və dayanıqlı məskunlaşmanın təmin edilməsinin mühüm göstəricisidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri