Icma.az
close
up
RU
DUMA SEÇKİSI BAŞA ÇATDI Qalib məlumdur, lakin sensasiya da var...

DUMA SEÇKİSI BAŞA ÇATDI Qalib məlumdur, lakin sensasiya da var...

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Dövlət Dumasına seçkilər başa çatıb. 

“AzPolitika” xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) son məlumatlarına görə, gözlənildiyi kimi, hakim “Vahid Rusiya” partiyası böyük üstünlüklə qalib gəlib. MSK-nın hazırkı göstəricisinə görə, hakim partiya proqnozlaşdırılandan daha çox yer qazanıb. Belə ki, bülletenlərin 83,52%-i sayıldıqdan sonra "Vahid Rusiya" federal siyahıda səslərin 57,82%-ni toplayıb. Hansı ki, bu göstərici maksimum 51-53 faiz proqnozlaşdırılırdı. İkinci yerdə həmişəki kimi Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) 13,84% səslə qərarlaşıb. Liberal Demokrat Partiyası (LDPR) üçüncü yerdə (8,77%), "Yeni Adamlar" isə dördüncü yerdədir (7,07%). 

İlkin məlumatlara görə, gözlənilənlərin əksinə olaraq, "Ədalətli Rusiya" 5% həddini (4,99%) keçə bilməyib. Əgər bu partiya 5 faizlik həddi keçə bilməsə, bu “uğursuzluq” seçkinin əsas sensasiyası sayılacaq.

Xatırladaq ki, Sergey Mironovun rəhbərlik etdiyi və ötən çağırışlarda Dumada yer alan bu partiya qeyri millətlər və miqrantlarla bağlı sərt mövqeyilə seçilir. Mironov özü dəfələrlə bu mövzuda qalmaqallı açıqlamaları və təkliflərilə yadda qalaraq, əhalinin radikal hissəsinin simpatiyasını qazanmağa çalışıb…

MSK-nın məlumatlarına görə, "Vahid Rusiya"nın namizədləri vahid partita siyahısındakı üstünlükləri ilə bərabər, 225 təkmandatlı seçki dairəsindən 208-də liderlik edirlər. Kommunistlər yalnız beş təkmandatlı seçki dairəsində birinci yeri tutublar. LDPR namizədləri iki təkmandatlı seçki dairəsində, "Rodina" isə birində liderlik edirlər.

İlkin nəticələrə görə, "Vahid Rusiya" Dövlət Dumasında konstitusiya çoxluğuna nail olmağa yaxındır. Bunun üçün partiyanın 301 yer qazanması lazımdır. Hazırkı nəticəyə görə, "Vahid Rusiya" federal siyahıda təxminən 130 parlament yerinə malikdir. Bundan əlavə, partiyanın namizədləri 208 təkmandatlı seçki dairəsində liderlik edirlər. Bunun üzərinə Dövlət Dumasına düşməyən partiyalar üçün mandatların yenidən bölüşdürülməsi nəticəsində "Vahid Rusiya"ya veriləcək yerləri də gəlmək lazımdır. Bütün bunlar hakim partiyanın asanlıqla konstitusiya çoxluğu əldə edəcəyini göstərir.

Daha bir maraqlı nəticə müharibə əleyhinə olan yeganə partiyanın - "Yabloko" partiyasının bülletenlərin 96,86%-i sayıldıqdan sonra Novqorod Vilayət Dumasında yer qazanmasıdır. Partiya siyahısı üzrə məhkəmə qərarı ilə seçkiyə buraxılmayan partiya əyalət dumasında da olsa, mandat qazana bilib…

Xatırladaq ki, Dövlət Dumasında 450 yer var, bunun yarısı partiya siyahıları, digər yarısı isə təkmandatlı seçki dairələrində səsvermənin nəticələrinə görə müəyənləşir. İlkin nəticələr isə göstərir ki, Dumanın siyasi tərkibində heç bir ciddi dəyişiklik baş verməyəcək.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Sentyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri