Icma.az
close
up
RU
Dumanlı zirvələrdə yazılan şərəf dastanı qazi Ramin Süleymanovun döyüş yolu

Dumanlı zirvələrdə yazılan şərəf dastanı qazi Ramin Süleymanovun döyüş yolu

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tovuz, 31 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Azərbaycanın igid oğulları tarix boyu Vətən torpağı uğrunda sinəsini sipər edib, qanı ilə bu torpağı müqəddəsləşdiriblər. O qəhrəmanlardan biri də Kəlbəcər və Murovdağ istiqamətlərində gedən döyüşlərdə rəşadət göstərmiş qazi Ramin Zahid oğlu Süleymanovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ramin Süleymanov 1988-ci ildə Tovuz rayonunda anadan olub. O, 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib. Vətən müharibəsinə qədər iştirak etdiyi çoxsaylı təlimlər onun hərbi bilik və bacarıqlarını daha da artırıb. Müharibə başlayanda artilleriya batareyasının tərkibində döyüşlərə qatılıb. Onun döyüş yolu Kəlbəcər-Murovdağ istiqamətindən keçib.

Vətən müharibəsinin ilk günündən ən ağır döyüşlərin içində olan Ramin Süleymanov o günləri bu gün həm qürur, həm də kədər hissi ilə xatırlayır. Şəhid olmuş silahdaşlarının kədərli xatirələri ilə torpaqlarımızın azad edilməsinin gətirdiyi böyük sevinc onun yaddaşında bir-birinə qarışır. Uşaqlıqdan hərbçi olmağı arzulayan Ramin deyir ki, bu yolda ona ən böyük ilham verən şəxs atası olub. Atası da Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Murovdağın sərt qayaları, Kəlbəcərin dumanlı zirvələri hələ də onun döyüş izlərini yaşadır. O, yalnız mərmi yağışı altında dayanmayıb, ölümün gözünə dik baxaraq irəliləyib. Lakin bir döyüşdə aldığı ağır yara onu səngərdən ayırıb. Ağrılar bədənini sarsıtsa da, ruhu yenidən döyüş meydanına qayıtmaq üçün alışıb-yanıb. Həkimlərin “döyüşə qayıda bilməzsən” sözləri onun üçün ən ağır qərar olub.

“Vətənə xidmət etməklə böyümüşəm. Müharibə başlayanda artıq tam hazır idik. Təlimlərdən qayıdanda “kaş ki, bu, həqiqi döyüş olaydı, torpaqlarımız uğrunda savaşardıq” deyirdik. O gün gəldi və biz irəli atıldıq. Döyüşlərin birində ağır yaralandım, hospitalda əməliyyat olundum. Bütün varlığımla yenidən döyüşə qayıtmaq istəyirdim, lakin səhhətim imkan vermədi”, - deyə Ramin Süleymanov bildirir.

Hər döyüş onun üçün şərəfdir. “İşğal altındakı torpaqlar azad olunduqca hiss etdiyim sevinc sözlə ifadə oluna bilməz. Bu gün də Vətən üçün lazım gəlsə, yenə silah götürməyə hazıram”, - deyir qazi.

Qazi Ramin Süleymanovun göstərdiyi igidlik və vətənpərvərlik dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Bu medallar onun döyüş yolunun rəmzi, şərəf nişanəsidir.

Ramin Süleymanov kimi qəhrəmanlar Vətən torpağının azadlığı və xalqımızın sabahı naminə canlarından keçərək tariximizə əbədi yazılıblar. Onların göstərdiyi igidlik bu günün gəncləri üçün şərəf və məsuliyyət məktəbidir. Qazilərimizin həyat yolu bir daha sübut edir ki, Qələbə asan başa gəlmir, Ramin kimi oğulların qanı, iradəsi və sədaqəti ilə qazanılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri