Icma.az
close
up
RU
Dunayda su çəkildi, stansiyalar dayandı Macarıstanda kritik enerji xəbərdarlığı

Dunayda su çəkildi, stansiyalar dayandı Macarıstanda kritik enerji xəbərdarlığı

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, buna bəzi elektrik stansiyalarının fəaliyyətini dayandırması, eləcə də anormal istilər fonunda elektrik enerjisinə tələbatın kəskin artması səbəb olub.

Macarıstanın elektrik şəbəkəsi operatoru MAVIR, xüsusilə gərginliyin pik həddə çatdığı saat 17:00-dan 22:00-dək əsas istehlakçıların enerji istifadəsini azaltması üçün hazırlıq görülməsini tapşırıb. Bu məhdudiyyətlərin akkumulyator fabriklərinə, sement və kimya zavodlarına, avtomobil istehsalçılarına və digər iri sənaye müəssisələrinə şamil olunacağı gözlənilir.

Yaranmış vəziyyət ölkənin ən böyük nüvə elektrik stansiyası olan Paks atom elektrik stansiyasındakı problemlərlə daha da mürəkkəbləşib. Dunay çayında suyun səviyyəsinin rekord həddə düşməsi səbəbindən stansiya 44 ildən sonra ilk dəfə tamamilə fəaliyyətini dayandıra bilər. Parallel olaraq, baş verən texniki nasazlıq Dunay Elektrik Stansiyasının da bağlanmasına gətirib çıxarıb.

Rəsmi qurumlar Macarıstanın elektrik şəbəkəsində yaxın günlərdə təxminən 2000 MVt güc itkisinin olacağını proqnozlaşdırırlar. İsti hava dalğaları və kondisionerlərdən kütləvi istifadə elektrik enerjisi sərfiyyatını tarixdəki ən yüksək səviyyəyə qaldırıb.

Hökumət vəziyyəti sabitləşdirmək üçün daxili ehtiyatları səfərbər etmək, elektrik enerjisi idxalını artırmaq, dövlət qurumlarında qənaət rejiminə keçmək kimi addımları nəzərdən keçirir. Eyni zamanda əhaliyə müraciət olunaraq, elektromobillərin şarj edilməsi və kondisionerlərdən istifadə kimi böyük güc tələb edən fəaliyyətlərin gərginliyin olmadığı saatlara keçirilməsi xahiş edilib.

Vəziyyət daha da pisləşəcəyi təqdirdə, MAVIR operatoru tərəfindən milli elektrik şəbəkəsinin sabitliyini qorumaq məqsədilə növbəli kəsinti planı (işıqların qrafiklə verilməsi) tətbiq edilə bilər.

Elvin

Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 İyul 2026 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri