Icma.az
close
up
RU
Dünən bu sözləri niyə dediyini anlamadım Ramiz Quliyevin oğlu

Dünən bu sözləri niyə dediyini anlamadım Ramiz Quliyevin oğlu

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Xalq artisti tarzən Ramiz Quliyev 78 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, mərhum sənətçinin oğlu, Əməkdar artist, dirijor Əyyub Quliyev "Xəzər axşamı"na müsahibəsində atasının səhhətinin yaxşıya doğru getdiyi üçün ötən gün xəstəxanadan evə gətirdiklərini bildirib:

"Daxilən peşmanlıq var. Bizim ümidlərimiz var idi ki, sağlamlığı bərpa olacaq. Çünki müalicəsi yaxşı gedirdi, müsbət dinamika var idi. Dünən onu evə gətirmişdik. Həkimlər evə yönləndirdilər. Dedilər ki, müalicə uğurlu gedir. Amma gözlənilmədən səhər saatlarında biz onu itirdik.

Ramiz Quliyevin bir neçə xroniki xəstəlikləri var idi. Amma əsas böyrək çatışmazlığından əziyyət çəkirdi. Ağciyərlərində problem var idi. Onu bir neçə gün ərzində süni nəfəs aparatından ayırmışdılar. Rahat danışırdı, hamımızı xatırlayırdı. Klinikadan evə gətirəndə də çox sevincli idi. Hər şey bir neçə saat içində gözlənilmədən oldu. Hamımız şokdayıq, özümüzə gələ bilmirik. Onun itkisi hamımız üçün çox böyükdür. Mən bilirəm ki, onun yeri həmişə boş qalacaq.

Əyyub Quliyev ötən gün Xalq artisti ilə arasında olan söhbətdən də bəhs edib: 

"Mənimlə çox səmimi söhbətləri olmuşdu. Dünən xəstəxanadan qayıdanda mənə dedi ki, "Bilirsən də, həyat elədir ki, xeyirlə şər həmişə bir yerdə olur". Düzdür, mənasını bilirik, amma dünən bu sözləri niyə dediyini anlamadım. Hər zaman da aktiv idi. Xəstəxanada və evdə də deyirdi ki, geyinib çıxmaq istəyirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://axsam.az
archiveBu xəbər 15 Oktyabr 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri