Icma.az
close
up
RU
“Dünənki heç heçəyə sevinənləri görmək bizim üçün təəccüblü oldu” “Göyqurdlar”ın mövqeyi

“Dünənki heç heçəyə sevinənləri görmək bizim üçün təəccüblü oldu” “Göyqurdlar”ın mövqeyi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Göyqurdlar” fanklubunun rəhbəri Elnun Şərifli yığmamızın dünən DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdiyi matçı şərh edib.

“Football-plus.az”a açıqlama verən milli azarkeşi narazı qaldığı məqamları diqqətə çatdırıb:

“Dünənki heç-heçəyə sevinənləri görmək bizim üçün təəccüblü oldu. Elə bil ki, qrupdan çıxmışıq... Unutmayaq ki, qarşımızda ölkəsi müharibə şəraitində olan, hava məkanı bağlı, yüz minlərlə vətəndaşı didərgin düşmüş Ukrayna var idi. Amma futbol baxımından Ukrayna hələ də güclü komandadı. Millimiz iki il əvvəl İsveçi 3:0 məğlub etmişdi. İndi belə rəqibdən alınan xalın “qələbə” kimi təqdim olunması çox acınacaqlıdı. Əlbəttə, bəzi insanlar deyəcək ki, komanda mübarizə apardı. Amma biz azarkeşlər üçün “mübarizə” anlayışı futbol oynamaqla qarışdırılmamalıdı. Biz meydanda futbol görmədik. Komanda, sadəcə, özünəməxsus dağıdıcı anti-futbolunu oynadı və bəxtə düşən penalti epizodu sayəsində xal qazandı. Penalti olmasa, Allah bilir, 90 dəqiqə ərzində o top necə irəli gedəcəkdi... Çox təəssüf ki, bu reallıqdı...”

Elnur bəyin yığmamızı biroyunluq meydana çıxaran Ayxan Abbasov haqda fikirləri:

“Ayxan müəllimə bir növ təbrik düşür. Çünki o, komandanı zorla “futbol oynamağa” məcbur edən əcnəbi məşqçilərin səhvlərindən çıxarıb, “fabrika ayarlarına” – anti-futbola qaytardı. Amma bunun özü də acı həqiqəti göstərir: bu komanda futbol oynamağı bacarmır. Bizim problemimiz budu. Hücum bacarığı, yaradıcılıq, sistem yoxdu. Biz hələ də 2000-ci illərin tipik Azərbaycan futbolunu izləyirik. Qələbəsizlik seriyası artıq 12 oyuna çatıb. Bu, sadəcə, bir rəqəm deyil. Bu seriya azarkeşin inamını, futbol sevgisini, stadiona gəlmək istəyini öldürən amildi. AFFA doğrudan da “reset atmaq” istəyirsə, bunu açıq şəkildə ictimaiyyətə bəyan etməlidi. Çıxıb deməlidi ki, biz sıfırdan başlayırıq, bizə 8 il vaxt verin, nəticəni görəcəksiz. Ancaq bu yolla insanlar yenidən inana bilər. Əks halda, bu gün, sadəcə, ictimaiyyətin əsəblərini sakitləşdirmək üçün Ayxan müəllimdən istifadə olunacaq, nəticə alınmadıqda isə “yerli məşqçidi” deyib ilk qurban kimi onu göndərəcəklər. Halbuki məsələ təkcə məşqçidə deyil, futbol sistemindədi. Milli komanda yalnız aşağı yaş qruplarından düzgün təməl qurulduqda, yerli liqada futbolçular real rəqabət gördükdə və peşəkarlıq sistemi işlədikdə irəli gedə bilər. Biz - azarkeşlər 30 ildi yalançı vədlərlə aldadılırıq. Bu illər boşa gedib. Bizim zamanımız, enerjimiz, sevgimiz və ən əsası, inamımız tükənib. İndi vaxtdı ki, dürüst danışsınlar, açıq hesabat versinlər və real islahatlara başlasınlar. Yoxsa bu xal da, bu “mübarizə” də, bu nəticə də, sadəcə, saxta vədlərdən başqa bir şey deyil”.

KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Sentyabr 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see268

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see197

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see175

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see165

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see146

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see141

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see141

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see139

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see135

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri