Icma.az
close
up
RU
DÜNYA AZƏRBAYCANÇILIQ İDEYASINI SEVGİ İLƏ QARŞILAYIR

DÜNYA AZƏRBAYCANÇILIQ İDEYASINI SEVGİ İLƏ QARŞILAYIR

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Bu gün dünyada çox böyük dəyərlər mövcuddur. Təbii ki, o dəyərlər də hər bir dövlətə, hər bir xalqa və hər bir ölkəyə  məxsusdur. Heç şübhəsiz, hər bir ölkə istəyər ki, onun tarixi, mədəni irsi və eləcə də əxlaqi dəyərləri digər xalqlar tərəfindən öyrənilsin, araşdırılsın və sevilsin. Bunu etmək üçün isə hər bir millətin özünün ideologiyası, təbliğatı və mədəni tədbirləri var. Təbii ki, dünyada gedən  böyük  siyasi-iqtisadi proseslər onu deməyə əsas verir ki, bu gün kiçik dövlətlərin adət-ənənələri və eləcə də onların mədəni dəyərləri  qloballaşma nəticəsində məhv edilir. Bunu dünyanı idarə edən super dövlətlər bilərəkdən həyata keçirirlər  və o kiçik dövlətlərin əxlaqi, mənəvi dəyərlərini müxtəlif vasitələrlə aradan götürməyə, zəiflətməyə, birmənalı olaraq silməyə cəhd edirlər. 

Amma gəlin onunla razılaşaq ki, bu gün elə dəyərlər var ki, onu dünyanın ən güclü dövlətləri belə məhv edə bilməz, tarixdən  silməyi bacarmaz. Belə ölkələrdən biri də müstəqil Azərbaycan dövlətidir. O dövlət ki Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin hakimiyyəti dövründə sürətlə inkişaf etdi, dünyaya  inteqrasiya olundu, öz mədəni irsi və eləcə də digər  mənəvi dəyərləri ilə yeni bir  səhifə yazdı. Əlbəttə, hər bir ölkənin  siyasi lideri, rəhbəri güclü olanda, bax, həmin ölkəyə o  tarixi şəxsiyyətə görə  böyük  hörmət, sevgi göstərilir. Məhz Azərbaycana da dünya şöhrətli siyasətçi  və həmişə yeri görünən Ulu Öndər Heydər Əliyevə görə bütün ölkələr  hörmətlə yanaşıblar.

Aydındır ki, bu da belə yaranmadı. Ən azından ona görə ki, Azəbaycana  həm rəsmi, həm də qeyri-rəsmi səfər edən  insanlar həqiqətən də gördülər ki, bu ölkə bəşəri dəyərlərə, zəngin tarixə və qeyri-adi mənəvi  dəyərlərə malikdir. Başqa sözlə demiş olsaq,  Azərbaycançılıq ideyalarının çox sürətlə dünyaya  yayılması, təbliğ edilməsi beynəlxalq aləmdə ölkəmizin  nüfuzunun artmasının böyük təkan verdi.  Azərbaycan çox nadir ölkələrdəndir ki, burda irqindən, dinindən və millətindən  asılı olmayaraq, hamıya böyük diqqətlə,  qayğıyla yanaşılır. Azərbaycanda yaşayan və işləyən çoxlu sayda azsaylı xalqların  nümayəndələri görürlər ki, onların  hüquqları, mədəniyyətləri, adət-ənənələri və eləcə də bəşəri dəyərləri dövlətimiz və xalq tərəfindən necə qorunur.

Təkcə bir faktı qeyd etmək  istəyirik ki, dünyada heç yerdə yəhudilərə münasibət Azərbaycanda olduğu qədər böyük və möhtəşəm deyil. Çünki yəhudilər yüz illərdir Azərbaycanda yaşayır və burda öz dinlərini, dillərini və adət-ənənələrinin qorunmasının şahidi olurlar. Onların böyük əksəriyyəti  Qubada yaşayır və Qubada «Qırmızı qəsəbə» deyilən yerdə  onlara hər cür şərait yaradılıb.  Və üstəlik də bu Qırmızı qəsəbədə hələ Sovet dönəmində yəhudilərlə qubalılar  arasında çox böyük  sıx və  isti münasibət olub. Hətta həm azərbaycanlılar, həm də yəhudilər bir-birlərinə qız alıb veriblər. Mənim bir qohumum  var, uzun illərdi Qubada yaşayır, hardasa yetmiş ildir, deyir ki,  mənim ən yaxın dostlarım yəhudilərdir. Ona görə ki, onlar dostluqda, yoldaşlıqda çox sədaqətlidirlər. Kəsdikləri  çörəyə həmişə böyük dəyər verirlər. Mənim ən ağır günümdə doğmalarımdan  əvvəl həmin yəhudi dostlarım yanımda olub.

Təbii ki, biz də bu dostluğa həmişə böyük önəm vermişik. Əlbəttə, yəhudi qardaşlarımız tək bizim adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi sevmir, onlar həm də bizim  dünyanı gəzən  və sevilən musiqilərimizi xoşlayırlar. Dəfələrlə   mən İsrailə  dostumla gəzməyə getmişəm, orda görmüşəm ki, bizim böyük  sənətkarların – Rəşid Behbudovun, Zeynəb Xanlarovanın, İslam Rzayevin, Sara Qədimovun, Tükəzban İsmayılovanın… ifa etdikləri xalq və bəstəkar  mahnılarına böyük həvəslə qulaq  asırlar. Üstəlik də bir dəfə toya getmişdim, gördüm o toyu da rəhmətlik Səməd Səmədov aparırdı. İnanın, onun  başına o qədər pul səpirdilər ki, o pulları yerdən yığışdırmaq çox çətin idi. Bax, bu  yəhudilərin Azərbaycan xalqına, bizim musiqimizə və dostluğumuza olan sevgisi idi. Hər gün bir  yəhudi bizi qohumuna görə evinə qonaq dəvət edirdi. Mən çox yerdə olmuşam, amma yəhudilərdə olan qonaqpərvərliyi çox az yerdə görmüşəm. Onlar da Qubaya gələndə biz  onlara qucağımızı açmışıq.  Qubanın ən gözəl yerlərinə aparmışıq, onlar Qəçreşi görüblər və deyiblər ki, burda verilən yeməyin dadı heç yarda belə  deyil. Orda  bişirilən kabab və digər Azərbaycan mətbəxinə məxsus yeməklər yəhudi qardaşlarımızın çox xoşuna gəlib. Üstəlik də Azərbaycana gələndə digər gözəl yerlərimizə də – Qusara, İsmayıllıya, Zaqatalaya, Balakənə, Qəbələyə onları qonaq aparmışıq.

Bu gün Azərbaycanı dünyada həm də ona görə çox istəyirlər ki, bizim xalq hamıya öz məhəbbətin, sevgisin, istəyin verib. Heç vaxt digərlərinə yuxarıdan aşağı baxmayıb. Amma Avropa ölkələrinə yolun düşəndə görürsən ki, onlar özlərindən  çox razıdır və sənə yuxarıdan aşağı baxır. Allah belə xalqları da xoşlamır. Ona görə də bizim xalqın bu sadəliyi, səmimiyyəti və qonaqpərvərliyi digər millətlər tərəfindən sevilir və onların yaddaşında əbədi iz qoyur.
 

Sübhan Mahmudlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 May 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri