Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Dünya, insan, tale və sevgi haqqında düşüncələr

Dünya, insan, tale və sevgi haqqında düşüncələr

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi

Şair, publisist, ədəbiyyatşünas, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin üzvü Tural Adışirinlə həmkarıq. O, AMEA Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisidir. Filologiya elmləri doktoru Kamil Adışirinov kimi bir alimin övladı olması onun elmi dünyagörüşünün formalaşmasında önəmli faktordur.

Tural Adışirin hələ 2018-ci ildə nəşr olunan "Barmaqda üzük yeri" adlı ilk kitabı ilə oxucuların rəğbətini qazanmışdı. Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında bu il nəşr olunan, sayca ikinci kitabı isə "Publisistik və poetik düşüncələr" adlanır. "Elm və təhsil" nəşriyyatında işıq üzü görən kitabda müəllifin Azərbaycanın Şimal-Qərb bölgəsinin folkloruna aid orijinal elmi araşdırmaları, müasir ədəbi prosesin ayrı-ayrı nümayəndələri haqqında yazdığı publisistik məqalələri ilə yanaşı, poetik düşüncələri də yer alıb.

Təbii ki, müəllifin araşdırmaları və müasir ədəbi prosesin nümayəndələri haqqında yazdığı publisistik məqalələrə fikir bildirmək niyyətində deyilik. Lakin kitabdakı şeirlər haqqında bir oxucu kimi fikirlərimi bildirməyi uyğun görürəm.

Ümumən bu şeirlərdə gənc şairin dünya, insan, tale, sevgi, ayrılıq, həsrət qarışıq düşüncələri əks olunur. Kitabdakı ilk şeir "O xətri, hörməti necə əzim ki" adlanır. Sevən, amma sevdiyinə qovuşmayan "lirik mən" özünü gah "duman"a, gah da "quru güman"a bənzədir:

Yanımdan ötüşmür duman, çən belə,

Özüm də elə bil dumanam indi.

Nəyim qalıbdır ki, bu gündən belə,

Bəlkə də, bir quru gümanam indi.

Bəzən də sevdiyi ilə "söhbətləri soğulan, sevincləri solan", həsrətdən çırpınan "lirik mən" özünü tək qalmış quzuya, sevdiyini ona gətirməyən yolları gözlərinə sancılan bir oxa bənzədir:

Yollar gözlərimə sancılan bir ox,

Uzanan günləri qəmə bükürəm.

Gecələr üstümə yorğan deyil, yox,

Mən alov örtürəm, atəş çəkirəm.

Nümunə kimi verdiyimiz misralarda ayrılıq əzabı çəkən aşiqin psixoloji vəziyyəti, haldan-halan düşməsi bütün həssaslığı ilə ifadə olunur. Xatirələr sevdiyindən ayrı düşən, həsrətindən saralıb-solan "lirik mən"in gözlərində bir ocaq kimi sayrışır. Sevdiyini düşünür, eyni zamanda paralel olaraq: "Görən düşürəmmi yadına mən də?" - deyə düşünür.

Eyni duyğular şairin "Ömrümə həsrətin köçür" şeirində də davam edir. Sevdiyi tərəfindən tərk edilən "lirik mən" qəlbinə dolmuş acı qəhəri boğa bilmir. Yaşadıqları gözəl anları, ona verilən sözləri xatırlayır. Artıq hər seyin sonuna gəldiyini bilir, amma sevdiyinin başqa birisinə gəlin köçməsi ilə barışa bilmir:

Boğa bilməyirəm acı qəhəri,

Solmuş ümidimi biçib gedirsən.

Mənə söz vermişdin bir yaz səhəri,

İndi başqa evə köçüb gedirsən.

Ürəyinə sahib olanın, evinin sahibi ola bilməməsinə üzülür. Sevdiyinin başqa evə gəlin köçməsi ilə barışa bilməyən, üzülən "lirik mən" kövrək duyğulara bürünür. Başqa evə gəlin köçən gözəl qız hələ də onun qəlbinin sahibidir. Heç nə, heç kim, hətta "sirdaş" belə onun qəlbini ala bilmir. Özü-özünə düşüncələrə dalan "lirik mən"in duyğuları misralarda əks olunur:

Kövrək duyğulardı qəlbimə dolan,

Könlümü sirdaş da ala bilməyir.

Niyə ürəyimin sahibi olan,

Evimin sahibi ola bilməyir.

Hələ də "Xoşbəxtlik içində keçən günlərdə" yaşayan "lirik mən" sonda bu qənaətə gəlir ki, "Yüz il axtarsaq da, o xoşbəxt günləri tapa bilmərik".

Biz necə qayıdan ötən illərə,

bu ağır günahda kim kimə şərik.

Xoşbəxtlik içində keçən günləri

Yüz il axtarsaq da, tapa bilmərik.

"Görüş romantik münasibətlərin bir mərhələsi" olsa da, bunu hər görüşə aid etmək olmur. Bəzi görüşlər sevənləri birləşdirmək yerinə, daha da uzaqlaşdırır. Hər görüşdə bir az yadlaşır, çünki artıq münasibətlər kimi görüşlər də soyuqlaşıb. "Lirik mən" qərarını verir. Bəlkə "isitməyən soyuq görüşlər"dənsə, gözəl günlərin xatirəsində qızınmaq daha yaxşıdır:

Bizli də, bizsiz də ötdükcə zaman,

Məhəbbət yolunda lap çaşırıq ki...

Hər görüş bir az da yaxın olmaqdan,

Hər görüş bir az da yadlaşırıq ki...

Bəlkə nəzərlərdən yayınaq daha,

Bəlkə heç düşməyə duyuq görüşlər.

Gedək xatirəylə qızınaq daha,

Bizi isitməyir soyuq görüşlər.

Kitabda diqqətimi çəkənlərdən biri də Turalın"Qadınlar dünyanın cəfakeşidir" şeiridir. Bəllidir ki, əlinə qələm alıb şeir yazan hər şairin mütləq qadın haqqında yazdığı bir şeiri var. Çünki qadın ona verilən bütün xüsusiyyətləri ilə başdan-başa sözdür, şeirdir, rəsmdir. Turalın qadınlar haqqında yazdığı şeiri bu baxımdan çox diqqətçəkəndir:

Dan düşər, gecənin başı ağarar,

Qaranlıq çəkilər aydın səhərlə.

Hər kişi qəlbində işıqlı nə var,

Bağlıdır qadınlı xatirələrlə.

Nə qədər gözəllik varsa dünyada,

Qadın əməlidir, qadın işidir.

Qadınlar həyatın dayaq nöqtəsi,

Qadınlar dünyanın cəfakeşidir.

Qadın "yaradıcıdır, yaradılmış deyil". Qadın anadır, gücdür, sevgidir, mərhəmətdir. Həyatın dayaq nöqtəsidir. Almanlarda belə bir söz var: "Siz bizə ağıllı və ismətli qadınlar verin, biz sizə gələcəyi bəxş edək!" Qadın həm də gələcəyimizdir. Gələcəyimiz qadınların qucağında böyüyür, - deyə bilərik. Bu cəhətdən Turalın "qadınları həyatın dayaq nöqtəsi" adlandırması çox uğurludur.

Poeziya sözlərlə dərdləşməkdir, söhbət etməkdir. Şair də bütün istəklərini, arzularını, demək istəyib deyə bilmədiklərini sözlərlə ifa edir. Tural Adışırın "Söz-şair başında bir qızıl tacdır" şeirində söz və şairlər haqqındakı fikirlərini ifadə edir:

Söz-şair başında bir qızıl tacdır.

Şair-sözdən göyərib qalxan ağacdır.

Sözdür kökü də, budağı da,

Sözdür meyvəsi, yarpağı da.

Turalın həyat, ölüm, tale haqqındakı şeirlərində təzə və dəyərli fikirlərə az rast gəlinmir. Onun "Bu dünyanın qapısı" şeiri fikrimizə gözəl nümunədir:

Ürəyimə daman hansı duyğudur?

Ovcumdaca oxu, alın yazımı.

Həyat sanki bir qarışıq yuxudu,

Qarışıqdı yozanların yozumu.

Həyat haqqında düşüncələrini oxucularla paylaşan şair, minillərdir təfəkkürümüzdə və dilimizdə qəlibləşmiş fikirlərə, "Alın yazısı"na, insanın ovcuna yazılan tale xətlərinə, "həyat haqqındakı qarışıq yozumlara" doğulmaq, ölmək, reinkarnasiya (ruhun ölməzliyi) məsələsinə toxunur. Mən fatalist olduğum üçün, "alın yazısı"na, insanın ona yazılan taleyi yaşamasına inanıram. Tural da "bundan öncəki həyatda kim olmuşuq", "harada ömür sürmüşük?" - kimi suallara cavab axtarır. Şairin toxunduğu məsələlər dərin və fəlsəfidir.

Bura qədər harda ömür sürmüşük?

Bəlkə, elə yox olmaqdı doğulmaq?

Doğulmağın növbəsində durmuşuq,

Qəm eləmə, növbəsizdi yox olmaq.

Ömür sürdük günəş altda, kölgədə,

Bəlkə, ölüm göy üzünə uçmaqdı.

Dar məzara endirilmək bəlkə də,

Bu dünyanın qapısını açmaqdı.

Uşaq yaşlarımda, hələ üfüq nədir, üfüq xətti nədir bilmədiyim zamanlarda, göyün yerə bitişik kimi görünən sərhədinə çatmaq üçün çox qaçmışam. Çatdım dedikcə, o uzaqlaşıb. Bunları mənə xatırladan müəllifin kiçikhəcmli "Lövhə" şeirində diqqətimi çəkən "üfüq" sözü olur.

Üfüqü şəxsləndirən şair günəşin batışını (günbatımını), daha doğrusu, günəşin üfüqün altında itməsini və gecənin düşməsini o qədər gözəl, elmli və təsirli bir şəkildə ifadə edir ki, günəşin batışı, üfüqdə itməsi və ya yox olması bir tablo kimi gözümüzün önündə canlanır:

Günəşi zirvədəki

dümağ "duza" batırıb,

yumurta sarısı tək

ağzına atdı üfüq.

Üstündən də gündüzü

İçib sərin su kimi.

Öz güllü yorğanına

Bürünüb yatdı üfüq.

Üfüq Günəşi zirvədəki duza batırıb, yumurta sarısı kimi ağzına atır, sonra isə gündüzü sərin su kimi içib, güllü yorğanına bürünüb yatır. Şeirdə üfüqün Günəşi zirvədəki duza batırıb, yumurta sarısı kimi ağzına atması, "üstündən də gündüzü sərin su kimi içib, güllü yorğanına bürünüb yatması" çoxtəbii və canlı təsvir edilir. Eyni zamanda, üfüqü şəxsləndirməsi, Günbatımının - Günəşin yuxarı hissəsinin üfüqün altında yox olmasının təsviri və s.

Şair həcmcə kiçik şeirdə üç mərhələyə bölünən Günbatımını poetik şəkildə təsvir edir. "Birinci mərhələdə, Günəş üfüqün altında itdikdən sonra başlayan və üfüqdən 6 dərəcə aşağı enənə qədər davam edən mülki alatoranlıqdır". Bu alatoranlıqda üfüq Günəşi "zirvədəki duza batırıb, ağzına atır". Yəni Günəş üfüqün altında itir. "İkinci mərhələ üfüqdən 6 ilə 12 dərəcə aşağıda olan dəniz alatoranlığıdır. İkinci mərhələdə üfüq gündüzü sərin su kimi içir". Üçüncü mərhələ, "Günəşin üfüqdən 12 ilə 18 dərəcə aşağıda olduğu dövr olan astronomik alatoranlıqdır. Alatoranlıq astronomik alaqaranlığın ən sonundadır və gecədən bir az əvvəl toranlığın ən qaranlıq anıdır. Nəhayət, Günəş üfüqdən 18 dərəcə aşağıya çatdıqda və artıq səmanı işıqlandırmayanda gecə başlayır". Üçüncü mərhələdə, artıq gecədir: "Üfüq öz güllü yorğanına bürünüb yatır". Göründüyü kimi, şair sözlə yalnız insanın mənəvi dünyasına ayna tutmur, təbiətə, təbiətin sirlərinə də ayna tutur...

Tural Adışirinin poeziyası haqqında "Ulduz" jurnalında fikirlərini bölüşən tanınmış tənqidçi Vaqif Yusifli yazır: "Birincisi, hər hansı şeirində təzə söz deməyə can atır. İkincisi, şeirin qayda-qanunlarına ciddi şəkildə riayət edir, heca "ərazisindən", onun hüdudlarından kənara çıxmır, formalaşmış kononlarına əməl edir, qoşmanı qoşma, gəraylını gəraylı kimi yazır, şeir dili də təmizdir. Üçüncüsü, bir sıra ənənəvi mövzular var ki, Tural onlara müraciət edəndə ənənənin əsiri olmur, təkrardan, şablondan qaçır". Biz də "şeirində təzə söz deməyə can atan", "şeirin qayda-qanunlarına ciddi şəkildə riayət edən", "təkrardan, şablondan qaçan" Tural Adışırinə "Yeni kitabın mübarək olsun!" deyir, uğurlar arzulayırıq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Avqust 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri