Icma.az
close
up
RU
DİQQƏT: Beyinlə əlaqəli bu riskli əməliyyatları icbari tibbi sığorta QARŞILAYIR

DİQQƏT: Beyinlə əlaqəli bu riskli əməliyyatları icbari tibbi sığorta QARŞILAYIR

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Arteriovenoz malformasiyaların (AVM) cərrahi müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Ötən il ərzində icbari tibbi sığorta hesabına 52 AVM əməliyyatı icra olunub.
Bu barədə Bizim.Media-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, AVM beyin və ya onurğa beynində qeyri-normal damar birləşmələri nəticəsində yaranan damar dolaşıqlığıdır.
AVM-lər anadangəlmə qüsur sayılır və dünyada nadir xəstəlik hesab olunur. Bir çox insanlar həyatı boyunca heç bir simptom olmadan yaşayır.
Bu vəziyyət qan axınının düzgün tənzimlənməsini pozur və zamanla beyin qanaxmalarına, epileptik tutmalara, əzələ zəifliyinə (iflic), insult və digər nevroloji problemlərə səbəb ola bilər. Yerləşməsindən asılı olaraq ətraf funksiyaların pozulması (hərəkətləri koordinasiya etmə qabiliyyətinin) halı da baş verə bilər.
Xəstəlik şiddətli baş ağrıları, bədənin müxtəlif hissələrində uyuşma, görmənin zəifləməsi və ya itməsi, eləcə də danışıqda çətinliklər kimi ciddi simptomlarla özünü göstərə bilər.
Belə ki, AVM-in cərrahi müalicəsi onun yerləşdiyi bölgə, ölçüsü, xəstənin yaşı və digər amillər əsasında aparılır. Tibbi göstəriş olduğu təqdirdə əməliyyat açıq üsulla icbari tibbi sığorta çərçivəsində icra olunur.
Xəstəliyin dəqiq diaqnozu üçün müasir diaqnostik üsullar tətbiq edilir. Müayinələr sırasında MRT, KT, beyinin bioelektrik fəaliyyətini ölçmək üçün elektroensefalogram (EEG), doppler və serebral angiografiya yer alır. Əlavə olaraq, əməliyyata əks göstərişin olmadığını müəyyən etmək üçün qan analizi və digər laborator müayinələr də tələb oluna bilər. Qeyd edilən instrumental, funksional-diaqnostik və laborator tibbi xidmətlər icbari tibbi sığorta hesabına göstərilir. Bununla yanaşı, stasionar yatış zamanı istifadə olunan dərman, tibbi sərfiyyat və gündəlik qidalanma da icbari tibbi sığortaya daxildir.
Bu əməliyyatlar TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndəriş vərəqəsi əsasında həyata keçirilir.
Onu da əlavə edək ki, cərrahi əməliyyat nəticəsində beyinin funksiyaları qorunur, həyat keyfiyyəti yaxşılaşır və gələcəkdə yarana biləcək ciddi nevroloji risklər aradan qaldırılır. Xəstələr əməliyyat sonrası tibbi nəzarətdə qalmalı, həyat tərzinə diqqət etməli və yeni simptomlar müşahidə etdikdə dərhal həkimə müraciət etməlidirlər.
Rəna Cumaqızı, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri