Icma.az
close
up
RU
DÜNYA AZƏRBAYCANI TANIYIR

DÜNYA AZƏRBAYCANI TANIYIR

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün dünyada çox böyük proseslər, inkişaf və tərəqqi gedir. Bu proseslərin önündə heç şübhəsiz ki, hər hansı bir ölkə inkişaf etməyi, dirçəlişi ön plana çəkir. Təbii ki, hər bir ölkə inkişaf etmək üçün ilk növbədə iqtisadi sahədə  çox böyük islahatlar aparmalı, yeniliklər eləməli və çıxış yolları axtarmalıdır. Birmənalı olaraq deyə bilərik ki, bu gün dünyada böyük və kiçik dövlət anlayışı yoxdur. Çünki bu gün dünyada əsas iqtisadi cəhətdən güclü  və zəif dövlətlər var. Bütün bunlar onu deməyə əsas  verir ki, hər bir ölkə dünyaya  inteqrasiya olunmasını  prioritet vəzifə kimi qarşıya qoyur. 

Azərbaycan isə son 30 ildə  deyə bilərik ki, çox böyük inkişafa, irəliləyişə nail olub. O da heç kimə sirr deyil ki, ölkəmiz  müstəqillik əldə etdikdən sonra  30 ildən çox  torpaqları, ərazisi işğal altında olub. Eyni zamanda bu böyük problemlə yanaşı ölkə iqtisadiyyatında da  bir çökmə  vardı. Yəni  Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələndə dövlət büdcəsində elə bir  vəsait  yox idi.  Daha doğrusu, bu vəsaiti  əvvəlki hakimiyyətin vəzifəli şəxsləri sağa-sola xərcləmiş və büdcəni dağıtmışdılar. El dilində demiş olsaq, ölkə quru yurdda qalmışdı. Ulu Öndər Heydər Əliyev də quru yurda gəldi və burda qısa zaman kəsiyində çox böyük möhtəşəm işlərə imza atdı. 

Bir yandan torpaqlarımızın işğal altında olması, digər tərəfdən də iqtisadiyyatın yaman günə düşməsi  dövlət başçısını çox çətin  vəziyyətdə qoyurdu. Böyük siyasi lider  ermənilərlə atəşkəsə nail olandan sonra  ölkənin iqtisadi qüdrətinin inkişaf etdirilməsi üçün çox böyük iqtisadi inkişafa  start verildi. Əlbəttə, Ulu Öndərin böyük siyasi təcrübəsi, dünyadakı nüfuzu və ölkədə həyata keçirəcəyi möhtəşəm işlərin görülməsi  üçün müəyyən planlar hazırladı. Bunlar üçün isə ilk növbədə  neft sənayesini inkişaf etdirmək lazım idi. Xoşbəxt Yusifzadə kimi dünya şöhrətli, məşhur bir neftçinin, mütəxəssisinin möhtəşəm  layihələrə cəlb edilməsi heç də təsadüfi deyildi. Çünki Xoşbəxt Yusifzadə Azərbaycan  iqtisadiyyatını və o cümlədən neft sənayesini  beş barmağı kimi bilirdi. Və o da Ulu Öndərə bu barədə fikirlərini bildirdi ki, zəngin neft və qaz yataqlarımız var, sadəcə olaraq, bunu müasir texnologiya əsasında qazmaq və hasil etmək lazımdır. Bunun  üçün isə istər-istəməz xarici şirkətlərə böyük ehtiyac duyulurdu. Ulu Öndər bu məqsədlə çox böyük bir addım atdı. İngiltərənin məşhur BP şirkəti ilə müqavilələr bağlandı və əsrin neft  müqaviləsinə start verildi.

Çox yox, beş-altı ildə  bu layihələrin həyata keçirilməsi istər-istəməz öz müsbət nəticəsini  verdi. Öz müsbət nəticəsini  verdi ki, xarici şirkətlər Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayənin maya dəyərini çıxarmaqla yanaşı, izafi dəyər də qazandılar. Və Azərbaycanın büdcəsinə  neft və qazın hasilatından milyardlarla dollar  pul gəldi. Bax, həmin təbii sərvətlərdən əldə edilən vəsaitlə də Azərbaycan iqtisadiyyatı daha da möhkəmləndi, hərbi sənaye  kompleksinin inkişafı və ordunun yenidən qurulması, müasir silahların alınması  istiqamətində möhtəşəm işlər  gerçəkləşdirildi. 
Hansı ki ilk vaxtlar, yəni daha doğrusu, müstəqillik qazandığımız dövrdə heç bir ölkə risk edib Azərbaycana sərmayə qoymaq istəmirdi. Çünki həm ölkədə  sabitlik yox idi, həm də dayanıqlı hakimiyyət mövcud deyildi. Amma Ulu Öndərin hakimiyyətə gəlişi ilə bu məsələlər öz həllini tapdı. İngiltərədən sonra digər böyük dövlətlərin Azərbaycana  marağı daha da artdı. Onlar gördülər ki, ölkədə sabitlikdir, əmin-amanlıqdır və başqa ölkələrin iqtisadiyyata yatırdığı  sərmayələrdən gəlir əldə edir, istər-istəməz həmin dövlətlərin də ölkəmizə olan marağı daha da artdı. 

İlk növbədə qardaş Türkiyə, Bolqarıstan, Macarıstan, İtaliya, Rumıniya, Fransa, Rusiya və digər böyük dövlətlər Azərbaycanla iqtisadi  əlaqələr qurmaqda çox maraqlı oldular. Çünki bayaq dediyimiz kimi, artıq Azərbaycan  1995-ci ildən sonra dünyaya inteqrasiya olmuşdu. Və dünya da görürdü ki, bu zəngin və gənc dövlət çox böyük iqtisadi  potensiala malikdir. Bütün bu deyilənlər istər-istəməz Azərbaycanın inkişafını daha da sürətləndirirdi. Və artıq Azərbaycan dünyanın əksər ölkələrinə özü sərmayə qoyur, orda böyük layihələr  həyata  keçirir və eyni zamanda yeni  uğurlara  imza atırdı. 
Azərbaycanın bu addımları və sürətlə iqtisadi  inkişafı, eləcə də dünyaya inteqrasiya olunması  onun beynəlxalq təşkilatlarda nüfuzunu daha da artırırdı. Heç şübhəsiz, bunları görən  beynəlxalq təşkilatlar Azərbaycana tək  iqtisadi maraqlarla deyil, həm də mədəni və sosial idman maraqları  ilə yanaşırdı. Çünki Azərbaycan son iyirmi ildə prezident İlham Əliyevin çox uzaqgörən və müdrik siyasəti nəticəsində böyük idman  oyunlarına ev sahibliyi edib. Və bu idman bayramında Azərbaycana  yüzlərlə ölkədən idmançılar və nümayəndələr gəliblər. Onlar Azərbaycana gəldilər və əsl həqiqətləri, sürətli  inkişafı, iqtisadi tərəqqini, mədəni  yüksəlişi  gördülər. Heç bir ölkədə onlara göstərilməyən diqqət və qayğı  Azərbaycanda nümayiş olundu. Eyni zamanda onların təhlükəsizliyi çox yüksək səviyyədə təmin edildi. Dünyanın ən məşhur idmançıları Azərbaycanda keçirilmiş möhtəşəm idman bayramı ilə əlaqədar öz ölkələrinə qayıtdıqdan sonra yaddaqalan və sevindirici fikirlər səsləndiriblər. Hətta BMT-nin baş katibi də bu möhtəşəm tədbirlərdə, eləcə də siyasi yığıncaqlarda Azərbaycanda yaradılmış şəraitdən çox razılıq edib.

Azərbaycan öz ərazi bütövlüyünü  təmin edəndən sonra onun dünyada  nüfuzu daha da möhkəmləndi. Dünya gördü ki, Azərbaycan artıq  90-cı illərdəki ölkə deyil, bu ölkədə çox böyük  iqtisadi inkişaf, tərəqqi və mədəni dirçəliş mövcuddur. Bir sözlə, Azərbaycan şərəflə, uğurla dünyaya inteqrasiya  olunub. Və bu ölkəyə hansı dövlətdən nümayəndə gəlirsə, çox təhlükəsiz və rahat öz vətəninə qayıdır. Və Azərbaycan belə bir sabit, gözəl və Avropa səviyyəsində demokratik bir dövlətdir. 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Dekabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see317

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see307

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see283

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see250

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see229

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see228

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see225

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see195

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see179

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see176

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see176

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see173

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see172

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see168

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see164

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see162

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see160

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see154

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see149

İran istənilən neft ixrac marşrutlarına hücuma hazır olduğunu bildirib

23 Avqust 2026 00:35see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri