Icma.az
close
up
RU
AZƏRBAYCANI QÜRURLANDIRAN ZƏFƏR

AZƏRBAYCANI QÜRURLANDIRAN ZƏFƏR

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Azərbaycan xalqı tariximizə qızıl hərflərlə həkk olunan Vətən müharibəsi zəfərinin 4-cü ildönümünü qeyd edir.  Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun rəşadəti sayəsində qazandığımız bu şanlı zəfər, xalqımızın şərəf salnaməsi, milli qürurumuzun istinadgahı, hər bir azərbaycanlı üçün fəxarət mənbəyidir. Bu   zəfər hər zaman tariximizə işıq salacaq, dövlət və xalq olaraq daim başımızı uca edəcək.
Şuşanın azad edilməsi düşməni tamamilə sarsıtdı.
44 gün davam edən Vətən müharibəsinin hər günü Azərbaycan Silahlı Qüvvələrinin müzəffər yürüşü ilə əlamətdar oldu. Ordumuz hər gün irəli getdi, hər gün düşmən məğlubiyyətə uğradıldı, hər gün cəbhədən qələbə xəbərləri gəldi. Döyüş yolu bir-birinin ardınca Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının, o cümlədən Xocavənd, Xocalı və Tərtər rayonlarının yaşayış məntəqələrinin, milli kimliyimizin təcəssümü, tariximizin yadigarı olan Xudafərin körpüsünün azad olunması hər kəsi şərəfləndirdi və tarixi zəfərimizin uzaqda olmadığını göstərdi.
Savaş günlərində ordumuz irəlilədikcə hər birimizin ən böyük gözləntilərindən biri Şuşanın azad edilməsi idi.  Qələbələr bir-birini əvəz etdikcə, hər gün cəbhədən gələn xəbərlər arasında ordumuz tərəfindən kənd və şəhərlərimizin azad olunmasını dinlədikcə, Ali Baş Komandan İlham Əliyevin xalqa qürur dolu müraciətlərinə qulaq asdıqca həm də Şuşa ilə bağlı xoş müjdə gözləyirdik.  Yaxşı xatirimizdədir, 2020-ci il oktyabrın 16-da möhtərəm Prezident İlham Əliyev   Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Şuşa ilə bağlı suala cavabında demişdi ki, «Şuşasız bizim işimiz yarımçıq olar». Ona görə hər kəs Şuşanın azad olunacağına inanırdı və bu inam Prezidentimizə olan inamdan irəli gəlirdi.
Xalqımızın bu inamı və arzusu noyabrın 8-də gerçəkləşdi. Prezident İlham Əliyevin həmin gün Şəhidlər Xiyabanından bəyan etdiyi bu müjdə respublikamızın hər yerində zəfər coşqusu ilə qarşılandı. Bu hadisə milli qürurumuzu yüksəltdi, millətimizi böyütdü, tarixin tənəsindən birdəfəlik xilas olduq.

Birmənalı demək olar ki, Qarabağ zəfərinin zirvəsində Şuşanın azad ediməsi əməliyyatı dayanır. Belə ki, bu, Vətən müharibəsi dövründə ordumuz tərəfindən həyata keçirilən ən unikal hərbi əməliyyatlardan biri oldu. Məhz Şuşanın azad edilməsi düşməni tamamilə sarsıtdı və bundan sonra Ermənistanın baş naziri Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri əsasında kapitulyasiya bəyanatına imza atmağa və Ağdam, Laçın və Kəlbəcər rayonlarının azad edilməsinə dair qrafiklə öhdəlik götürməyə məcbur oldu. 

Şuşanın azad edildiyi 8 noyabr günü isə Prezident İlham Əliyevin sərəncamı ilə tariximizə Zəfər Günü kimi yazıldı. “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik” - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini səciyyələndirək deyib.
Möhtəşəm zəfərimizin memarı olan Prezident İlham Əliyev Şuşanın və bütövlkdə torpaqlarımızın azad edilməsi ilə Ata vəsiyyətini yerinə yetirdi, Ulu Öndər Heydər Əliyevin başladığı işi məntiqi sonluğuna çatdırdı. Bu zəfərlə Prezident İlham Əliyev adını Azərbaycan tarixinə qüdrətli Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Bu Zəfər günlərində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir daha ehtiramla yad edir, qazilərimizə şəfa arzulayırıq. Məhz onların rəşadəti sayəsində torpaqlarımız indi azadır.

Vətən savaşından ötən 4 il də zəfər dolu uğurlarla əlamətdardır.
Vətən müharibəsindəki Zəfərdən ötən 4 il də mühüm siyasi-hərbi hadisələrlə əlamətdardır. Bu dövrün ən böyük hərbi uğurlarından biri 2023-cü ilin sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpa olunması, bütün torpaqlarımız üzərində milli suverenliyimizin təmin edilməsi, Antiterror əməliyyatlarında Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Azərbaycan torpaqlarına məqsədli şəkildə yerləşdirilmiş erməni separatizmi cəmi 23 saata tarixin arxivinə göndərildi. Azərbaycanı hədələyən, əli dinc azərbaycanlılarının qanına bulaşmış separatçı rejimin təmsilçiləri isə qandallanaraq Bakıya gətirildilər.
Antiterror əməliyyatı bir daha Ali Baş Komandanın qətiyyətini, «dəmir yumruğ»un yerində olduğunu, ordumuzun gücünü nümayiş etdirdi. Düşmən 2020-ci iin noyabr ayında olduğu kimi, yenə də  ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bütün torpaqlarımız üzərində milli suverenliyimizin bərpa edilməsi bir daha Prezident İlham Əliyevin qətiyyətli siyasətinin təcəssümü oldu.
Vətən müharibəsindən sonra Azərbaycanın nail olduğu digər mühüm siyasi nailiyyət Rusiya sülhməramlılarının ölkəmizi vaxtından əvvəl tərk etməsidir. Məlum olduğu kimi bu məsələ ilə bağlı bəzi siyasi qaragüruhçular spekulyasiyalarla məşğul idilər.  Onlar bununla bağlı reallıqdan uzaq «proqnozlar» verir, ictimai rəydə bununla bağlı həqiqətdən uzaq rəy formalaşdırmağa çalışır, Vətən müharibəsindəki qələbəmizə kölgə salmağa cəhd edirdilər. Lakin sülhməramlıların Azərbaycan ərazilərini vaxtından da əvvəl tərk etməsi həmin qaragüruhçuların bütün əsasız «proqnoz» və «arqumentlərini» puça çıxardı və göstərdi ki, Azərbaycan Prezidenti dövlətimizin milli maraqlarını layiqincə təmin edir.

Bütün bunlarla yanaşı Qazax rayonunun 30 ildən artıq işğal altında qalan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərnin işğaldan azad edilməsi Vətən müharibəsindən sonra qazandığımız uğurların sırasını daha da genişləndirdi. Bu hadisə Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan zəfərlərin məntiqi davamı oldu və göstərdi ki, bir qarış torpağımızın da işğal altında qalmasına imkan verilməyəcək.
Noyabrın 9-u isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Artıq 4 ildir ki, Vətən müharibəsi zəfərinin fonunda respublikamızda Dövlət Bayrağı Günü əvvəlki illərdən fərqli və daha qürurlu şəkildə qeyd olunur. Çünki Azərbaycan Xalq Cümuhriyyətinin yadigarı olan və hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı üçrəngli bayrağımızı möhtərəm Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün Qarabağ və Şərqi Zəngəzurda dalğalandırdı. Bir vaxtlar erməni separatçılarının meydan suladığı Xankəndi şəhərində bu gün Azərbaycanın dövlət bayrağı vüqarla dalğalanır, Vətən savaşındakı qələbəmizi, Qarabağın bizim torpağımız olduğunu dünyaya bəyan edir.
Azərbaycan dövləti və xalqı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şərəfli və qürurdoğuran günlərini yaşayır. Bütün bu nailiyyətlərimiz həm də belə bir həqiqəti təsdiq edir ki, güclü və qətiyyətli lideri olan dövlət bütün problemlərini həll etməyə qadirdir.

Xanlar Fətiyev

Milli Məclisin deputatı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://missiya.az
archiveBu xəbər 08 Noyabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see435

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see385

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see353

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see353

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see286

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see265

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see242

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see239

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see228

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see218

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see208

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see207

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see207

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see195

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see195

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see192

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see190

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see187

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see184

Bu 4 tərəvəzi dondurmayın Səbəb

30 İyul 2026 22:39see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri