Icma.az
close
up
RU
Günəşə sitayiş edənlərin şəhəri Tufarqan GÜNEY AZƏRBAYCANI TANI

Günəşə sitayiş edənlərin şəhəri Tufarqan GÜNEY AZƏRBAYCANI TANI

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin Tufarqan şəhəri haqqında yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Tufarqan (Azərşəhr) şəhəri Şərqi Azərbaycan əyalətinin mərkəzi olan Təbrizdən 85 kilometr, Urmiya gölündən 20 kilometr məsafədə yerləşir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Tufarqan (Azərşəhər) şəhəri əslində Tufarqan (Azərşəhər) rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun Məməqan, Gögan, Teymurlu, Yengicə, Qaf (Qiblə) Dağı, Şeramın və Qazi Cahan kimi daha kiçik şəhərləri və qəsəbələri ilə əhatə olunub.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Tufarqan (Azərşəhər) şəhərinin əhalisi 45 min nəfərə, Əcəbşer rayonunun əhalisi isə 107 min nəfərə bərabərdir. Əhalisi Azərbaycan türkcəsində danışır. Onlar müsəlman və şiədir. Qeyd edək ki, bu şəhərin bəzi kəndlərində ələvi türkləri də yaşayır.

Tufarqan, Duvarqan (Azərşəhər) şəhərinin adı ilə bağlı izahat

Güney Azərbaycanda yerlərin və şəhərlərin adlarının dəyişdirilməsi siyasəti 1920-ci illərdən başlayıb və hələ də davam edir. Bu məsələ haqqında yazdığımız məqalədə qeyd etdiyimiz kimi, 1925-ci ildə İranda türk Qacarlar sülaləsinin hökmranlığı rəsmən ləğv edildikdən sonra fars Pəhləvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə yer adlarının dəyişdirilməsi Azərbaycan türklərinin kimliyini silmək üçün həyata keçirilən geniş siyasətin tərkib hissəsi oldu. Yəni İranda türklərin, xüsusilə də Güney Azərbaycan türklərinin farslaşdırma siyasətinə uyğun olaraq, onların ana dillərinin qadağan edilməsi, tarixlərinin təhrif edilməsi, milli kimliklərinin aşağılanması ilə yanaşı, yaşadıqları yerlərin coğrafi adlarının dəyişikliyə məruz qalması prosesi də baş verdi. Ad dəyişikliyinə məruz qalan yerlərdən biri də Tufarqan şəhəri oldu. 1937-də İran Dövlətinin qərarına görə, şəhərin adı dəyişdirilərək Azərşəhr oldu!

Tufarqan şəhərinin adının Azərşəhr olaraq dəyişdirilməsi haqqında Maarif Nazirliyinin qərarnaməsi. Maraqlıdır ki, qərarnamədə heç Tufarqan adını çəkmədən şəhərin adının Dehxarqandan Azərşəhrə dəyişməsindən söhbət gedir

Təbii ki, farslaşdırma siyasəti nəticəsində bütün coğrafi adların dəyişdirilməsi asan olmayıb. Beləcə, şəhərin adını dəyişsələr də rayondakı qəsəbələrin, kəndlərin, dağların, dərələrin və çayların adları hələ də qalır və buraların Azərbaycan türklərinin yurdu olduğunu əks etdirir. Yuxarıda bu rayonda yerləşən qəsəbələrin adlarını yazdıq. Bu xüsusda Qaf (Qiblə) Dağı, Çubuqlu Dağı, Qala Dağı, Tufarqan Çayı, Quru dərə Çayı, Almalı Çayı, Böyük Çay, Günbəy Çay, Taptapan bulağı, Qızıl dağ bulağı kimi adlar da hələ öz varlığını qorumaqdadır.

Tufarqan (Azərşəhr) şəhəri - keçmişdən günümüzə qədər

Azərbaycanın bəzi digər şəhərləri kimi, bu şəhərin də qədim tarixi ilə bağlı ciddi elmi araşdırma aparılmayıb. Lakin bu şəhərin ətrafında İslamdan əvvəlki dövrlərə aid çoxsaylı qədim təpələrin olması, həmçinin bu bölgədə ən qədim Mitra məbədlərindən birinin yerləşməsi Azərbaycanın bir çox bölgələri kimi bu bölgənin də qədim tarixə malik olmasından xəbər verir. İlk İslam dövrü və sonrakı dövr tarixçi və coğrafiyaçılarının əsərlərində, o cümlədən Məhəmməd Cəlil Təbəri (Hicri III əsr), Əbu-əl-İshaq İbrahım Estəxrinin (Hicri IV əsr) əsərlərində bu şəhər “Dəxarqan” kimi qeyd olunur. Hicri 8-ci əsrdə (Eramızın 1281-1349) yaşayan coğrafiyaçı Qəzvinli Həmdullah Mostufi bu yeri mülayim iqlimi və bol bağları olan kiçik bir şəhər kimi təsvir edir.

Moğul İlxanlığının (1256–1335) hakimiyyəti dövründən Səfəvilər (1501-1736) dövrünün sonlarına qədər bu bölgə əlverişli iqlimi, bol məhsulu, özünəməxsus nəqliyyat və keçid yolları ilə dövrün hökmdarlarının marağına səbəb olub. Bəzən isə saray əyanlarının istirahət yeri kimi istifadə olunurdu. Səfəvilər dövründə Tufarqan çayı üzərində möhkəm körpü salınmış, qızılbaş və Osmanlı əsgərlərinin müharibələri zamanı bu şəhər yemək və yem anbarı kimi istifadə olunub.

Qacar-Rus savaşları əsnasında şəhər Abbas Mirzə ilə General Paskoviçin görüşüb atəşkəs haqqında müzakirə apardıqları yer olub. Səttarxan hərəkatı, yaxud Məşrutə Savaşları (1905-1911) dövründə də bir çox Güney Azərbaycan şəhəri kimi Səttarxandan və Məşrutədən yana olub, mərkəzi hökumətin adamlarına qarşı savaş aparıb (Bu bölgədəki bəzi tarixi-qədim abidələr, xüsusən də Mitra məbədi bu bölgənin qədim tarixini daha yaxşı əks etdirdiyi üçün tarix həvəskarlarına bu bölgənin tarixi abidələri ilə tanışlıq bölməsini oxumaq tövsiyə olunur).

Tufarqan: Səfəvilər dövründə aid mistiklərin və sufilərin quylandığı qədim məzarlıq

1925-ci ildə Qacar Türk ​​hökumətinin sona çatması və fars yönümlü Pəhləvi hökumətinin fəaliyyətə başlaması ilə Azərbaycanın digər bölgələri kimi bu bölgə də mərkəzi hökumətin diqqət mərkəzindən kənarda qaldı. Azərbaycan türklərinin tarixi, dili, mədəniyyəti alçaldıldı, məhv edildi, təhrifə məruz qaldı, inkar edildi. Qısa dövrlər istisna olmaqla, yüz illər boyu İran coğrafiyasında misilsiz olan Azərbaycan iqtisadiyyatı zəiflədi. Pəhləvi hökumətinin siyasətinə nəzər yetirdikdə Güney Azərbaycana qarşı amansız müharibə apardığını söyləyə bilərik. Bu rejimin Güney Azərbaycan türklərinə qarşı açdığı savaş bəzi dövrlərdə Güney Azərbaycana qarşı siyasətlərin səssiz-sədasız icra edilməsi ilə, bəzi dövrlərdə isə Azərbaycan xalqına qarşı silahlı repressiya gücünü istifadə etmək tərzində davam edib. Əslində Güney Azərbaycan türklərinin İran İnqilabında (1979) aparıcı rol oynamalarının əsl səbəblərindən biri xalqın Pəhləvi rejiminə nifrəti idi. Təəssüflər olsun ki, Pəhləvi rejiminin çöküşündən sonra da Güney Azərbaycan türklərinin üzü gülmədi və İnqilabdan qısa müddət sonra bənzər repressiyalar davam etdi. Ancaq bu repressiyalar Güney Azərbaycan türklərini susdura bilməyib.

Günümüzdə Güney Azərbaycan türkləri, xüsusilə gənc nəsil, bütün maneələrə və təzyiqlərə baxmayaraq, Azərbaycanlılığını, türklüyünü, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamağa qətiyyətli görünür. Mərkəzi hökumətin mədəni, iqtisadi və siyasi təzyiqlərinə qarşı qəti iradə ilə dayanan bu insanlar Güney Azərbaycana parlaq gələcək vəd edir. Düzdür, Azərbaycan mədəniyyətini məhv etməyə çalışan sistemin qarşısında onlar əli boş sayıla bilərlər, lakin onların ürəkləri Azərbaycan eşqi ilə doludur. Onların bu Azərbaycan sevdasından qaynaqlan sarsılmaz iradələri və ciddi çalışmaları nəticəsində Azərbaycan kimliyi, tarixi, dili və mədəniyyəti ayaqda qalmağı və hətta inkişaf etməyi bacara bilib.

Güney Azərbaycanın digər şəhər və bölgələri haqında yazdığımız yazılarda qeyd etdiyimiz ki, son yüz ildə mərkəzi hökumət Güney Azərbaycan xalqını assimilyasiya etməyə çalışmış, Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, dili bu şəhərdə və Azərbaycanın digər şəhərlərində hələ də yaşamaqdadır. Azərbaycan rəqs sənəti, folklor nümayəndələrinin çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, Çərşənbə axşamı, Novruz bayramı, sayaçılar, kosa, təkəmçilər, Çillə gecəsi, “Koroğlu” dastanı kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca, demək ki, Azərbaycan hələ bu şəhərdə yaşayır.

Tufarqan (Azərşəhr) bölgəsinin qədim tarixini əks etdirən Mitra məbədi

Soyuq və qaranlıq insan oğlunun ən qədim qorxularından biri və bəlkə də ən birincisi olub. Bunun üçün də od və günəş hər zaman təqdis olunub. Bütün Azərbaycanda xalq arasında müqəddəs sayılan ocaqlara rast gəlmək mümkündür. Ocaq sözünün od sözündən alınması bəllidir. Lakin, insan oğlu odu kəşf etmədən əvvəl və ocaqları qurmadan əvvəl göydə parlayan günəşdən başqa həyatına işıqlıq və istilik bəxş edən bir şey tanımırdı. Bunun üçün də günəş ilkin insanlar üçün olduqca əhəmiyyətli bir şey olub. Əski mifologiyaya görə, qaranlıqla aydınlıq və istiliklə soyuqluq arasında ciddi bir savaş var. Bu amansız savaşda günəşin məğlub olması, yerlərin və göylərin qaranlığa və soyuğa bürünməsi anlamını ifadə etməkdədir. Buna görə də aydınlıq savaşçılarını ruhlandırmaq üçün dua etmək gərəkirdi. Mitraist məbədlərin funksiyası bundan ibarət idi.

Tufarqan rayonunun Qaf (Qiblə) dağında yerləşən Mitra məbədi ən qədim məbədlərin biri sayılır. Bu məbəd dağın ürəyinə oyulmuşdur. Arxeoloqlar bu məbədin yaşını 5000 ilə 12000 il arasında hesab ediblər. Qeyd etmək lazımdır ki, bu məbəd Səfəvilər dövründə mistiklərin və sufilərin sığınacağı və ibadət yeri olub, sonrakı dövrlərdə isə məscid kimi istifadə edilib. Bu məbədə daxil olduqdan sonra havası sərin, qaranlıq və dar bir dəhlizlə qarşılaşırıq. Qaranlıq dəhliz 9 metrdən sonra bitir və hündürlüyü 12 metr olan günbəz formalı mağaraya keçilir. Dağın ürəyində qazılmış bu mağaranın tavanında günəş işığının mağaraya daxil olmasına imkan verən dəlik var.

Mitra məbədi bölgədəki daş memarlığın yeganə nümunəsi deyil. Daha əvvəlki yazılarımızda istər Urartu dövlətindən (eramızdan əvvəl 860 –547) söz açdığımızda, istərsə Kəndivan kəndini tanıtdığımızda Azərbaycanın daş memarlığının nümunələrini xatırlatmışdıq. Tufarqan bölgəsində belə bu memarlığın başqa nümunələrini görmək mümkündür. Məsələn, Cırağıl kəndində çox mükəmməl bir daş memarlığına şahid ola bilirik. Bu memarlıq üslubu Azərbaycanın tarixinin və sivilizasiyasının nə qədər qədim çağlara gedib çıxdığını əks etdirir. Tufarqan bölgəsi də bu memarlığa malik olan Azərbaycanın qədim sivilizasiyasını əks etdirən bölgələrdən biridir.

(Tufarqan, Cırağıl kəndi)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri