Dünya Azərbaycanlılarının Həmrəyliyi ən böyük mənəvi sərvətimizdir Günay Ağamalı
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Hər il milyonlarla soydaşımız dünyanın müxtəlif bölgələrində eyni amal, eyni dəyər, eyni Vətən sevgisi ətrafında birləşərək milli birliyimizin simvolu olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli kimliyimizin, birlik ruhumuzun və ən əsası ümummili idealarımızın parlaq təzahürüdür. Bu ələmatdar gün Azərbaycan xalqının dahi rəhbəri, müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır".
Bu fikirləri Redaktor.az-a Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı bildirdi.
O, qeyd etdi ki, Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib:
"Məhz onun təşəbbüsü ilə azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin gücləndirilməsi, eyni zamanda milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. O qeyd edirdi ki, dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycandır".
Deputat hesab edir ki, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.
"Bu gün həmin strateji xətt İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident Dünya Azərbaycanlılarının 5 iyul 2011-ci ildə keçirilən III Qurultayında çıxış zamanı bildirmişdi ki, bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər. Bu yüksək qiymət hər azərbaycanlı üçün ən ali dəyərdir. Məhz bu dəyər bizləri 44 günlük Vətən Müharibəsində qələbəyə apardı, sınmış qürurumuz bərpa olundu. Artıq beş ildir biz torpaqlarımızın azadlığının, süvernliyimizin bərpasının qürurunu, sevincini yaşayırıq. Biz məğrur xalqıq və ədalətsiz dünyada öz gücümüzlə ədaləti bərpa etmişik. Bütün ikili standartlara rəğmən.
Dövlət rəhbərimizin diqqət və qayğısından ilham alan diaspor təşkilatlarımız haqq səsimizi ən uca səslə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Onlar bu vəzifəsinin, onun məsuliyyətinin fərqindədirlər və göstərilən etimadı doğruldurlar. Bilinməlidir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi bizim ən böyük mənəvi sərvətimizdir. Bu ələmatdar gün münasibətilə başda İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla bütün soydaşlarımızı səmimi qəlbdən təbrik edirəm", - deyə Günay Ağamalı yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 30 Dekabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















