Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Dünya bacarmadı, Türkiyə hərəkətə keçdi Müharibə başa çatır?

Dünya bacarmadı, Türkiyə hərəkətə keçdi Müharibə başa çatır?

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İstanbulda başlayan Ukrayna-Rusiya danışıqları sadəcə yeni raundu deyil, həm də qlobal geosiyasi dinamikanın mərkəzində Türkiyənin sürətlə artan rolunun bariz göstəricisidir”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

O bildirib ki, Ankara bu görüşlə təkcə müharibənin diplomatik həlli istiqamətində təşəbbüs irəli sürmür, həm də yeni beynəlxalq təhlükəsizlik arxitekturasının qurulmasında mərkəzi aktor kimi çıxış edir:

“Ər-Riyad və Vaşinqton formatlarından fərqli olaraq, İstanbul görüşü birbaşa Türkiyənin diplomatik təşəbbüsü və koordinasiyası ilə reallaşır. Xarici işlər naziri Hakan Fidanın Moskva və Kiyevdə apardığı çoxşaxəli danışıqlar Ankaranın həm Rusiya, həm də Ukrayna tərəfindən etibarlı və neytral tərəfdaş kimi qəbul olunduğunu sübut edir. Bu, diplomatiya tarixində nadir rast gəlinən balanslı mövqedir – çünki adətən vasitəçilər ya bir tərəfə meyilli olur, ya da etimad defisiti ilə üzləşirlər. Ankara bu baryeri aşıb və münaqişənin hər iki tərəfi tərəfindən “qəbul edilən yeganə platforma”ya çevrilib”.

Politoloq qeyd edib ki, İstanbul formatı Türkiyənin diplomatik strategiyası nəticəsində bütün əsas güc mərkəzlərini – ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Ukraynanı – eyni masa arxasına əyləşdirə bilmiş yeganə mexanizmə çevrilib:

“Bu, nəinki format fərqidir, həm də diplomatik balansın təmin edilməsində Ankaranın qlobal güc kimi planlaşdırma qabiliyyətinin göstəricisidir. Əvvəlki formatlarda Avropanın iştirak etməməsi, danışıqların birtərəfli qalmasına səbəb olmuşdu. İstanbulda isə Türkiyə bu tarazlığı bərpa etməklə, danışıqları legitim, təsirli və qlobal səviyyədə qəbul olunan bir platformaya çevirib”.

Züriyə Qarayeva

Ekspertin sözlərinə görə, ilk dəfədir ki, tərəflər – Rusiya və Ukrayna – öz mövqelərini yazılı sənəd, yəni memorandum formatında təqdim edirlər:

“Bu mərhələyə keçid, danışıqların artıq diplomatik “maraqlar bəyanatı” səviyyəsindən çıxaraq, real hüquqi və siyasi konturlar qazandığını göstərir. Bu keçidin arxasında isə məhz Türkiyənin məqsədyönlü təzyiqi və təşviqedici diplomatiyası dayanır. Ankara tərəfləri sadəcə bir araya gətirmir, prosesi yönəldir və irəlilədir.

Rusiyanın NATO ilə bağlı yazılı təminat istəyi və Avropanın təhlükəsizlik arxitekturasında baş verəcək mümkün dəyişikliklər, Ankaranın vasitəçiliyindəki danışıqları postmünaqişə dövrü üçün yeni regional düzənin əsasını qoyacaq bir prosesə çevirir. Artıq təkcə müharibənin dayandırılması deyil, geosiyasi sabitliyin yeni əsaslarının yaradılması müzakirə edilir. Bu isə Türkiyəyə Avropa və Avrasiya arasındakı təhlükəsizlik körpüsü funksiyasını qazandırır”.

Z.Qarayeva bildirib ki, İstanbul görüşü uğurla nəticələnərsə, bu, Türkiyənin yalnız region deyil, qlobal siyasətdə də təsiredici gücə çevrildiyini rəsmiləşdirəcək:

“Bu proses həm də yeni diplomatik modelin – balanslı, çoxqütblü, iştirakçı vasitəçilik modelinin – Türkiyə tərəfindən tətbiq olunduğunu göstərir. Ankaranın təşəbbüsü ilə qurulan bu platforma müasir dünyanın ehtiyac duyduğu praqmatik və tərəfsiz vasitəçilik nümunəsinə çevrilir.

İstanbul danışıqları bir daha göstərir ki, Türkiyə artıq klassik geosiyasi koordinatlar çərçivəsində “Ərəb-İsrail böhranları” tipli regional məsələlərdə deyil, bütün qitələri əhatə edən sistemli böhranlarda açar oyunçudur. Bu status yalnız diplomatik bacarıqla deyil, etimad, çeviklik, tarazlıq və təşəbbüskar güc kimi keyfiyyətlərin sintezilə qazanılıb”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 İyun 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri