Icma.az
close
up
RU
Menu

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

London konsertinə hazırlıq başladı

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

Payızda bağda görülən 6 iş

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

Dünya Bankı Xəzəri himayə edir

Dünya Bankı Xəzəri himayə edir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya Bankı (DB) bu il iyunun 25-də “Xəzər dənizinin təmizlənməsi: çirklənmənin idarə edilməsi və biomüxtəlifliyin qorunması potensialının yaradılması” layihəsinin maliyyələşdirilməsini təsdiqləməyi planlaşdırır.

DB-nin məlumatına görə, benefisiarları Azərbaycan, Qazaxıstan və Türkmənistan olan layihənin Qlobal Ekologiya Fondunun 12 milyon ABŞ dolları məbləğində qrantı ilə maliyyələşdiriləcəyi və BMT-nin Ətraf Mühit Proqramının rəhbərliyi ilə 5 il ərzində həyata keçiriləcəyi nəzərdə tutulur.

Məlumatda maliyyələşdirmənin 4 əsas komponentə bölündüyü, bura milli və regional siyasət, institusional inkişaf (1,6 milyon dollar), çirklənmənin idarə edilməsi (4,9 milyon dollar), biomüxtəlifliyin həyata keçirilməsi (4,9 milyon dollar), layihənin icra olunması (0,6 milyon dollar) daxildir.

Layihə çirklənmənin monitorinqi və nəzarətinin gücləndirilməsini, eləcə də Xəzər dənizinin hədəf bölgələrində qorunan dəniz ərazilərinin idarə edilməsinin yaxşılaşdırılmasını nəzərdə tutur. Dünyanın bu ən böyük qapalı su hövzəsi planetin bütün daxili sularının, təxminən, 44 faizini ehtiva edir və Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanla həmsərhəddir.

Dünya Bankının məlumatında qeyd edilir ki, Xəzər ekosistemi unikaldır və burada, təxminən, 400 endemik növ yaşayır, dünya okeanından uzun müddətli təcrid isə zəngin biomüxtəlifliyi formalaşdırıb: “Lakin son onilliklərdə dənizdə suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Proqnozlara görə, 2100-cü ilə qədər bu göstərici iqlim dəyişikliyi və su ehtiyatlarının təsərrüfat məqsədilə istifadəsi səbəbindən 8-30 metr aşağı düşə bilər”.

DB layihəsinin əsas istiqamətlərinə iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsi, dəniz məkanının planlaşdırılması, təlimlərin keçirilməsi və təcrübə mübadiləsi, anlaşma memorandumlarının imzalanması, regional institutların potensialının gücləndirilməsi və s. daxildir.

Çirklənmənin idarə edilməsi üzrə tədbirlər çərçivəsində yerüstü çirklənmə mənbələrinin inventarının yaradılması, çirklənmənin “qaynar nöqtələr”inin və əlaqədar iqtisadi itkilərin təhlili, çirklənmənin azaldılması üzrə milli və regional proqramların hazırlanması, avadanlıqların alınması və ekoloji treninqlər, çirklənmənin monitorinqi, ekoloji cəhətdən təhlükəsiz texnologiyaların inkişafı, habelə ictimai informasiya kampaniyalarının keçirilməsi planlaşdırılır.

Bundan əlavə, mühafizə olunan dəniz əraziləri şəbəkəsinin yaradılması və genişləndirilməsi, idarəetmə planlarının hazırlanması və həyata keçirilməsi, qorunan ərazilərin idarə edilməsi üçün kadr hazırlığı, davamlı balıqçılığa dəstək və balıqçı icmaları üçün əlavə dəyərin inkişafı, biomüxtəlifliyin itirilməsindən yaranan iqtisadi zərərin qiymətləndirilməsi, nəsli kəsilməkdə olan növlərin siyahılarının hazırlanması, məlumatlandırma kampaniyalarının keçirilməsi kimi məsələlərə xüsusi diqqət yetiriləcəyi bildirilir.

Təşəbbüs çərçivəsində Tehran Konvensiyası Katibliyi yanında Layihə Koordinasiya Mərkəzinin yaradılması, həmçinin Regional Rəhbər Komitənin və texniki qrupların formalaşdırılması da nəzərdə tutulur.

Layihə DB-nin Azərbaycan və Qazaxıstan üçün Tərəfdaşlıq Çərçivə Strategiyalarının həyata keçirilməsinə kömək edəcək. Eyni zamanda Türkmənistanın Milli İnkişaf Strategiyasını dəstəkləyəcək və “mavi” iqtisadiyyata, çirklənmə məsələlərinə və Xəzərin biomüxtəlifliyinin qorunmasına xüsusi diqqət yetirməklə DB-nin Mərkəzi Asiya üzrə Regional Strategiyasına uyğun fəaliyyət göstərəcək.

Uzunmüddətli məqsədləri nəzərə alaraq layihə Xəzər dənizinin ekoloji balansının qorunmasına və təbii resursların səmərəli idarə edilməsi üçün regional əməkdaşlığın inkişafına yönəlib. Layihənin icrası çirklənmənin nəticələrini minimuma endirməyə, regionda ekoloji vəziyyəti yaxşılaşdırmağa və gələcək nəsillər üçün biomüxtəlifliyi qorumağa hesablanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see338

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see223

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see169

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see164

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see162

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see160

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see159

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri