Icma.az
close
up
RU
Dünya bazarında neftin qiymətinin enmə tendensiyası davam edir

Dünya bazarında neftin qiymətinin enmə tendensiyası davam edir

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son 6 ay ərzində ilk dəfə “Brent” markalı neftin dünya bazarındakı qiyməti 60 dollardan da aşağı düşərək 59,8 dollara satılıb. Dünya bazarında neftinin qiymətinin azalması tendensiyası davam edir və ötən həftə birjalarda baş verənlər heç də təəccüblü olmadı.

AZƏRTAC xəbər verir ki, ötən ay OPEC-in gündəlik hasilatın artırılması haqqında qərarı (300 bareldən bir qədər artıq) heç nəyi dəyişmədi. Buna baxmayaraq bazara əlavə neft daxil olmağa başladı. OPEC-in ardınca təşkilata üzvü olmayan ABŞ, Kanada, Braziliya, Qayana qarşıdakı iqtisadi böhranı nəzərə alıb hasilatı artıraraq 2026-cı ilin iqtisadi böhranını rezerv maliyyə portfeli ehtiyatını artırmaqla qarşılamağa çalışırlar. ABŞ isə Rusiyaya təzyiqi davam etdirərək Ukraynada müharibəni dayandırmağa çalışır və bunun üçün Avropadakı müttəfiqlərindən Rusiya nefti almağı yumşaq desək “qadağan” edib. Lakin Avropanın enerji təminatını ödəmək üçün ABŞ da hasilatı artırmaq qərarına gəlib.

Bazarda qiymətləri tələb və təklif müəyyən etsə də geosiyasi vəziyyət də bazara təsir edir. Belə olan halda isə qiymətlər aşağı düşür.

Ötən həftə ABŞ Prezidenti Donald Trampın nümayəndələri bir neçə dəfə Moskvaya səfər edib Prezident Vladimir Putin ilə görüşdükdən sonra qiymətlər bir az da endi. Rusiyanın “Urals” markalı nefti isə ən aşağı göstərici ilə - 44 dollardan da aşağı qiymətə satıldı. Bazar iştirakçıları və treyderlər ABŞ ilə Rusiya arasındakı danışıqların sanksiyaların aradan qaldırılacağı ilə nəticələnəcəyini güman etdilər ki, bu da tez bir zamanda bazara psixoloji təsir göstərdi. Rusiyalı analitikləri hesab edirlər ki, yalnız “Urals” deyil, eyni zamanda, Rusiyanın “Sokol”, “Vityaz”, “Sakhalin Brend”, “Siberian Laght” neft markalarının qiyməti də 15 dollara kimi düşəcək.

“Bloomberg” yazır ki, treyderlər Ukraynada müharibənin dayandırılması barədə xəbərləri pozitiv qiymətləndirdilər. Dekabrın 15-də Prezident D.Trampın “tərəflər münaqişənin həllinə çox yaxınlaşıblar” - bəyanatı qiymətlərin enmə tendensiyasını sürətləndirdi.

“Westpac Banking Corp” bankının tədqiqatlar bölməsinin rəhbəri Robert Renni isə tezliklə sülh razılaşmasının əldə olunacağını inanmadığını və qiymətlərin yenidən 60-65 dollar ətrafında olacağını bildirib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müharibə dayansa belə həm Ukraynanın, həm də Rusiyanın dağılan şəhərlərinin, sənaye müəssisələrinin, enerji sistemlərinin, kənd təsərrüfatının və digər sahələrin bərpası üçün irihəcmli layihələr həyata keçirilməlidir, maliyyə vəsaiti xərclənməlidir ki, bu da iqtisadi fəallığı artıracaq ki, nəticədə neftin qiyməti də yüksələcək.

Neftin qiymətinin enmə səbəblərindən biri də Çinin iqtisadiyyatında yaranan durğunluqdur. Çinin rəsmi statistikasına görə son 15 ayda ölkə iqtisadiyyatının göstəriciləri 2022-ci ilin postpandemiya dövrünün göstəricilərindən də aşağı düşüb. ABŞ-ın Çinə qarşı tətbiq etdiyi gömrük rüsumlarının artırılması ixraca mənfi təsir göstərib. Bununla yanaşı, Çinin tədricən alternativ enerjiyə keçid etməsi neftin idxalının azalmasına səbəb olur. Çinin daxili bazarında daha çox elektromobilə üstünlük verilir.

ABŞ Enerji Nazirliyi 2025-2026-cı illər üçün neftin qiymətini təhlil edərək bildirib ki, bu il dünya bazarında 2,24 milyon barel neft profisiti yaranmışdısa, 2026-cı ildə bu rəqəm 2,26 milyon barelə çatacaq. Halbuki 2024-cü ildə dünya neft bazarında profisit sadəcə 0,37 milyon barel olmuşdu. Bu rəqəmlər neftin qiymətinin enmə tendensiyasının gələn il də davam edəcəyini deməyə əsas verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Dekabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see313

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see132

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see131

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri