Dünya bazarlarında neftin qiyməti artır
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin noyabr müqaviləsinin dəyəri 0,43% artaraq 1 barelə görə 68,44 ABŞ dolları təşkil edib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,48% artaraq 64,92 ABŞ dollarına bərabər olub.

