Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 “Artıq Azərbaycanda da “bu gün evlənir, sabah boşanırlar””

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 31 min 403 nikah və 13 min 869 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb. Boşanma sayının azalması, nikahların artması müsbət tendensiya hesab olunur. Lakin məsələyə sadəcə statistik göstərici meyarından baxıldıqda bu, belə görünür. Əslində isə boşanmalar nikah sayı ilə müqayisədə az görünür. Aradakı fərq - əmsal çox kiçikdir; cəmi 1 faiz! Ötən dəfə DSK 2025-ci ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 min 953 nikah və 6 min 784 boşanma halının qeydə alındığını açıqlamışdı. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb. Media Təhlil Mərkəzinin Dövlət Statistika Komitəsinin rəsmi məlumatı əsasında apardığı təhlilə əsasən isə 2023 və 2024-cü illərdə ölkədə nikahların sayında azalma tendensiyası davam edib. Daha dəqiq desək, 2024-cü ildə Azərbaycanda nikahların sayı əvvəlki ilin göstəricilərinə nisbətən 8,7 faiz və ya 4 692 azalaraq 49 508-ə düşüb. Aparılan təhlil zamanı məlum olub ki, 2020-2024-cü illərdə nikaha daxilolma ilə əlaqədar ən yüksək göstəricisi 2022-ci ildə qeydə alınıb və həmin il bu rəqəm 61 939 olub. Ən aşağı rəqəm 2020-ci ildə müşahidə edilib və bu rəqəm 35 348 təşkil edib. 2020-ci ildə nikah sayının azlığı “COVID-19” pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə bağlı olub. Mütəxəssislər hesab edir ki, rəqəmlərdə əmsalın kiçik olması nikah və boşanma saylarının bir-birinə daha yaxın olmasını ifadə edir və bu, ailə institutunun möhkəmliyi baxımından mənfi göstərici hesab olunur. 


Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, ötən əsrdə ölkəmizdə boşanma sayı nə qədər aşağı göstərici idisə, müasir dövrdə biz də daxil olmaqla, digər türk-müsəlman ölkələrində də boşanmaların sayı artır, nikahlar azalır. Hətta bu göstəricilərə görə Avropa ölkələrini də geridə qoymaq üzrəyik: 


- Sanki Avropa ilə yerlərimizi dəyişmişik. Bir vaxtlar təəccüb və heyrət edərdik ki, Avropada “bu gün evlənir, ertəsi gün boşanırlar”, avropalılarda ailədə cəmi 1 uşaq ola, ya olmayadır. İndi özümüz həmin vəziyyətə düşmüşük. Avropa ölkələri estafeti sanki bizə ötürüb. Ailələr sürətlə dağılır, qalan ailələrdə isə uşaq sayı gündən-günə azalır, ailə quranların əksəriyyəti karyera arxasınca gedir, evliliyin 10-cu ilində hələ də uşaq, övlad dünyaya gətirmək barədə düşünməyənlər var. Bunlar ailə institutunun təhlükə qarşısında olduğunu göstərir. Bu, bizim milli ailə dəyərlərimizə zərbədir. Qurulan ailələrin, bağlanan nikahların sayı ildən-ilə azalır. Boşanmalarsa artır. Digər türk dövlətlərini də müqayisə etsək, bu gün Türkiyə ilə Azərbaycanda boşanma səviyyəsi, demək olar, yaxın nisbətdədir. Baxmayaraq ki, Türkiyə əhalisinin sayı 85 milyondur, Azərbaycan əhalisinin sayı isə 10 milyondan artıqdır. Boşanmaların səbəbi təəssüf ki, dəqiq araşdırılmır. Boşanmaq üçün məhkəməyə müraciət edənlərin əksəriyyəti “xarakterimiz uyğun gəlmir”, deyib, bunu səbəb kimi göstərirlər. Belə çıxır ki, ötən əsrdə qadınlarla kişilərin 90 faizi eyni xarakterdə idi? Əlbəttə, yox. Xarakterlər həmişə fərqli olur. Bir-birinə bənzəyən, eyni xarakterdə olan neçə adam tanıyırıq? Çox az. Məsələ burasındadır ki, ötən əsrdə, ondan da əvvəl, evlənən cütlüklər bir–birinə uyğunlaşmağa çalışırdı. Xanım ərinin xasiyyətinə yavaş-yavaş bələd olurdu, onu qane etməyə çalışırdı, evin kişisi də xanımına hörmət qoyub xasiyyətindəki özəllikləri anlamağa, yola getməyə çalışırdı. İnsanlar bir-birinə hörmət etməyi, bir-birini anlayıb qəbul etməyi bacarırdılar. Hörmət etmək dedikdə, ad günündə bahalı hədiyyə, istədiyim yerə gedim, istədiyimi edim, başa düşülməməlidir. Amma indi, belədir. Həyat yoldaşı, tutalım nəyəsə etiraz edirsə, xanım küsür, inciyir, “mənə hörmət etmir”, deyə həmən üz döndərir. Kişi də eynilə bu cür. Yəni insanların bir-birini anlaması, qarşısındakı şəxsə anlayışla yanaşma bacarığı və istəyi azalıb. İki nəfər – cütlük bir-birini həqiqətən sevirsə, güzəştə getməyi bacaracaq və güzəştə gedəcək. Yox, əgər güzəşt olmayacaqsa, o ailə dağılmağa məhkumdur. 


Sosioloq müasir dövrün çətinliklərinin də boşanmalara səbəb olduğunu dedi: 

- Səbəblərdən biri, əsrimizin bəlası internetdir, sosial mediadan şüurlu şəkildə istifadə edilməməsi, sosial şəbəkələrin təqdim etdiyi “ideal həyat”lar və insanların bunu acgözlüklə qəbul edib öz real həyatlarından uzaqlaşması, bir sözlə, aldanması, aldadılmasıdır. İnternet əsri başladı başlamadı, çox şeylər tərsinə çevrildi. Burada ailədaxili zorakılıq, zərərli vərdişlər də böyük əhəmiyyət daşıyır. İnsanlar rahat həyat arzulayır. Çətinliklərə dözmək istəmirlər. Ailə qayğısı çəkmək də istəmirlər. Bunun əsasında isə laqeydlik, yalnız özünü düşünmək, eqoizm dayanır. Ailə institutlarının dağılmaması üçün sosial media üzərinə bir nəzarət, müəyyən qadağalar qoyulmalıdır. Əks təqdirdə bu rəqəmlərin qarşıdakı illərdə daha da yüksələcəyi labüd görünür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:379
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 06:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri