İtaliya sahillərində miqrantların olduğu qayıq batıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Roma, 18 oktyabr, AZƏRTAC
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.
AZƏRTAC xəbər verir ki, qayıqda təxminən 30 miqrantın olduğu bildirilib. İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri ilə onların bəziləri xilas edilib, həmçinin sudan bir cəsəd çıxarılıb. Sağ qalanların sözlərinə görə, 20 nəfər itkin düşüb.
Hazırda Malta qurumları ilə birgə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Əməliyyatlara təyyarələr də cəlb olunub.
Qeyd edək ki, ilin əvvəlindən bu vaxtadək Aralıq dənizində 700-dək miqrant ölüb və ya itkin düşüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

İtaliya sahillərində miqrantların olduğu qayıq batıb
19 Mart 2025 20:54
İtaliya sahillərində miqrantların olduğu iki qayıq batıb, azı 26 nəfər ölüb
13 Avqust 2025 22:16
Monteneqro sahillərində turistlərin olduğu qayıq batıb
21 Avqust 2025 17:19
İtaliya sahillərində miqrantları daşıyan qayıq batıb, 20 nəfər itkin düşüb AZƏRTAC
01 Yanvar 2025 14:04
Çanaqqala sahillərində qayıq batıb
08 Avqust 2025 12:02

