Icma.az
close
up
RU
Dünya bu xəbərlə ÇALXALANIR Rusiya ilə Türkiyə üz üzə

Dünya bu xəbərlə ÇALXALANIR Rusiya ilə Türkiyə üz üzə

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 13-də Rusiyaya məxsus pilotsuz uçuş aparatı Qara dənizdə Türkiyənin “VİVA” gəmisinə hədəfli hücum həyata keçirib. Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatına əsasən, göyərtəsində 11 Türkiyə vətəndaşının olduğu gəminin “taxıl dəhlizi” ilə Misirə doğru hərəkət etdiyi qeyd olunub.

Hərbi idarənin məlumatına görə, zərbə Ukraynanın iqtisadi dəniz zonasında, lakin onun hava hücumundan müdafiə vasitələrinin əhatə dairəsindən kənarda baş verib. Bəyanatda bildirilib ki, Rusiya Federasiyası beynəlxalq dəniz hüququnu kobud şəkildə pozur.

“Bu cür hərəkətlər gəmiçilik azadlığının fundamental prinsiplərinə birbaşa ziddir”, - deyə qeyd edilib.

Hücum zamanı ekipajın xəsarət almadığı və gəminin Misirə təyinat yerinə doğru getdiyi bildirilir.

Tarixə ekskurs etsək, Qara dəniz hövzəsi XVIII əsrdən etibarən Osmanlı imperiyası (sonradan Türkiyə Respublikası) ilə Rusiya arasında davamlı geosiyasi rəqabətin mərkəzi olub. Bu rəqabət yalnız iki dövlət arasındakı ikitərəfli münasibətlərlə məhdudlaşmayıb, Avropa güclərinin, daha sonra isə NATO–SSRİ/Rusiya qarşıdurmasının tərkib hissəsinə çevrilib. Qara dəniz Osmanlı üçün paytaxtın təhlükəsizliyi və imperiya daxili nəzarət zonasını ifadə etdiyi halda, Rusiya üçün isti dənizlərə çıxış və böyük güc statusunun əsas şərti kimi qəbul edilib. XVIII əsrin ortalarına qədər Qara dəniz faktiki olaraq Osmanlının nəzarətində idi və xarici donanmalar üçün qapalı hövzə sayılırdı. Lakin 1768-1774-cü illər Osmanlı-Rusiya müharibəsi bu status-kvonu köklü şəkildə dəyişdirdi. Rusiya donanmasının Çeşmə döyüşündə Osmanlı donanmasını məhv etməsi Osmanlı hərbi-dəniz gücünün zəifliyini üzə çıxardı və Rusiya üçün strateji təşəbbüs yaratdı. Müharibəni bitirən Küçük Qaynarca müqaviləsi Rusiyaya Qara dənizdə donanma saxlamaq hüququ verdi və Krımın Osmanlı təsirindən çıxmasının hüquqi əsasını formalaşdırdı. Bu mərhələ Osmanlının Qara dəniz üzərindəki mütləq nəzarətinin sonu, Rusiyanın isə regionda daimi aktora çevrilməsinin başlanğıcı kimi qiymətləndirilə bilər. 1787-1792-ci illər müharibəsi və onun nəticəsi olan Yassı müqaviləsi Krımın Rusiyaya məxsusluğunu rəsmiləşdirdi və Qara dənizin şimal sahillərində Rusiyanın hərbi-siyasi mövqelərini möhkəmləndirdi.

XIX əsrin ilk yarısında baş verən 1806-1812 və 1828-1829-cu illər Osmanlı-Rusiya müharibələri zamanı Rusiya Qara dənizdə qazandığı üstünlükdən fəal şəkildə istifadə etdi. Osmanlı limanlarının blokadaya alınması, Balkan və Qafqaz cəbhələrinə dəniz yolu ilə logistikanın təmin edilməsi Rusiyanın müharibə aparma imkanlarını genişləndirdi. Bu dövrdə Qara dəniz Osmanlı üçün müdafiə xətti, Rusiya üçün isə regional ekspansiyanın vasitəsi funksiyasını daşıyırdı.

Krım müharibəsi (1853-1856) bu prosesin kulminasiya nöqtələrindən biri oldu. Rusiya donanmasının Sinopda Osmanlı donanmasını məhv etməsi Avropa güclərinin birbaşa müdaxiləsinə səbəb oldu. Paris müqaviləsi ilə Qara dənizin hərbsizləşdirilməsi Rusiyanın hərbi-dəniz fəaliyyətini məhdudlaşdırdı və güc balansını müvəqqəti olaraq Osmanlı və onun müttəfiqlərinin xeyrinə dəyişdi. Bununla belə, bu məhdudiyyətlər uzunmüddətli olmadı və Rusiya sonrakı onilliklərdə mövqelərini bərpa etdi. 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsi Qara dənizin strateji rolunu bir daha nümayiş etdirdi. Rusiya bu müharibədə Qara dəniz üzərindən Balkanlara qoşun və təchizat daşınmasını təmin edərək əməliyyat üstünlüyü əldə etdi. Müharibənin nəticəsi olaraq Osmanlı imperiyası Balkanlarda əsas mövqelərini itirdi və Rusiya regionda əsas gücə çevrildi. Bu mərhələdə Qara dənizdə dəniz nəzarəti quru əməliyyatlarının taleyini müəyyən edən əsas amillərdən biri oldu.

Birinci Dünya müharibəsi Qara dənizi yenidən intensiv hərbi əməliyyatlar zonasına çevirdi. 1914-cü ildə Osmanlı donanmasına daxil edilən Yavuz Sultan Səlim və Midilli gəmilərinin Rusiya limanlarını bombalaması müharibənin Qara dəniz cəbhəsini açdı. Dəniz döyüşləri, mina müharibəsi və blokadalar regionun strateji əhəmiyyətini daha da artırdı. Bu dövrdə Qara dəniz həm Osmanlı, həm də Rusiya üçün müharibənin taleyinə təsir edən əsas teatrlardan biri oldu.

İkinci Dünya müharibəsindən sonra Türkiyə-SSRİ münasibətlərində Qara dəniz yeni kontekstdə ön plana çıxdı. 1946-cı il Boğazlar böhranı (Straits Crisis) SSRİ-nin Qara dənizdən Aralıq dənizinə çıxış imkanlarını genişləndirmək cəhdinin göstəricisi idi. Bu təzyiq Türkiyənin NATO-ya inteqrasiyasını sürətləndirdi və Qara dəniz NATO-SSRİ qarşıdurmasının strateji sərhədinə çevrildi. Birbaşa hərbi toqquşmalar baş verməsə də, donanmalar və hərbi mövcudluq üzərindən aparılan balans siyasəti regionun təhlükəsizlik arxitekturasını müəyyənləşdirdi.

Soyuq müharibədən sonra Türkiyə-Rusiya münasibətləri əməkdaşlıq və rəqabətin paralel mövcud olduğu mürəkkəb modelə keçdi. 2015-ci ildə Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması münasibətlərin nə qədər kövrək olduğunu göstərdi və Rusiya Qara dənizdə hərbi mövcudluğunu artırdı.

Ukrayna müharibəsi fonunda isə Qara dəniz yenidən böyük güclər arasında strateji qarşıdurmanın mərkəzinə çevrildi. Türkiyənin Montrö Konvensiyası çərçivəsində Boğazlara nəzarəti bu balansda həlledici rol oynayır.

Görünən odur ki, Qara dənizdə Türkiyə-Rusiya qarşıdurması təsadüfi və epizodik deyil, əsrlərlə davam edən struktur ziddiyyətlərin nəticəsidir. Rusiya üçün Qara dəniz böyük güc statusunun və regional təsirin açarı, Türkiyə üçün isə dövlət təhlükəsizliyi və geosiyasi tarazlığın əsas elementidir. Böyük hərbi toqquşmaların əksəriyyəti dənizdə üstünlüyün dəyişməsi ilə nəticələnib və bu dəyişikliklər regionun siyasi xəritəsini formalaşdırıb. Müasir dövrdə qarşıdurma forması dəyişsə də, Qara dənizin strateji əhəmiyyəti və Türkiyə–Rusiya rəqabətinin əsas məntiqi davam etməkdədir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Qara dəniz regionunda baş verən son hadisələri Musavat.com-a şərh edib.

Onun fikrincə, Qara dənizdə baş verən hadisə hövzənin təhlükəsizlik mühitinə neqativ təsir göstərir:

“Hesab edirəm ki, baş vermiş hadisə regionda hərbi, siyasi, iqtisadi risklər yaradır. Bir tərəfdən hərbi toqquşmaların sayının artması riski yaranır, digər tərəfdən bu, mülki gəmiçiliyə ciddi maneə kimi dəyərləndirilməlidir. Eyni zamanda belə toqquşmaların olması Rusiyanın Qara dənizin digər NATO ölkələri ilə də müəyyən mənada münaqişə riskini doğurur.

İqtisadi risklərə gəlincə, toqquşmalar permanent xarakter alsa, “taxıl dəhlizi” bağlana bilər. Hərbi dəhliz limanlarının işi iflic vəziyyətə düşə bilər. Digər neqativ iqtisadi xarakterli təsirlər də qaçılmazdır.

Ümumiyyətlə, toqquşmaların sayının artması regional təhlükəsizliyə də təhdiddir. Bu, Qara dənizin hərbiləşdirilməsinə səbəb ola bilər. Qara dəniz bölgəsində - Moldova, Gürcüstan ərazisində bir sıra həll olunmamış münaqişələr var”.

Mətin Məmmədli vurğulayıb ki, Rusiya və Türkiyə geosiyasi baxımdan strateji rəqib hesab olunur:

“Hər iki ölkənin müxtəlif regionlarda, o cümlədən Qara dəniz regionunda maraqları toqquşur. Bununla yanaşı, düşünmürəm ki, son hadisələr iki ölkə arasında birbaşa müharibəyə səbəb ola bilər. Türkiyə NATO üzvüdür, Türkiyəylə müharibə NATO ilə müharibə riski yarada bilər ki, indiki vəziyyətdə Rusiyanın bunda maraqlı olacağını düşünmürəm.

Həmçinin, müəyyən iqtisadi, enerji asılılığı var ki, bu, ikitərəfli münasibətlərdə önəmli rol oynayır. Türkiyə NATO üzvü olmasına baxmayaraq, xüsusilə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra müəyyən qədər balanslaşdırılmış siyasət həyata keçirir. Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayan azsaylı ölkələrdən biridir. Lakin dolayı proksi qarşıdurmalar baş verə bilər. Türkiyə gəmilərinə qarşı Rusiya tərəfindən hücumlar davamlı xarakter alarsa, Türkiyənin cavab verəcəyini düşünürəm, lakin bu cavabın birbaşa müharibəyə səbəb olacağını zənn etmirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri