Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Flik “Barselona”dan ayrıla bilər

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Dünya çempionatına seçim sistemi ədalətsizdi!

Dünya çempionatına seçim sistemi ədalətsizdi!

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Məhz bu həftə futbol üzrə dünya çempionatının seçmə mərhələsinə yekun vuruldu. Gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək mundialın 48 iştirakçısından 42-si məlumdu. Amma söz-söhbət bitmək bilmir.

"Football-plus.az" xəbər verir ki, indi turnirin son 6 iştirakçısını müəyyənləşdirmək qalır ki, bunun üçün də gələn ilin martını gözləmək lazımdı. Mundiala ilk dəfə 48 yığmanın qatılacağını nəzərə alsaq, komandaların siyahısı yüngülvari şok doğura bilər. Xüsusən də dünya futbolunu yaxından izləməyən azarkeşlərdə. 150 mindən bir qədər artıq adamın yaşadığı kiçik Kürasao adasını, Haitini və ya Yeni Zelandiyanı iştirakçılar sırasında görən azarkeş təəccüblənməsin, nə etsin?!
Ayrı-ayrı qitələr üçün kvota bölgüsündəki ədalətsizliyi sonuncu dəfə qabardan şəxs İtaliya yığmasının baş məşqçisi Cennaro Qattuzo oldu. O, Moldova ilə oyundan (2:0) sonra belə dedi:

“İtaliya pley-offda oynamalıdı? Qrupları və qaydaları düşünən adamlardan soruşun. DÇ-94-də Afrikanın iki komandası çıxış edirdi, indi isə onların sayı 8 olacaq. Və bu polemika deyil. Fakt faktlığında qalır: 6 oyunda qələbə qazanır, 18 xal toplayırsan, bununla belə, yenə də dünya çempionatına yollanmırsan, pley-offda oynamalı olursan. Mənim vaxtımda 2-ci yeri tutan yığmalardan ən yaxşısı final turnirinə birbaşa vəsiqə qazanırdı”.


Qattuzonun iradlarının əsası varmı?
Əvvəlcə faktlara toxunaq. Qattuzo DÇ-94-də Afrikanın cəmi iki yığmasının iştirak etdiyini deməklə səhvə yol verir. Həmin turnir 24 iştirakçının qatıldığı son mundial idi, qitələr üzrə bölgü belə idi: Avropa – 13 komanda (fəalliyətdə olan çempion kimi Almaniya avtomatik vəsiqə qazanmışdı, seçmə turnirdə 12 vəsiqə oynanılmışdı), Cənubi Amerika – 4, Afrika – 3, Asiya – 2, KONKAKAF – 2 (ABŞ təşkilatçı kimi birbaşa vəsiqə qazanmışdı, seçmə turnirdə 1 yer sahibini tapmışdı).
Fransada keçirilən DÇ-98-dən etibarən final mərhələsinə 32 yığma çıxırdı. Konfederasiyarla bağlı kvota turnirdən-turnirə dəyişirdi. Belə dəyişikliyi şərtləndirən səbəblər onun keçirildiyi yer, təşkilatçı ölkələrin sayı, qitələrarası pley-off oyunlarının reqlamenti idi. Bundan başqa, DÇ-2006-dan etibarən son çempion təsnifat mərhələsində iştirakdan azad olunmadı. Kvota bölgüsü ümumilikdə belə idi: Avropa – 13-15, Cənubi Amerika – 5, Afrika – 5, Asiya – 3-4, KONKAKAF – 3 yer. Okeaniyanın təminat altına alınmış yeri yox idi.
Qattuzonun 2-ci yeri tutanlar arasından ən yaxşının DÇ-yə qatılması ilə bağlı tezisi də düz deyil. Bəli, bu sxem DÇ-1998-in və DÇ-2006-nin seçmə turnirində işləyib. Qalan hallarda isə qayda fərqli olub.
Ancaq Qattuzonun mesajı hər kəsə aydındı. Maraqlıdı, İtaliya yığması seçmə qrupun birincisi kimi final mərhələsinə vəsiqə qazansaydı, o yenə belə danışardımı? Digər tərəfdən, “skuadra adzurra”nın baş məşqçisinin hqqında danışdığı trend də göz önündədi: 24 komandalı DÇ-1994-də Avropanın 13 yeri var idi, sonrakı illərdə 32 komandanın iştirakı ilə keçirilən bütün turnirlərdə yenə yer 13-15 arası olub, indi, yəni 48 yığmanın iştirak edəcəyi DÇ-2026-da isə qitəmizə cəmi 16 yer ayrılıb. Bu da o anlama gəlir ki, final mərhələsinin iştirakçılarının siyahısı get-gedə genişlənsə də, UEFA üçün ayrılan kvota praktiki cəhətdən dəyişməz qalır.
Avropa yığmaları üstün səviyyədədimi?
Belə durumun səbəbləri və nə dərəcədə ədalətli olması ilə bağlı mülahizə yürütmək əvəzinə buna sırf idman nəticələri baxımından yanaşmaq daha doğru olardı. Dünyanın başqa hissələrindən olan yığmalarının avropalıların fonunda nə dərəcədə rəqabətədavamlı olmasını nəzərdə tuturam. Yalnız statistikanı xatırladacağıq, başqa nəyisə yox. Yalnız son dörd dünya çempionatının – DÇ-2010, DÇ-2014, DÇ-2018, DÇ-2022 – nəticələrini əsas götürmüşük. Bir tərəfdən dörd mundialın statistikası hansısa qənaətə gəlmək üçün kifayət edir, digər tərəfdən, bu nisbətən təzə və aktual zaman kəsiyidi. Bundan başqa, xatırladılan turnirlər dörd müxtəlif qitədə - Afrika, Cənubi Amerika, Avropa və Asiyada keçirilib, yəni dünyanın hər qitəsindən olan yığmalar “ev şəraitində” özünü göstərə bilib.
“Köhnə qitə”nin təmsilçilərinin qalan regionlardan olan yığmalarla oyunlarının statistikasına baxsaq, sözsüz, avropalılar dominantlıq edir: 72 qələbə, 39 heç-heçə, 40 məğlubiyyət, topların fərqi 223-151 (penalti seriyası ilə müşayiət olunan oyunları heç-heçə kimi götürmüşük). Maraqlıdı ki, Avropa yığmalarının pley-offdakı üstünlüyü daha çox gözə çarpır: 20 qələbə, 9 heç-heçə, 5 məğlubiyyət, topların fərqi 63-34.
Zahirən statistika bütün gerçəkləri ortaya qoyur. Ancaq başqa maraqlı detallar da var. Məsələn, son 4 dünya çempionatında Avropanın iki komandası 21 dəfə eyni qrupa düşüb, amma yalnız 4 dəfə ikisi birlikdə sinxron şəkildə 1/8 finala çıxıb. Belə hallardan üçü Rusiyada keçirilən DÇ-2018-də baş verib (İspaniya və Portuqaliya, Fransa və Danimarka, Belçika və İngiltərə), ümumiyyətlə, həmin turnir maksimal dərəcədə Avropayönlü olub. Ancaq DÇ-2010 və DÇ-2022-də belə sinxronluq yaşanmayıb. Hərçənd bu turnirlərin hər birində “köhnə qitə” təmsilçilərindən ikisinin birgə olduğu 5 qrup var idi.
Və bir halda ki, Qattuzo etiraz çıxışında konkret Afrikanın üzərində dayanıb, onda “qara qitə” yığmalarının və başqa qitələrdən olan komandaların digər konfederasiya təmsilçiləti ilə oyunlarda necə təsir bağışladığını görməyin vaxtıdı.
yığmaların son 4 DÇ-də başqa qitələrdən olanlarla oyunlarının statistikası
1 2 3 4 5 6

Cənubi Amerika 47 17 23 128-86 54
Avropa 72 39 40 223-151 48
Afrika 18 15 34 73-106 27
KONKAKAF 12 13 23 42-79 25
Asiya 15 11 35 60-114 24,5
Okeaniya 0 3 0 2-2 0
Qeyd: 1 – konfederasiya, 2 - qələbə, 3 - heç-heçə, 4 - məğlubiyyət, 5 - top fərqi, 6 - qələbə faizi.
Yuxarıdakı statistika hər şeyi açıq-aydın ortaya qoyur. Gözlənildiyi kimi, Avropa ilə Cənubi Amerikanın aşkar dominantlığı var, bütün başqaları – Okeaniyanı saymırıq – təxminən eyni səviyyədədi. Qələbə faizi göstərici əsasında danışırıq. Heç kim aşkar autsayder deyil, ancaq heç kim də nəticələri ilə başqalarından önə çıxmağı bacarmır.
Bütün bu rəqəmləri saf-çürük edəndən sonra istər-istəməz belə nəticəyə gəlirik: Avropa komandaları ən yaxşılar arasındadı, deməli, UEFA-nın kvotası artırılmalıdı. Ancaq gəlin onu da vurğulayaq ki, eyni qrupda olan iki Avropa yığması yetərincə nadir hallarda (təxminən 20 faiz) sinxron şəkildə növbəti mərhələyə adlayır. Demək istədiyimiz odu ki, “köhnə qitə”nin ikinci-üçüncü dərəcəli təmsilçiləri başqa konfederasiyalardan olan yığmaları özündən irəli buraxır, dünya çempionatına hansısa keyfiyyət qatmırlar. Məsələn, şərti Kabo Verde ilə İordaniyanın əvəzinə şərti Slovakiya, Sloveniya, Finlandiya və ya Yunanıstanın mundialda olması elə bir xüsusi hiss-həyəcan doğurmayacaq. Avropa çempionatının nümunəsində də bunu götürük. Qrup mərhələsinin bir çox oyununu, təəssüf ki, heç nəyə baxmadan silib atmaq olar.
Beləliklə, o nəticəyə gəlib çıxırıq ki, dünya çempionatını 48 komandanın iştirakı ilə keçirmək ideyası qüsurlu və yararsızdı, nəinki bu layihə çərçivəsində ayrı-ayrı qitələr üçün kvotaya yenidən baxmaq. UEFA-ya indiki kimi 16 yox, 24 yerin ayrılması da turnirin keyfiyyətini artırmayacaq.
Maraqlıdı...
* İndiyə qədər DÇ-yə vəsiqə qazanan 42 ölkə: ABŞ, Kanada, Meksika, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador, Braziliya, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo Verde, CAR, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Kot-d’İvuar, Seneqal, Almaniya, Niderland, Norveç, Portuqaliya, Fransa, Xorvatiya, İspaniya, Belçika, İsveçrə, Şotlandiya, Avstriya, Kürasao, Panama, Haiti.
* Qalan 6 vəsiqəyə 22 ölkə iddialıdı. Bunlar Avropa zonasında seçmə mərhələni 2-ci yerdə bitirən Slovakiya, Kosovo, Danimarka, Ukrayna, Türkiyə, İrlandiya, Polşa, Bosniya və Hersoqovina, İtaliya, Uels, Albaniya və Çexiya, Millətlər Liqası vasitəsilə pley-offa vəsiqə qazanan Rumıniya, Şimali İrlandiya, İsveç, Şimali Makedoniya, Asiyadan İraq, Afrikadan Konqo DR, KONKAKAF-dan Yamayka, Surinam, Cənubi Amerikadan Boliviya və Okeaniyadan Yeni Kaledoniyadı.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Noyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see486

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see298

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see294

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see288

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see238

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see235

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see229

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see226

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see222

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see218

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see211

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see204

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see191

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see184

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see181

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see177

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see168

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see161

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see160

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri