Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Danirmarka təmsilçisi “Orxus”a qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.
Moderator.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına həvalə edilib.
Görüşün baş hakimi Joau Pineyru olacaq. Ona yan xətt hakimləri Lusianu Mayya və Uqu Markeş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabiu Verissimo yerinə yetirəcək.
VAR hakimi Tyaqu Martinş, onun köməkçisi isə Andre Narsiso olacaq.
Məlumat üçün bildirək ki, Joau Pineyru ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilmiş son dünya çempionatında üç oyunu idarə edib.
Qeyd edək ki, “Sabah” və “Orxus” komandaları arasında ilk oyun avqustun 5-də Randers şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cavab matçı isə avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da olacaq və saat 20:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 30 İyul 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















