Dünya çempionatının oyununda qalmaqal: “Bizi təhqir etdilər”
Icma.az, Fanat portalına istinadən məlumat verir.
2026-cı il dünya çempionatının seçmə mərhələsində baş tutan İtaliya - İsrail oyunu qalmaqalla yadda qalıb.
Fanat.Az xəbər verir ki, “Football Italia” nəşrinin məlumatına görə, İsrail millisinin futbolçuları qarşılaşma zamanı italiyalı oyunçuların onlara qarşı qeyri-etik ifadələr işlədərək təxribat yaratmağa çalışdığını iddia ediblər.
Hadisə matçın ikinci hissəsində daha da gərginləşib. İsrail millisinin bəzi oyunçuları mətbuata açıqlamalarında bildiriblər ki, italiyalı futbolçular “oyundan çox əsəblərinə təsir etməyə çalışıblar” və “hörmətsiz ifadələr işlədiblər.”
Məsələ ilə bağlı İtaliya Futbol Federasiyasının da mövqeyinin yaxın günlərdə açıqlanacağı gözlənilir. Hələlik hər iki komandanın düşərgəsi rəsmi araşdırmanı gözləyir.
Qeyd edək ki, qarşılaşma İtaliyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 17 Oktyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















